İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə42/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   38   39   40   41   42   43   44   45   ...   67
Abu-baran- 1

İyirmi beşinci fəsil  
Hələbin Buhus düşərgəsi 
Mən  Hələbə  çatanda  Tədmur  azad  edilmişdi. 
Fatimiyyun  qüvvələri  Hələb  şəhərində  Buhus 
düşərgəsinə 
yerləşmişdilər. 
2015-ci 
ilin 
payızında,  təxminən  mənim  Hələbə  getdiyim 
zaman  müqavimət  cəbhəsi  Hələbdə  çoxlu 
kəndləri azad etmişdi; o cümlədən Xantuman, əl-
Hazir, əl-Eys, Zeytan, Sabiqiyyə, Xəlsə və Həmrə 
kəndlərini.  Beləliklə,  Hələb  şəhərinin  böyük  bir 
bölgəsi  üçün  təhlükəsiz  zona  yaranmışdı.  Mən 
uşaqların  biri  ilə  azad  edilmiş  kəndlərdən  əl-
Hazirə  getdim.  Kəndin  bir  hissəsində  çox 


 
215 
qələbəlik vardı. Yaxınlaşanda gördüm ki, uşaqlar 
bir  pikapın  başına  toplaşıblar.  Hacı  Qasim 
maşının  arxasında  dayanıb  uşaqlarla  söhbət 
edirdi.  Qaça-qaça  özümü  onlara  yetirdim. 
Həmin  gün  hamımız  üçün  yaddaqalan  bir  gün 
oldu. 
Xantumandan  Fuə  və  Kəfəriya  kəndlərinə 
qədər təxminən 40 km məsafə vardı. Bu iki kənd 
mühasirədə  idi.  Onları  azad  etmək  üçün  daha 
çox  birliyə  ehtiyac  vardı.  Suriya  ordusu 
Laziqiyyədən  hücuma  keçməli  idi,  biz  başqa 
səmtdən. 
Fuə 
və 
Kəfəriya 
kəndlərinin 
mühasirəsi Nübl və əl-Zəhranın mühasirəsindən 
də  çətin  idi.  Çünki  orada  heç  olmasa,  kürdlərə 
doğru  bir  yol  vardı,  Fuə  və  Kəfəriya  isə  tam 
şəkildə  mühasirədə  idi.  Camaata  helikopterlə 
qida məhsulları atılırdı. Amma çox təhlükəli idi, 
çünki  helikopteri  asanlıqla  vururdular.  Suriya 
ordusu  bu  iki  kəndin  azadlığından  daşındı  və 
elan  etdi  ki,  Dəməşqdə  vuruşduğuna  görə 
bunlar  prioritet  deyil.  Biz  də  qərara  gəldik  ki, 
azad etdiyimiz kəndləri saxlayaq. 
Qərara  gəlmişdilər  ki,  Hələb  şəhərinin  Buhus 
düşərgəsi  Fatimiyyun  qüvvələrinin  mərkəzi 
maddi-texniki bazası olsun. Qərargah komandiri 


 
216 
bu  düşərgəni  yenidən  qurmağı  mənə  tapşırdı. 
Ərəblər Buhus düşərgəsinin böyük binasına qəsr 
deyirdilər.  İkimərtəbəli  idi,  çoxlu  otaqları  vardı, 
təxminən  600  nəfəri  yerləşdirə  bilərdik.  Ancaq 
təxminən yarıuçmuş halda idi, hər otağın tavan, 
pəncərə  və  ya  divarlarında  bir  nöqsan  vardı. 
“Bismillah” deyib təmirə başladıq. 
Buhus düşərgəsinin komandiri “Əbu Kumeyl” 
çağırdığımız iranlı müharibə veteranı idi. İmanlı 
və  başadüşən  adam  idi.  Hərbi  sistemdə  deyirlər 
ki,  siz  rəisinizi  sevməyə  məcbur  deyilsiz,  amma 
ona  hörmət  etməyə  məcbursuz.  Ancaq  aşağı 
rütbələrdən  yüksək  vəzifələrə  qədər  hamı  Əbu 
Kumeyli  çox  sevir,  ona  ürəkdən  hörmət  edirdi. 
Bir neçə il idi təqaüd zamanı gəlmişdi, amma hər 
il təxirə salırdı. 
Əşya  və  ərzaq  xidmətinin  uşaqları  gecəyə 
qədər  işlədiklərinə  görə  Əbu  Kumeyl  onlara 
səhər 
proqramlarına 
qatılmamağa 
icazə 
vermişdi.  O,  Buhus  düşərgəsinin  komandiri 
olduğu  müddətdə  yalnız  bir  dəfə  anbarlara  baş 
çəkib  tövsiyələrini  verdi,  sonra  da  təkidlə  dedi: 
“Mən sizin işlərinizə müdaxilə etmək istəmirəm. 
İşi  sizə  tapşırmışam,  gözləyirəm  ki,  şəxsi  heyət 
sizdən  razılıq  etsin”.  Tabeliyində  olanlara  belə 


 
217 
etimadı  mənə  Əbu  Hamidi  xatırladırdı.  Mən  də 
problemləri  aradan  qaldırmaq  üçün  mümkün 
olduqca  onu  narahat  etmirdim.  Yalnız  Hələb-
Dəməşq 
magistralı 
düşmən 
tərəfindən 
bağlananda  və  sobalara  dizel  tapmayanda 
vəziyyəti  söylədim,  o  da  Dəməşqdən  yanacaq 
təmin etdi. 


 
218 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin