Onuncu fəsil
Məleyhə əməliyyatı
Aylar ötürdü və biz hələ Məleyhə əməliyyatı
ilə məşğul idik. Əbu Hamid zirehli texnika
təlimlərindən ötrü Xudabəxş Xavəri adlı
istedadlı bir döyüşçünü Dəməşqə göndərmişdi.
O, Məleyhədə özünü doğrultdu. Çox şuxtəb və
enerjili idi, yanındakıların hamısını mənəvi
enerji ilə təmin elədiyinə görə Əli Şarji kimi
məşhurlaşdı. Sakit bir yerə gedəndə bir neçə
dəqiqədən sonra oradan gülüş səsləri ucalırdı.
Çox cəsur oğlan idi və cəsurluğu ağıllılıqdan,
zirəklikdən irəli gəlirdi.
98
Məleyhə əməliyyat zonası hündür binalarla və
küçələrlə dolu idi, tankların çox da manevr
imkanı olmurdu. Suriyanın tank sürücüləri
küçələrə girməyə qorxurdular. Ancaq Əli Şarji
məharətlə küçəyə girib bir neçə dəfə atəş açır,
sonra cəld başqa bir küçəyə girirdi. Bir dəfə
içində on beş silahlı olan bir evə o qədər
yaxınlaşmışdı ki, topun lüləsini pəncərədən içəri
salıb atəş açmışdı.
Qulamsəxi də artilleriya birləşməsində işə
başlamışdı. Uzaq məsafəni vuran 23 mm çaplı
top çox ağırdır. Onu maşınlara qoyub istifadə
edirlər. Bundan ötrü səkkiz silinidrli Amerika
maşınlarına
qədər
müxtəlif
nəqliyyatlar
sınaqdan keçirildi. Amma top o qədər qüdrətli
idi ki, atəş açanda güclü təkanı maşınların gövdə
və şassilərinə xəsarət yetirirdi. Nəhayət, bu
sınaqdan Toyota Land Cruiser pikapı başıuca
çıxdı.
Qulamsəxi əşya xidmətinə gələndə Hələbdə
geyindiyi forma hələ də əynindəydi. Halbuki
yeni forma ala bilərdi. Mənimlə hal-əhval tutub
deyirdi: “Daha özünə görə rəis olmusan ha!”
Bir neçə günlüyə məzuniyyətə getmişdim.
Qayıdanda onun şəhid olduğunu eşitdim.
99
Təəccüblənmədim.
Hamımız
bu
xəbəri
gözləyirdik. Buna baxmayaraq, bir neçə gün
halım çox pis oldu. Döyüş yoldaşlarından onun
necə şəhid olduğunu soruşdum. Məleyhə
əməliyyatında 23 mm çaplı topdan atəş açırmış.
Ona doğru iki tank əleyhinə raket atıblar. Birini
topla vurub, amma ikincisi maşına dəyib və
Qulamsəxi yerindəcə şəhadətə qovuşub.
|