İŞİD-lə üz-üzə


Birinci bölmə İran-Əfqanıstan yolunda



Yüklə 346,24 Kb.
səhifə3/55
tarix02.02.2022
ölçüsü346,24 Kb.
#114143
1   2   3   4   5   6   7   8   9   ...   55

Birinci bölmə

İran-Əfqanıstan yolunda



Birinci fəsil

Qərarsızlıq


Mən 1984-cü ilin martında İranda doğulmuşam, amma iranlı sayılmıram. Ata-anam təxminən 40 il öncə Əfqanıstandan İrana mühacirət edib, ancaq onlar da iranlı sayılmırlar. Buna görə çox sıxıntı yaşayır, hətta atamın dializi üçün xəstəxanada da problemlə üzləşirdik. Bu çətinliklər məni çox narahat edirdi; elə bir yerdə yaşamaq istəyirdim ki, oraya aid olum, xalqı və hökuməti məni öz həmvətəni bilsin.

Bütün bunlarla yanaşı, İranı sevirdim; bu ölkədə doğulub böyümüşdüm, həyatımın bütün xatirələri Məşhəd şəhərinin bir məhəlləsində yaşanmışdı.

Uşaqlıqda anam günortadan sonralar əlimdən tutub bir-bir qonşuları və xalalarımı görməyə aparardı. Biz o qonşularla doğma bacı-qardaş kimi idik; o qədər yaxın idik ki, bir-birimizin evinə girib-çıxır, soyuducudan yemək götürürdük.

Vətənimə qarşı nə qədər xoş hisslər keçirirdimsə, bəzi məsələ və münasibətlərdən də bir o qədər inciyirdim. Buna görə də, attestat alandan sonra Əfqanıstana dönmək qərarına gəldim. Valideynlərimsə razılıq vermirdilər.

Attestat almadan öncə də Talibanla vuruşmaq üçün Əfqanıstana getməyə çalışmış, atamın sərt etirazı ilə üzləşmişdim.

Bircənd şəhərində əfqanıstanlı könüllülərə Talibana qarşı vuruşmaq üçün təlim keçir, Tacikistan yolu ilə Məhəmməd (s) ordusu adlı təşkilata göndərirdilər. Dəfələrlə oraya gedib yalvardım ki, adımı yazsınlar, ancaq razılaşmırdılar. Çünki atam rəhbərlərinə tapşırmışdı ki, məni əsla qəbul etməsin. Bir müddət küsdüm, gecələr evə getmədim, axırda Taliban məğlub oldu və mənim Məhəmməd (s) ordusuna qoşulmaq istəyim gündəmdən düşdü.

Artıq 21 yaşım vardı. Durumum məni İran vətəndaşı olduğuma inandıra bilmirdi. Qürurum zədələnmişdi. Onda mənim kimi çoxları düşünürdü ki, Amerikanın gəlişindən və Talibanın məğlubiyyətindən sonra vəziyyət düzələcək. Atam dedi ki, getmə, peşman olacaqsan. Mənsə dedim: “Məgər demirlər ki, mən əfqanıstanlıyam?! Bəs burda neyləyirəm?! Gərək Əfqanıstana gedib özümə həyat qurum”.

Qərarımı vermişdim. Bunu özümə, bütün ailə üzvlərimə və qohumlarıma sübut etmək istəyirdim. İrandakı oturum kartımı saxlaya da bilərdim, ancaq getməzdən öncə təhvil verdim. Qərara gəlmişdim ki, bir də İrana qayıtmayım.




Yüklə 346,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin