İŞİD-lə üz-üzə


partladıb şəhadətə yetirmişdilər



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə16/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   12   13   14   15   16   17   18   19   ...   67
Abu-baran- 1


partladıb şəhadətə yetirmişdilər. 
Nəhayət,  mühasirə  yarıldı,  təpə  azad  edildi. 
Əlli  suriyalı  döyüşçüdən  yalnız  yeddi  nəfər  sağ 
qalmışdı.  Kənd  təmizlənəndən  və  bölgədə 
təhlükəsizlik  yaranandan  sonra  Əbu  Zeynəbin 
razılığı 
ilə 
dostlarımla 
birgə 
tək 
evə 
şəhidlərimizin cəsədlərini gətirməyə getdik. 
Partlayış 
cəsədləri 
təxminən 
sıradan 
çıxarmışdı.  Qismən  sağlam  qalmış  cəsədlər  də 
günəş  və  yağış  altında  qaldığına  görə  şişib 
qaralmışdı.  Suriyalı  uşaqların  bir  neçəsi  video 
çəkmək  istəyirdi,  amma  şəhidlərə  hörmətsizlik 
olar deyə icazə vermədim. 
Mən  Əfqanıstan  ordusunda  oxşar  səhnələr 
görmüşdüm,  amma  uşaqlar  ilk  dəfə  idi  belə 
cansız  bədənlərlə  rastlaşırdılar.  Mat-məəttəl 
dayanıb  yalnız  baxırdılar.  Bir  cəsəddən  yapışıb 


 
70 
uşaqları  köməyə  çağırdım,  amma  yerlərindən 
tərpənmədilər.  Sanki  qurumuşdular.  Başlarına 
qışqırdım:  “O  qədər  israr  edirdiniz  ki, 
şəhidlərimizi  qaytaraq!  İndi  gəlin,  kömək  edin, 
niyə yerinizdə qurumusuz?!” 
Yavaş-yavaş  yaxınlaşdılar.  Ancaq  bir  şey 
etmək 
də 
olmurdu. 
Cəsədlər 

qədər 
parçalanmışdı  ki,  qaldırmaq  mümkün  deyildi. 
Yerə  çadır  sərib  bir  şəhidin  cəsədini  yavaşca 
onun  üzərinə  qoyduq,  büküb  hər  iki  tərəfdən 
iplə bağladıq. 
Cəsədlərin 
heç 
birini 
tanıya 
bilmədik. 
Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin