İŞİD-lə üz-üzə


Otuz üçüncü fəsil Şeyx Səid və Ramusə bölgələri



Yüklə 346,24 Kb.
səhifə42/55
tarix02.02.2022
ölçüsü346,24 Kb.
#114143
1   ...   38   39   40   41   42   43   44   45   ...   55

Otuz üçüncü fəsil

Şeyx Səid və Ramusə bölgələri


Fatimiyyun briqadaları yaranandan sonra qayda belə idi ki, qərargahdan briqada komandiri ilə əlaqə saxlayıb deyirdilər: “İndicə bir batalyon hazırla, filan bölgəyə apar və təhvil ver”. Belə vaxtlarda Süleyman hirslənirdi, düşünürdü ki, qərargah bir neçə gün öncədən xəbər verməli, əvvəlcə kəşfiyyatçılarımızı əməliyyat bölgəsinə göndərməliyik. Həmçinin kəşfiyyat rəisimiz qərargahın iclasında iştirak edib əməliyyat barədə təlimatlandırılmalıdır.

Süleymanla və birinci müavini Sədaqətlə iştirak etdiyimiz bir iclasda Hələbdəki Həzrət Rüqəyyə qərargahının yeni komandiri dedi ki, kəşfiyyat rəisimizi bölgəyə göndərək, gələcək əməliyyat üçün bizim briqadadan istifadə ehtimalı var. Buna çox sevindik. Hətta əməliyyat baş tutmasaydı belə, bizimçün yaxşı təcrübə olurdu.

Ondan sonra bizə deyildi ki, bir tapşırıq üçün canlı qüvvə hazırlayaq. Süleyman etiraz edib dedi: “İndi hazırlığımız yoxdur. Briqadanın bir batalyonu əl-İmarə təpəsində mövqeyi möhkəmlətməyə gedib, həftəlik olaraq, bir batalyonla yerini əvəz edir. Peşəkar birləşmələrimiz və kəşfiyyat rəisimiz də daim ordadır, vəziyyətləri çox ağırdır, hər gün şəhid verirlər”. Çox maraqlı idi ki, qərargah komandiri israr etmədi, o andaca əlaqə saxlayıb bildirdi ki, İmam Hüseyn (ə) batalyonu hazırda bu tapşırığı yerinə yetirə bilməz.

Süleymanla birlikdə məzuniyyətdə olduğumuz müddətdə Hələbin Şeyx Səid bölgəsində bir əməliyyat baş tutmuş, Sədaqətin rəhbərliyi ilə orada bir bölüyümüz iştirak etmişdi. Onlar silahlıların ağır müqaviməti ilə üzləşmişdilər, briqadamızın uşaqlarından altı nəfəri itkin düşmüşdü. Hizbullah kəşfiyyatçıları durbinlə onların ikisinin əsir tutulduğunu görmüşdü. Biz nə qədər gözlədiksə, itkin düşənlərdən xəbər çıxmadı. Silahlılar 40-dan çox qruplaşmanı təmsil edirdilər. Əl-Nüsrə cəbhəsi ilə Əhrar əl-Şam qruplaşmaları adətən əsirlərin filmini dərhal internetdə yayır, Livan Hizbullahına mesaj verirdilər ki, öz əsirləri və ya cəsədləri ilə dəyişdirməyə hazırdırlar. Bu dəfə isə həmin beş nəfərdən heç bir xəbər çıxmadı.

Şeyx Səid yaşayış məntəqəsində uğursuzluqla üzləşdikdən sonra qərara alındı ki, yaxınlıqdakı Ramusə bölgəsində əməliyyatı davam etdirək. Bu ardıcıl əməliyyatlar Hələb şəhərini azad etməkdən ötrü idi. Onun qərb hissəsi bizdə idi, şərqinə isə düşmən nəzarət edirdi. Ramusə əsas Dəməşq-Hələb magistralına çox yaxın idi, düşmən oranı tez-tez raketlə vururdu, günboyu snayperlərin hədəfində idi. Ramusəni almaqla bu magistraldakı təhlükə də aradan qalxacaqdı. Bu əməliyyatda bizim briqadadan əlavə Fatimeyi-Zəhra briqadası və Suriya ordusu da iştirak edirdi.

Hələ yola düşməmiş hamımız Məhəmməd Möhsüninin başına toplaşdıq. Növbə ilə alnını öpür, onunla şəkil çəkdirir, gülə-gülə deyirdik: “Bu dəfə gərək gedəsən, Seyid İbrahim səni gözləyir”. O da sevincək cavab verirdi: “Siz ki məni ötürə-ötürə şəhid etdiniz. Allah ağzınızdan eşitsin!”

Ramusədə bir-birinə bitişik bir neçə ev vardı, onları təmizləmək lazım idi. Uşaqlar birinci evə girib gürzlə və digər alətlərlə divarları dəldilər, bu yolla bir-bir o biri evlərə keçib irəlilədilər. Sonuncu evdən sonra küçəyə çıxan kimi düşmən pusqusu ilə üzləşdilər, ətraf evlərin zirzəmisindən açılan atəşlərə məruz qaldılar. Məhəmməd Möhsüni orada şəhid oldu. BMP ləqəbli 22 yaşlı gənc ratsiyadan Süleymana dedi: “Mən burdan çıxa bilərəm, amma ətrafımda üç-dörd yaralı var. Bunları nə edim?” Bu ondan eşitdiyimiz son sözlər oldu. Geri qayıtmadı, həmin küçədə şəhadətə qovuşdu.

Süleyman axşam qərargahda çox narahat və hirsli idi. Qərargahla əlaqə saxlayıb dedi ki, biz şəhidlərimizi gətirməkdən ötrü bölgəyə qayıdırıq. Qərargah komandiri də razılaşdı, bizə bir tank və 23 mm çaplı topun yükləndiyi bir pikap göndərdi.

Ertəsi gün səhər çağı təxminən 40 nəfərlə Ramusə bölgəsinə getdik, bir-birinə yapışmış və divarları uçurulmuş evlərdən keçdik. Küçədə şəhidlərimizin cəsədlərini görürdük, amma yaxınlaşa bilmirdik. Hər tərəfdən atəş açılırdı. Düşmənin haradan atəş açdığını da görə bilmirdik. Küçəni və ətrafındakı evləri tank və topla nə qədər vurdularsa, xeyri olmadı, atəşin həcmi azalmadı və biz şəhidlərimizi gətirə bilmədik.



Yüklə 346,24 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin