İŞİD-lə üz-üzə


On dördüncü fəsil Hələbə qayıdış



Yüklə 346,24 Kb.
səhifə22/55
tarix02.02.2022
ölçüsü346,24 Kb.
#114143
1   ...   18   19   20   21   22   23   24   25   ...   55

On dördüncü fəsil

Hələbə qayıdış


Hələbdə Həndərat-2 əməliyyatı planlaşdırılmışdı, canlı qüvvəyə ehtiyac vardı. Əmr gəldi ki, Həmadakı 300 Fatimiyyun döyüşçüsü Hələbə getsin. Bir TIR gəldi, bütün əşyalarımızı yüklədik. Şəxsi heyət də avtobuslara minib Hələbə yola düşdü. Qərara görə, mən silah-sursatla dolu Land Cruiser avtomobili ilə gedəcəkdim. O vaxta qədər Həma-Hələb yolunu avtomobillə getməmişdim. Hər bir yol polisinə çatanda saxlayıb yolu soruşurdum. Qarşımda kələ-kötürlü və təhlükəli yol vardı. Bu yol tez-tez bağlanırdı; gah İŞİD səmtindən, gah da əl-Nüsrə cəbhəsi tərəfdən.

Günortaya yaxın idi. Günəş səmanın ortasına çatmışdı. Yol boş idi, amma maşın xarab olduğuna görə saatda 80-dən artıq sürətlə sürə bilmirdim. Yavaş-yavaş canıma qorxu düşdü. Sonuncu yol polisindən bir saat idi keçmişdim, ancaq nə qədər gedirdimsə, çatmırdım. Fikirləşdim ki, birdən düşmənin üstünə gedərəm. Əl-Nüsrə cəbhəsi adətən, düşməninin bilmədən yaxınlaşmasına icazə verir, sonra qəfil yaxalayırdı. Hava isti olsa da, üzümü soyuq tər basdığına görə şüşələri qaldırmışdım. Hər an düşmən pusqusuna düşəcəyimi gözləyirdim. Birdən anam üçün çox darıxdım və o anda Seyid İbrahim yadıma düşdü. O, Məleyhə əməliyyatında deyirdi: “Biz şəhid olmuruqsa, buna görədir ki, özümüz istəmirik. Əməliyyatdan qabaq şəhadəti çox arzulayırıq, amma şəhadət anında buna ürəyimiz gəlmir”. Sonra demişdi ki, hər dəfə qumbaraatana mərmi bağlayanda anasını, həyat yoldaşını və övladını xatırlayır, hələ ürəyinin hazır olmadığını düşünür. O anda mən də bildim ki, hələ ürəyim hazır deyil.

Bu fikirlərlə uzaqdan bir bina görüb sürətimi azaltdım. Binanın üstündə Suriya bayrağını görüb çox rahatlaşdım, bildim ki, düz gəlmişəm.

Hələbdə Əzzan təpəsindəki düşərgəmizə getdim. İlk dəfə idi oraya gedirdim. Mən Dəməşqdə olanda Fatimiyyun Əbu Abbasın komandirliyi ilə oranı ələ keçirmişdi. Təpənin başına çıxmaqdan ötrü hər iki tərəfində böyük villalar tikilmiş bir küçədən keçməli idim. Müharibə şəraitinə görə həmin villalar yarıuçmuş halda idi. Fatimiyyun qüvvələri həmin binaların iki-üçünə yerləşmişdilər.

O zaman Hələbdəki Fatimiyyun döyüşçülərinə Süleyman başçılıq edirdi. Onu orada gördüm. Təzəlikdə bitmiş Həndərat-1 əməliyyatında şəhid olmuş uşaqlara görə narahat idi. Düşmən yenə də “Yalançı geriçəkilmə və qəfil hücum” taktikası ilə uşaqlarımızı 20 km yaxınlaşdırmış, sonra qəfil yaxalamışdı. Süleyman yalnız sağ qalmış döyüşçüləri toplayıb geri gətirə bilmişdi. Bir qədər dərdləşəndən sonra dedi: “Seyid Həkimlə Seyid İbrahim Həndərat-2 əməliyyatına hazırlıqdan ötrü öz döyüşçüləri ilə birlikdə Şeyx Nəccar bölgəsinə gediblər”.

Mən də oraya getdim. Əməliyyatın zamanı bilinmirdi, Seyid Həkimlə mənim məzuniyyət vaxtım da çatmışdı. Buna görə biz məzuniyyətə getdik. Asanlıqla olmasa da, bu məzuniyyətdə nişanlandım. Suriyaya getdiyimə görə qızın atası razılıq vermirdi. Tez-tez anamla bacıma zəng vurub deyirdim ki, yenə gedib danışsınlar və razılıqlarını alsınlar. Axırda həzrət Zeynəbə təvəssüllə məsələ həllini tapdı.





Yüklə 346,24 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin