İŞİD-lə üz-üzə


Qırx dördüncü fəsil Kərbəla ziyarəti



Yüklə 346,24 Kb.
səhifə54/55
tarix02.02.2022
ölçüsü346,24 Kb.
#114143
1   ...   47   48   49   50   51   52   53   54   55

Qırx dördüncü fəsil

Kərbəla ziyarəti


Qərargahdan deyildi ki, hər briqada Kərbəla ziyarəti üçün beş nəfərin adını versin. Bu səfərlər növbə ilə baş tutacaqdı. Uşaqların beşinin adını verdik, ancaq avtobusa gedəndə gördük ki, beş nəfərin yerinə səkkiz-on nəfər dayanıb və getmək üçün xahiş edir. Səfər rəhbəri deyirdi ki, avtobuslar dolub, yer yoxdur. Uşaqlar da ağlayıb deyirdilər: “Avtobusun yerində, ya da üstündə oturarıq, lazım olsa, arxasınca qaçarıq, ancaq bizi də aparın”. Axırda iki oturacaqda üç nəfər oturdu, hətta avtobusun yeri də doldu. Üç avtobus ziyarətçi mühafizəçi avtomobillərin müşayiəti ilə salam və salavatla İraqa yola düşdü. Bu səfər üç gün çəkdi.

Növbəti səfər üçün batalyon komandirləri ilə öz adımı verdim. Qərargahdan qayıdanda bölük komandirlərindən birinin səngər düzəltmək üçün külünglə böyük bir çəlləyi deşdiyini gördüm. O, briqadanın bacarıqlı və zəhmətkeş döyüşçülərindən idi. Batalyon komandirinə dedim ki, onun adını da qeyd elə, alınsa, axşam xəbər verərəm, gətirərsən.

Səhər çağı avtobusların yanında həmin bölük komandirini də gördüm. Halbuki onun səfər məsələsi həll olunmamışdı. Təmiz və səliqəli geyinmişdi, ətri uzaqdan duyulurdu. Böyük ümidlə gəlmişdi, geri qaytarmaq olmazdı. Bir nəfər Zeynəbiyyun avtobusunun önündə ziyarətçilərin adlarını oxuyub avtobuslara mindirirdi. Hamı minəndən sonra avtobusun qapısını bağlayıb Fatimiyyunun avtobusuna yaxınlaşdı. Bildim ki, indi ən yaxşı fürsətdir. Tez ona dedim ki, gedib Zeynəbiyyunun avtobusuna minsin. Görünür, qismətində varmış. Gedib mindi, Zeynəbiyyun uşaqları da onu ələ vermədilər.

Bu səfərin qəribə ab-havası vardı. Azadlığında iştirak etdiyimiz yeni yolla gedirdik. Ayağım yaralı olduğuna görə uzun müddət bir yerdə otura bilmirdim. Belə edəndə keyiyirdi və daha yeriyə bilmirdim. Doqquz saatdan sonra Kərbəlaya çatanda isə ayaqlarımda zərrə qədər də ağrı və keyimə hiss etmədim. Yeganə səbəb bu səfərin başqa səfərlərlə fərqində idi.

Ziyarətdən qayıdandan sonra nəhayət, gözəl təbiətli Hələb şəhərinə getmək bizə də qismət oldu. Bütün briqadanı aparmazdan öncə özüm gedib uşaqların yerləşəcəyi yeri hazırladım. Qərara alınmışdı ki, daha Fatimiyyunun mövqeyi olmasın, lazım olduqda birbaş əməliyyata girsin. Suriya ordusu yetərincə güclənmişdi və biz yalnız ehtiyat qüvvə olaraq, Hələbin Buhus düşərgəsinə yerləşəcəkdik.

Düşərgənin bütün binaları dolmuşdu. Qərargah komandiri şəxsi heyəti Hələbə aparım deyə nə qədər israr edirdisə, razılaşmırdım. Düşərgə rəhbəri ilə danışdım, büdcə alıb yarımçıq bir tikilini təmir etdirdim. Bir batalyonu Hələbə gətirdim, növbəti batalyon üçün başqa bir bina axtarmağa başladım. Bütün briqadanı Buhusa köçürənə qədər bir aydan çox çəkdi. Bununla yanaşı, hələ də qışda istilik problemimiz vardı. Uşaqlara deyirdim: “Bu qədər şikayətlənməyin, siz iki il fermada yaşamış adamlarsız. Bura hər-halda, bir binadır”.

Bu müddətdə müharibə və döyüş olmadı. Səhər çağı və günortadan sonralar dərslər təşkil edirdik. Dini-mədəni proqramlar və ziyarət ekskursiyaları çox ciddiləşirdi, hərdən uşaqları İmam Hüseynin (ə) başının bir gecə saxlandığı deyilən kilsəyə aparırdıq. Təhlükəsizlik məsələsi o qədər yaxşılaşmışdı ki, bir şəhərcik ayrılmışdı, komandirlər və məsul şəxslər ailələrini Suriyaya gətirə bilirdilər.

2019-cu ilin novruzunda İrana qayıtdım. Üç ildən sonra ilk dəfə idi bayramda evdə olurdum. Qızımın üç yaşı vardı. Mən İranda olanda anamın vəziyyəti pisləşdi, on iki gün xəstəxanada yatdı. Ağ ciyərinin 70 faizi sıradan çıxmışdı. Ona xüsusi qulluq lazım idi. İki ay tərəddüd içində qaldım. Fikirləşirdim ki, Suriyaya qayıdım, yoxsa anamın yanında qalım. Nəhayət, qərara gəlib instaqramda bir post paylaşdım və uşaqlarla sağollaşdım. Ancaq özümə bu ümidi verirdim ki, bir də qayıtsam, Şəhid Haşiminejad kimi qayıdacağam; adi piyada döyüşçü kimi. Əks-təqdirdə, Şəhid Badpanın sözü ilə desəm, ömrümün sonuna qədər həsrət çəkməli olacağam.





Yüklə 346,24 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin