İŞİD-lə üz-üzə


Özüm gördüm ki, səhra bu gün canlı idi



Yüklə 346,24 Kb.
səhifə53/55
tarix02.02.2022
ölçüsü346,24 Kb.
#114143
1   ...   47   48   49   50   51   52   53   54   55
Özüm gördüm ki, səhra bu gün canlı idi,

Fatimiyyun gənci büsbütün qanlı idi.

O, şəhadətdən öncə fəryad edirdi,

Zikr deyir, “Ya Hüseyn” səsləyirdi.

Hüseyn kimi can verdi din yolunda,

Dedi anam ağlamasın sonunda.

Hücum zamanı görürdüm səngərlərdə,

Ana vəsiyyəti yazırdılar gedəndə.

Get, ey dostum, İran səmtinə,

Anam məndən sual verərsə sənə.

Gözləməsin anam mənim yolumu,

Əgər tapmasanız bədənimi, qolumu,

Ölümümdən sonra əsla kədərlənməyin,

Siz yalnız Aşura rəhbərinə qəm eyləyin.

Zeynəb Şam şəhərində tək deyil bu gün.

Bizə yalnız Hüseyni örnəkdir bu gün.
Hacı Qasimin dediyi kimi, İŞİD Fərat çayının o tərəfindən bizə pərakəndə şəkildə atəş açır, bəzən mövqelərimizi 60 mm çaplı minaatanla vururdu. Bir dəfə onlardan dördü çaydan keçdi, amma əllərindən bir iş gəlmədi, axırda həlak oldular.

Bir axşam da ratsiya arxasında çoxlu səs-küy vardı. Öyrəndik ki, İŞİD-in bir neçə BMP və pikapı əl-Məyadin şəhərinin yaxınlığındakı Salehiyyə kəndinə yerləşmiş İmam Rza (ə) briqadasına hücum edib. Uşaqların bir qismi ilə iki pikapla özümüzü oraya yetirdik. Hücum bitmişdi. İŞİD silahlıları diversiya əməliyyatından sonra çöllüyə qayıtmışdılar. İmam Rza (ə) briqadasının uşaqlarından təxminən 30 nəfər şəhid olmuşdu, üç nəfəri də əsir aparmışdılar.

Sükkəriyyə kəndindəki briqadamıza həyəcan siqnalı verdim. Çünki hər an bizə də hücum edə bilərdilər.

Əmr verildi ki, çayın təxminən 10 km uzunluğunda olan sahilində torpaq istehkam qurulsun. Bu istehkam təxminən iki-üç aya tamamlandı. Sonra ruslar, Suriya ordusu, Hizbullah və Fatimiyyun qüvvələrinin bir qismi çayın kənarındakı evlərdə və çöllükdə təmizləmə əməliyyatına başladılar. Çöllükləri təmizləmək üçün çoxlu imkan və canlı qüvvə lazım idi, bəlli məsafələrlə hərbi postlar qurulmalı idi. Buna imkan olmadığına görə qərara alındı ki, hərbi patrulumuz olsun. Hər dəfə benzin gələndə maşına minib ətraf düzənliklərdə gəzirdik. Bəzən biz İŞİD-in pusqusuna düşürdük, bəzən də onlar bizim. Məqsəd düzənliyi onlar üçün təhlükəli zonaya çevirmək idi.

Seyid Cəfərin rəhbərlik etdiyi Fatimeyi-Zəhra (ə) briqadası sahilin bir hissəsində mövqe seçmişdi. Qərara görə, Hizbullah qüvvələri oranı təhvil alacaqdı. Onlar uzun müddət idi oraya yerləşmişdilər, istirahətə ehtiyacları vardı.

