Dəra vilayəti İsraillə həmsərhəddir, orada çoxlu bazalar yerləşir, süni coğrafi maneələr, altından gizli yol və tunellər keçən dağ və təpələr var.
Bir axşam Əbu Hamidlə və Daniyalla birlikdə oradakı tunel və postlardan keçdik. Hara getdiyimizi bilmirdim. Əbu Hamiddə bir kart vardı, livanlı hərbçilərə göstərirdi, bizi buraxırdılar. Axırda qaranlıq bir yerə çatıb maşını saxladıq. Maşından enən kimi bir nəfər yaxınlaşıb mənə əl verdi.
- Necəsən, cavan?
Gecə qaranlıqda üzünü yaxşı görə bilmədim. O, Əbu Hamidlə bir otağa girəndən sonra Daniyal mənə dedi: “Bildin o kişi kim idi? Hacı Qasim idi!”
İnana bilmirdim. Çox həyəcanlandım. Daniyala dedim ki, gəl, biz də içəri girək. Otağın sonunda bir qapı vardı, dağın altına açılır, aşağıya doğru pilləkən gedirdi. Pilləkəndən endik. Hər iki tərəfində otaqlar olan bir dəhlizlə rastlaşdıq, orada oturub Əbu Hamidin iclasdan çıxmasını gözlədik. İclas Təll-Əntər bölgəsində keçiriləcək əməliyyat barədə idi.
Bizim sağ tərəfimizdə Deyr əl-Ədəs, sol tərəfimizdə də Kəfər-Şəms kəndləri yerləşirdi. Onların hər ikisi düşmənin əlində idi. Hücum nöqtəmiz Səğir təpəsi idi, onun arxasında Həbariyyə və Təll-Qərin kəndləri vardı.
Dostları ilə paylaş: |