İyirmi altıncı fəsil
Nübl və əl-Zəhranın azadlığı
2015-ci ilin fevralında İranda məzuniyyətdə
olanda Nübl və əl-Zəhra qəsəbələrinin azad
edildiyini eşitdim. Bu qəsəbələrin azadlığında
bütün
qüvvələr
iştirak
etmişdilər:
Vətən
müdafiəçiləri,
Heydəriyyun,
Zeynəbiyyun,
Fatimiyyun... Bizdən Malikin başçılıq etdiyi
batalyon hücumda iştirak etmişdi. Malik əvvəlcə
snayper idi, bir müddət şəxsi heyətə təlim
keçəndən sonra bu əməliyyatda hücumçu
batalyonun komandiri olmuşdu.
219
Snayper uşaqlar çox hazırlıqlı və təcrübəli
idilər. Onların komandiri olan Süleyman həm
döyüşçü seçimində çox həssaslıq göstərirdi, həm
də onlara çox ağır təlimlər keçirdi. Bu səbəbdən
Fatimiyyun diviziyasının ən yaxşı bölük və
batalyon komandirləri adətən onların arasından
seçilirdi. Malik də bu əməliyyatda yaxşı çıxış etdi
və adı dillərə düşdü.
Artilleriya dayanmadan piyada qüvvələrə atəş
dəstəyi
vermiş,
əhali
də
uşaqlarımızın
irəlilədiyini görüb qəsəbənin içindən düşmənə
hücum etmişdi. Bu səbəbdən səhərə qədər bütün
mövqelər ələ keçirilmişdi.
Bizim uşaqlarımız qəsəbəyə girəndə əhali
şükür namazı qılırmış, gördükləri hər bir əsgəri
dərhal evlərinə aparıb qonaq edirmişlər. Bir ilə
qədər Nübl və əl-Zəhraya gedəndə şirniyyat və
çörək mağazaları məndən pul almırdı.
Qəsəbələr azad ediləndən bir neçə gün sonra
dostum İsa Mətuqu görməyə getdim. Yola
düşməzdən öncə mənimlə əlaqə saxladı. Bildim
ki, nə isə demək istəyir. Peşman olub dəstəyi
qoymadan xahiş etdim ki, sözünü desin. Mənə
dedi: “Mənim yaxınlarım dörd ildir balıq
220
yemirlər. Anbarınızda konserv varsa, bir
neçəsini gətir”.
Mən kiçik yük maşınını müxtəlif konservlərlə
doldurdum, bazardan da bəzi şeylər alıb əl-
Zəhraya yola düşdüm. Qəsəbə çox gərgin və
dağınıq vəziyyətdə idi. Əkin sahələrinin
arasında pərakəndə evlər vardı, mərmilər daha
çox torpağa düşmüşdü. Qəsəbə əhalisinin
gözütoxluğu mənə çox qəribə gəldi. Yeməklə
dolu bir maşını görsələr də, hətta uşaqlardan da
bir nəfər yaxınlaşıb heç nə istəmədi. Bir nəfər
mənim gəlişim münasibəti ilə havaya atəş açmaq
istəyəndə bir qoca yaxınlaşıb dedi: “Sən Allah,
atma. Bu dörd ildə kifayət qədər atışma səsi
eşitmişik. Daha bəsdir”. Sonra mənimlə bir
qədər dərdləşdi, bu illərdə su və xörəyin
çatışmadığını, yalnız Türkiyə yolunun açıq
olduğunu və kürdlərin onlara qida məhsulları
gətirib on qat bahasına satdığını söylədi. Bəziləri
də qarşılıqsız kömək edirmiş, hətta istəyənləri bu
yolla
mühasirədən
çıxarıb
Türkiyəyə
də
aparırmışlar.
Qəsəbənin cavanları qida məhsullarını ailələr
arasında böldülər. Onların bəziləri ilə söhbət
imkanı yarandı. Onlar deyirdilər: “Mühasirə
221
zamanı düşmənin hücumuna qarşı müqavimət
göstərirdik. Dəfələrlə oldu ki, nəyin bahasına
olursa-olsun, bir tankın da qəsəbəyə girməsinə
imkan vermədik. Onlarla insan şəhid olurdu,
amma tanka yaxınlaşıb içinə əl qumbarası
atmağa, onu partlatmağa müvəffəq olurdular”.
İsa da çox sevinirdi. Uzun müddətdən sonra
ata-anasını,
ev-eşiyini
görürdü.
Hər
bir
mövzudan danışır, zarafat edirdi. Anası çox
əziyyət çəkmiş, dadlı ərəb xörəkləri bişirmişdi.
|