Bir axşam Fatimeyi-Zəhra (ə) briqadası bildirdi ki, böyük bir piyada və maşın karvanı bizə yaxınlaşır, atəş açaqmı? Qərargah nə cavab verəcəyini bilmədi. Çünki İŞİD-in hücum taktikası belə deyildi. Bir qədər sonra uşaqlar durbinlə görmüşdülər ki, karvanda çoxlu qadın və uşaq var. Onları saxlamaq üçün havaya atəş əmri verildi. Ərəb döyüşçülərin bir qrupu məsələni öyrənmək üçün irəli getdi. Evlərindən didərgin düşüb çöllüyə qaçmış insanlar idi. Müqavimət cəbhəsi Bukamal şəhərinin bir hissəsini hazırlayıb onları yerləşdirdi və təhlükəsizliklərini təmin etdi.

Hizbullah qüvvələri Fatimeyi-Zəhra (ə) briqadasının mövqeyini təhvil almağa gələ bilmədi və nəzərdə tutulan təmizləmə əməliyyatı bu briqadanın üzərinə düşdü. Əməliyyat uğurla başa çatdı, ancaq işin sonunda briqada komandiri Seyid Cəfər motosikletlə İŞİD-in minasına düşüb şəhadətə qovuşdu.

Bir müddətdən sonra əmr gəldi ki, Fatimiyyunun yerləşdiyi səhra bölgələri Suriya ordusuna təhvil verilsin və Fatimiyyun bundan artıq itki verməsin. Fatimeyi-Zəhra (ə) briqadası Tədmura getdi, İmam Həsən (ə) və İmam Hüseyn (ə) briqadaları və Sarəllah birləşməsi Sükkəriyyə kəndinə yerləşdi. İmam Rza (ə) briqadasının Hələbə gedəcəyini biləndə arzu edirdik ki, kaş biz də oraya gedəydik. Hələbin təbiəti çox gözəl idi. Halbuki Bukamal bölgəsində həftədə bir sutka tozanaq olurdu. Pəncərələri bağlayırdıq ki, toz-torpaq otaqlara girməsin, amma onda da istidən tələf olurduq. Bəzən uzaqdan böyük bir burulğanın bizə doğru gəldiyini görəndə tez evlərə girib qapı-pəncərələri möhkəm bağlayırdıq. Burulğan çatanda bir neçə dəqiqəliyə pəncərənin arxası tam qaranlıq olur, sanki birdən-birə gecə düşürdü. Tez-tez təmizlik etsək də, üz-başımızdan və evlərdən həmişə toz-torpaq yağırdı.

Bahar fəslində xırda milçəklər peyda oldu. Onlar yalnız adamın başının ətrafında fırlanır, danışan kimi bir neçəsi ağzına girirdi. O istidə üz-başımızı şalla bağlamağa məcbur olurduq. Buna görə istəyirdik ki, tez bir zamanda mövqeyimizi Suriya ordusuna təhvil verib başqa bir yerə gedək.

Süleymanın məzuniyyətdə olduğu zaman üç gün ərzində briqada uşaqlarının bir neçəsi şəhid oldu, bir neçəsi yaralandı. Uşaqların biri gövdəsinə İŞİD tərəfindən bomba quraşdırılmış bir ağaca yaxınlaşmışdı. Bomba partlamış və o, şəhid olmuşdu. Ertəsi gün İŞİD çayın o tərəfindən SPQ raketi atıb uşaqların ikisini şəhadətə yetirdi. Üçüncü gün də uşaqların bir qrupu yaxınlıqdakı məktəbin həyətində futbol oynamaq üçün məndən icazə aldı. Ancaq yolda maşınları çevrildi və bir neçəsi yaralandı. Bu hadisələrə cavab verməkdən ötrü məni Dəməşqə çağırdılar. Üç gün orada qaldım. Bu müddətdə Fatimiyyunun qərargah rəisi məni şəhərə ziyarətə göndərirdi. Axırda Baş qərargahdan gəlməli olan inspektor məruzəmi uzaqdan qəbul etdi və mən düşərgəyə qayıtdım.





Yüklə 346,24 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin