İŞİD-lə üz-üzə


Otuz beşinci fəsil Təll-Ərbəin



Yüklə 346,24 Kb.
səhifə44/55
tarix02.02.2022
ölçüsü346,24 Kb.
#114143
1   ...   40   41   42   43   44   45   46   47   ...   55

Otuz beşinci fəsil

Təll-Ərbəin


Təll-Ərbəin Hələb vilayətində bir-birinə bitişik yüksəkliklərin adı idi, orada mövqeyi möhkəmlətmək Suriya ordusuna tapşırılmışdı. Bizim briqadamız ehtiyat qüvvə kimi ondan öncəki kəndə yerləşmişdi. Orada olduğumuz üç ay ərzində qərargahdan ezam olunmuş təcrübəli hərbçilər batalyonlarımıza təlim keçdilər. Hər həftə bir batalyona manevr təyin olunur, manevrlərdə döyüş patronlarından istifadə edilirdi. Təlimçilər gedəndən sonra özümüz məşqləri davam etdirdik. Süleyman hər bir neçə gündən bir təpənin başına çıxıb qəfildən həyəcan siqnalı verirdi. Fərz belə idi ki, düşmən hücuma keçib, şəxsi heyət ən qısa zamanda özünü təpənin başına yetirməlidir. Bir neçə nəfərin işi bölüklərin təpəyə çıxdıqları zamanı qeyd etmək idi. Bu sahədə bacarıqlarımızı artırırdıq.

Süleyman məzuniyyətdə olduğu qısa müddətdə də istedadlı kadrlar axtarırdı. O, İrandan ağa Şəfəqi gətirib briqadanın əməliyyat komandiri təyin etdi. Biz dedik ki, o indiyədək yalnız bölük komandiri olub. Süleymansa deyirdi ki, mən onda bu bacarığı görürəm. Şəfəq əməliyyatdan öncə şəxsi heyətə rəhbərliyi yaxşı yerinə yetirdi, sonrakı hücumlarda da Süleymanın gözlədiyi kimi çıxış etdi.





Yüklə 346,24 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin