İŞİD-lə üz-üzə


İkinci fəsil Dəməşq hava limanı



Yüklə 346,24 Kb.
səhifə9/55
tarix02.02.2022
ölçüsü346,24 Kb.
#114143
1   ...   5   6   7   8   9   10   11   12   ...   55

İkinci fəsil

Dəməşq hava limanı


2013-cü ilin oktaybrı idi. Dəməşq hava limanının salonunda dayanmışdıq. Biz 72 nəfər olmasaydıq, ora daha çox ruhlar aləminə bənzəyərdi. Hər şey qəribə sükuta qərq olmuşdu. Heç kim tozlu oturacaqlarda oturmaq belə istəmirdi. Əbu Hamid adlı bir nəfərin Fatimiyyun komandiri olduğunu bilirdik, amma o vaxta qədər üzünü görməmişdik. Bizi görməyə, bizimlə danışmağa gəlməsini həvəslə gözləyirdik. Digər tərəfdən, həzrət Zeynəbi ziyarət etməyə çox tələsirdik.

Ancaq birdən-birə plan dəyişdi. Bir nəfər gəlib dedi ki, buradan təyyarəyə minib birbaş Hələbə getməlisiz.

Uşaqlar mat-məəttəl bir-birlərinə baxırdılar. Yavaş-yavaş özlərinə gəlib etiraz etməyə başladılar.

- Məgər Fatimiyyun komandiri Əbu Hamid bizi görmək istəmir? Bəs ziyarət nə olacaq? Biz Əbu Hamidi görməyincə burdan tərpənən deyilik!

Mən yaşca hamıdan böyük idim. Onları salonun bir tərəfinə toplayıb dedim: “Niyə uşaqlıq edirsiz?! Məgər biz cihada gəlməmişik?! Məgər hərəmi ziyarət etməsək, nə olar?! Gəlin, Hələbə gedək; şəhid olsaq, o həzrətin yanına gedərik, sağ qayıtsaq, məzarını ziyarət edərik”.

Bəzi uşaqlar mənimlə razılaşdılar, amma bəziləri əvvəlcə ziyarətə getməkdə israrlıydılar. Bir nəfər çox ağlayırdı. Yanında oturub dedim: “Sənin ağlamağın hissiyyatdandır. Ziyarətə getmək daha əhəmiyyətlidir, yoxsa bir kəndin işğalının qarşısını alıb insanları ölümdən xilas etmək?!”

Bütün bu sözlərin nəticəsində 30 nəfər Hələbə getməyə razı oldu, digərləri isə Dəməşqdə qaldılar. Biz təyyarəyə mindik. Hələb şəhərinin böyük bir hissəsi işğal olunmuşdu, təhlükəsizlikdən ötrü təyyarə işıqlarını söndürüb uçurdu.



Yüklə 346,24 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin