İŞİD-lə üz-üzə


Otuz doqquzuncu fəsil Hələbin azadlığı



Yüklə 346,24 Kb.
səhifə48/55
tarix02.02.2022
ölçüsü346,24 Kb.
#114143
1   ...   44   45   46   47   48   49   50   51   ...   55

Otuz doqquzuncu fəsil

Hələbin azadlığı


Hələb şəhəri Suriyanın iqtisadi paytaxtıdır. Orada çoxlu sənaye şəhərcikləri var, müharibədən öncə ərəb ölkələrinə məhsul ixrac edirdilər. Hələb vilayətinin şimalı və şərqi Aralıq dənizi bölgəsidir, məhsuldar torpaqları, maldarlığı var, əhalisi varlıdır.

Hələbin azadlığı üçün nəzərdə tutulmuş plan bu idi ki, şəhər tam mühasirəyə alınsın. Suriya ordusu ilə müqavimət cəbhəsi mühasirəyə şəhərin şimalından başlayacaq, Məsakin adlı bölgəni tutandan sonra şəhər tam mühasirəyə düşəcəkdi. Rus təyyarələri güclü bombardman edir, Fatimiyyunun artilleriyası gecə-gündüz atəş açırdı.

Şeyx Nəccar bölgəsi Suriya ordusu tərəfindən azad ediləndən sonra silahlılar öz qüvvələrinə ümumi çağırış etdilər ki, var-gücləri ilə müqavimət göstərsinlər. Çünki Hələb şəhəri əllərindən çıxırdı. Nurəddin Zəngi adlı bir qruplaşma Hələbin cənub-qərb hissəsində şəhərə gedən magistrala hücum etdi. Oranı uzun müddət saxlaya bilməyəcəklərini bilsələr də, bütün qüvvələrini cəmlədilər ki, yol bir neçə gün açıq qalsın, Hələb şəhərində mühasirəyə düşmüş bir çox türk müstəşarları qaça bilsinlər. Magistralın onlarda olduğu bir həftədə yolun hər iki tərəfində təkər yandırırdılar ki, Suriya və Rusiya təyyarələri heç nə görməsinlər. Bununla bərabər, təyyarələr və artilleriya ərazini bombalayırdı. Bir neçə ardıcıl əməliyyatla yolu ala bildik.

Silahlılar mühasirəni yarmaq üçün öz döyüşçülərinə və müttəfiqlərinə ikinci dəfə çağırış edəndə Türkiyə və ona bağlı olan Nurəddin Zəngi qrupu bunu dəstəkləmədi. Onların hərbi ekspertləri başa düşürdülər ki, daha oranı saxlaya bilməyəcəklər. Buna görə də, İdlib şəhərinə yerləşmiş silahlılar Nurəddin Zəngi qruplaşmasına qarşı nifrət püskürdülər, elan etdilər ki, bu qrup xaindir, dinini və imanını Türkiyənin puluna satıb.

Biz öz mövqelərimizi bərkidib silahlılara mühasirəni yarmağa imkan vermədik. Onlar Benyamin bölgəsinə yaxınlaşanda Fatimiyyun briqadaları oraya çağırıldılar. Ərəblər bu bölgəyə Minyan deyirdilər. Şəhərin ələ keçirilmə ehtimalı olduğuna görə əhali təmtəraqlı evlərini tələsik boşaldır, çoxlu əşyalarını qoyub gedirdi. Biz şəhərə girəndə düşmən böyük miqyasda geri çəkildi. Fatimiyyun qərargahının mina xidmətinin rəisi Hüseyn Hüreyri, iranlı jurnalist Xüzai və Fatimiyyun uşaqlarından iki nəfər əməliyyatın əvvəlində bir evə partlayış qurğusunu zərərsizləşdirməyə girdilər, amma hamısı şəhadətə qovuşdu.

Biz şəhərin işğalının qarşısını alandan sonra əhali yavaş-yavaş evinə qayıtdı. Fatimiyyunun yerləşdiyi evin sahibi də gəldi. Onunla danışıb halallıq istədik. Mən dedim ki, razı deyilsənsə, namazlarımızı bayırda qılaq. O da evindən heç bir əşyanın azalmadığını görüb hörmətlə dedi: “Mən çox sevinirəm ki, evimə başqa bir qrup gəlməyib. Çünki bu zaman onlara siqaret, qəhvə və çaydan əlavə, pul da verərdim ki, əşyalarımı yükləyib aparmasınlar”. Biz bir neçə gün orada qaldıq.

Qərara alınmışdı ki, əməliyyatın davamında küçələri təmizləmək üçün BMP ilə hərəkət edək. Şəhərə çoxlu BMP gətirildi. Bu maşınlar işə salınanda və motorlarının səsi gələndə düşmən bizə doğru balon atmağa başladı. Bu balonlar yerə və BMP-yə dəyəndə partlayırdı. Balon yağışında Fatimiyyun uşaqlarının bir qismi şəhid oldu, bir qismi yaralandı.

Suriya ordusu əhalinin şəhərdən çıxması və orduya qoşulması üçün bir neçə yolu açıq qoymuşdu. Bəziləri qaça bilir, bəziləri də silahlıların mühasirədən qaçanlara açdıqları atəş nəticəsində şəhid olurdu. Ordu şəhəri bombalayırdı, elan etmişdi ki, silahlılar avtobuslarına minib şəhəri boşaltsınlar. Halbuki müqavimət cəbhəsi onların Fuə və Kəfəriyada mühasirəyə düşənlərlə dəyişdirilməsini istəyirdi.

Avtobuslar silahlıları aparmağa gələndə Baş qərargahın əmri ilə müqavimət cəbhəsinin bütün qüvvələri avtobusların ətrafına toplaşdılar, bəziləri havaya atəş açdılar. Nübl və əl-Zəhra uşaqları yolu bağlayıb avtobusları hərəkət etməyə qoymadılar, dedilər ki, Fuə və Kəfəriya əhalisi buraxılmayınca sizi şəhərdən çıxmağa qoymayacağıq. Həmin gün silahlılar döyüşsüz şəhərin içinə qovuldular, amma axırda Suriya ordusu dəyişdirməyə razı olmadı. Onlar məsələnin çox tez bir zamanda bitməsini istəyirdi. Çünki Qərbin, ərəb ölkələrinin və Türkiyənin mediası ciddi şəkildə məşğul idi, Bəşşar Əsəd hökumətinə qarşı ictimai rəy yaradırdılar ki, ordu Hələb əhalisini mühasirədə saxlayıb acından öldürür. Halbuki Fuə və Kəfəriya əhalisi veclərinə deyildi. Nəhayət, Suriya ordusu beynəlxalq təzyiqlərdən qorxub yolu açdı və silahlılar şəhərdən qaçdılar.

Silahlılar hər yerdən sürətlə İdlibə toplaşdılar. İdlib şəhəri get-gedə müxtəlif qruplardan olan silahlıların mərkəzinə çevrildi, aralarında çəkişmələr başlandı, yüzlərlə silahlı bir-birini öldürdü.

Silahlılar Hələbdə çox zəifləmişdilər. Belə bir vəziyyətdə canlı qüvvə bölgələri azad etmək uğrunda yarışırdı. Məsələn, biz Şeyx Səid bölgəsinə əməliyyata yollananda Suriya ordusu bizdən qabaq hərəkətə keçib oranı tutdu. Suriya ordusunun Süheyl Həsən birləşməsi də çox tez bir zamanda Hələb vilayətinin şərqinə doğru irəliləyib kəndləri azad etdi.

2017-ci ilin yanvarında Hələb şəhəri azad ediləndən sonra Şeyx Səid və Ramusə bölgələrindəki şəhidlərimizi gətirə bildik. Şəhid Məhəmməd Möhsüni və iri cüssəsinə görə Fatimiyyunun BMP-si adlandırılan şəhid də onların arasında idi. Əhalidən bəziləri orada olub silahlıların şəhidləri harada dəfn etdiklərini görmüşdülər. Biz onların dəfn yerlərini tapdıq. Bəzi şəhidlərin cəsədləri başqa yerə aparılmışdı, onları təxminən bir aydan sonra tapa bildik. Hələb şəhidlərinin cəsədləri uzun müddət sonralar da tapılırdı. Dəfələrlə Suriya ordusundan zəng vurub deyirdilər: “Bir şəhid cəsədi tapılıb, cibində möhür (və ya İran pulu) var. Gəlin, aparın”. Belə vaxtlarda Fatimiyyun, Heydəriyyun və Zeynəbiyyun birləşmələrinin aidiyyəti şəxsləri şəhidin kimliyini təyin etməyə gedirdilər. Kimliyi bilinməyəndə isə DNA testi götürürdülər.





Yüklə 346,24 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin