Birinci bölmə
İran-Əfqanıstan yolunda
7
Birinci fəsil
Qərarsızlıq
Mən
1984-cü
ilin
martında
İranda
doğulmuşam, amma iranlı sayılmıram. Ata-
anam təxminən 40 il öncə Əfqanıstandan İrana
mühacirət edib, ancaq onlar da iranlı sayılmırlar.
Buna görə çox sıxıntı yaşayır, hətta atamın
dializi
üçün
xəstəxanada
da
problemlə
üzləşirdik. Bu çətinliklər məni çox narahat
edirdi; elə bir yerdə yaşamaq istəyirdim ki, oraya
aid olum, xalqı və hökuməti məni öz həmvətəni
bilsin.
8
Bütün bunlarla yanaşı, İranı sevirdim; bu
ölkədə doğulub böyümüşdüm, həyatımın bütün
xatirələri Məşhəd şəhərinin bir məhəlləsində
yaşanmışdı.
Uşaqlıqda anam günortadan sonralar əlimdən
tutub bir-bir qonşuları və xalalarımı görməyə
aparardı. Biz o qonşularla doğma bacı-qardaş
kimi idik; o qədər yaxın idik ki, bir-birimizin
evinə
girib-çıxır,
soyuducudan
yemək
götürürdük.
Vətənimə qarşı
nə qədər xoş
hisslər
keçirirdimsə, bəzi məsələ və münasibətlərdən də
bir o qədər inciyirdim. Buna görə də, attestat
alandan sonra Əfqanıstana dönmək qərarına
gəldim. Valideynlərimsə razılıq vermirdilər.
Attestat almadan öncə də Talibanla vuruşmaq
üçün Əfqanıstana getməyə çalışmış, atamın sərt
etirazı ilə üzləşmişdim.
Bircənd şəhərində əfqanıstanlı könüllülərə
Talibana qarşı vuruşmaq üçün təlim keçir,
Tacikistan yolu ilə Məhəmməd (s) ordusu adlı
təşkilata göndərirdilər. Dəfələrlə oraya gedib
yalvardım
ki,
adımı
yazsınlar,
ancaq
razılaşmırdılar.
Çünki
atam
rəhbərlərinə
tapşırmışdı ki, məni əsla qəbul etməsin. Bir
9
müddət küsdüm, gecələr evə getmədim, axırda
Taliban məğlub oldu və mənim Məhəmməd (s)
ordusuna qoşulmaq istəyim gündəmdən düşdü.
Artıq 21 yaşım vardı. Durumum məni İran
vətəndaşı olduğuma inandıra bilmirdi. Qürurum
zədələnmişdi. Onda mənim kimi çoxları
düşünürdü ki, Amerikanın gəlişindən və
Talibanın məğlubiyyətindən sonra vəziyyət
düzələcək. Atam dedi ki, getmə, peşman
olacaqsan. Mənsə dedim: “Məgər demirlər ki,
mən əfqanıstanlıyam?! Bəs burda neyləyirəm?!
Gərək Əfqanıstana gedib özümə həyat qurum”.
Qərarımı vermişdim. Bunu özümə, bütün ailə
üzvlərimə və qohumlarıma sübut etmək
istəyirdim. İrandakı oturum kartımı saxlaya da
bilərdim, ancaq getməzdən öncə təhvil verdim.
Qərara gəlmişdim ki, bir də İrana qayıtmayım.
|