İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə11/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   7   8   9   10   11   12   13   14   ...   67
Abu-baran- 1


partladı. 
Sonradan 
öyrəndim 
ki, 
kustar 
bombalarla  tələ  qurmaq  əl-Nüsrə  cəbhəsinin 
fəndlərindən  biridir.  İstədikləri  yerdə  bomba 
quraşdırıb  geri  çəkilir,  bizim  uşaqlarımızı  irəli 
buraxırdılar. Zamanı gələndə isə pultla bombanı 
partladırdılar. 


 
57 
Uşaqları  sıraya  düzüb  saydım.  On  bir  nəfər 
yox  idi.  Onlar  həmin  evə  girənlər  idi.  Uşaqların 
köməyi  ilə  şəhidlərimizin  adlarını  qeyd  etdim: 
Nəqəvinin  müavini  seçilmiş  xuzistanlı  Seyid 
Nasir,  axşamlar  bizə  rövzə  oxuyan  məddahımız 
Yasir Cəfəri, bir axşam evinə zəng vurub qızının 
dünyaya  gəldiyini  öyrənmək  üçün  həyəcanla 
telefon  axtaran  Mehdi  Həzara,  sonradan  iranlı 
olduğunu  və  saxta  Əfqanıstan  pasportu  ilə 
Suriyaya  gəldiyini  öyrəndiyim  Əhməd  Dusti, 
sonuncu  gecə  üzü  çox  nurlanmış  və  hamının 
onunla şəkil çəkdirməyə can atdığı Seyid Mehdi 
Salmani,  sakit  oğlan  olan,  sonralar  adını  özümə 
kod adı seçdiyim Nəcib və digərləri. 
Uşaqların  bir  neçəsi  narahat  halda  əməliyyat 
komandiri  Əbu  Zeynəbin  yanına  gedib  dedilər: 
“O  evdə  qalmış  şəhidlərimiz  nə  olacaq? 
Cəsədlərini 
qaytarmaq 
üçün 
bir 
şey 
fikirləşməliyik”. 
Uşaqlarımızdan  on  bir  nəfəri  şəhid  olduğuna 
görə  Əbu  Zeynəb  çox  narahat  idi,  daim  özünü 
qınayırdı.  O,  Nübl  və  əl-Zəhra  uşaqlarından 
ikisini həmin evə xəbər gətirməyə göndərdi. Biri 
bizdən  təxminən  300  metr  aralıda  güllə 


 
58 
atəşindən  yerindəcə  şəhid  oldu,  digəri  də 
yaralanıb yerə yıxıldı. 
Fatimiyyun  uşaqlarından  Seyid  Qulamsəxi 
Hüseyni uşaqlara hirsləndi. 
–  Sizin  tərsliyinizə  görə  iki  nəfər  şəhid  oldu. 
Niyə  israr  edirsiniz  ki,  şəhidləri  indicə 
qaytarmalıyıq?  Cəsədləri  gətirməkdən  ötrü  bir 
neçə şəhid vermək yaxşıdır?! 
Qarşıdan atəş açılsa da, o, yaralanmış suriyalı 
döyüşçünü  gətirməyə  getdi,  onu  çiyninə  atıb 
qaça-qaça  geri  qayıtdı,  amma  təəssüf  ki,  yerə 
qoyanda  yaralı  davam  gətirmədi,  kəlmeyi-
şəhadətini  deyib  şəhadətə  qovuşdu.  Qulamsəxi 
yenə  uşaqları  danladı  ki,  bu  döyüşçü  sizin 
israrınıza görə gedib şəhid oldu. 
Artıq iş-işdən keçmişdi. Hamının qəm-qüssəsi 
daha da artdı. 
Axşam elan etdilər ki, Fatimiyyun uşaqlarının 
qarovul  çəkməsi  lazım  deyil,  bu  gecə  istirahət 
etsinlər.  Uşaqların  çoxu  ruhdan  düşmüşdü, 
itirdikləri  dostlarına,  gördükləri  səhnələrə  görə 
kədərli idilər. 
Soyuq  noyabr  axşamlarından  idi.  Elə  orada, 
istehkamın  arxasında  yatmalı  olduğumuza  görə 
Nübl  və  əl-Zəhra  uşaqları  bütün  adyallarını 


 
59 
gətirib  hərəmizə  üçünü  verdilər.  Uzanıb 
yatmağa 
çalışdıq. 
Düşmənlə 
məsafəmiz 
təxminən  1  km  idi,  bəzən  atəş  səsi  gəlirdi. 
Adyalları  üstümə  çəkdiyim  yerdə  əl-Zəhra 
uşaqlarından  biri  gəlib  bir  adyalın  ucundan 
tutdu.  Demək  istəyirdi  ki,  götürümmü?  Dedim 
ki, bəli, götür. 
Adyalı  götürən  kimi  dostları  onu  danlamağa 
başladılar.  O  da  deyirdi  ki,  mənə  də  soyuqdur. 
Söhbətə  qoşulub  dedim  ki,  problem  yoxdur, 
mənə  iki  adyal  kifayət  edər.  Ancaq  onlar 
dayanmır, 
dostlarını 
qınayırdılar 
ki, 
bu, 
dünyanın o başından bizimçün vuruşmağa gəlib, 
gərək  soyuqlamasın,  sənsə  səhərədək  soyuqdan 
əssən də olar. 


 
60 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin