İyirmi yeddinci fəsil
Xantumanın işğalı
2016-cı ilin may ayında İrana məzuniyyətə
getdim,
ancaq
qardaşımı
görməyib
təəccübləndim. Anam yavaşca dedi: “Bir neçə
gün qabaq Suriyaya getdi”.
Gözləri həyəcanla dolu idi. Həm onun
yanında qalmağımı istəyirdi, həm də tez bir
zamanda qardaşımın arxasınca getməyimi.
Həmin günlərdə Xantumanın işğal olunduğunu,
Fatimiyyundan və iranlı pasdarlardan təxminən
65 nəfərin şəhid olduğunu eşitdim. Çox üzücü
xəbər idi. Tez bir zamanda sənədlərimi sahmana
223
salıb Suriyaya qayıtdım. Bilmirdim ki, orada
qardaşımın dirisi ilə rastlaşacağam, yoxsa ölüsü
ilə.
Düşərgədə uşaqların vəziyyəti yaxşı deyildi.
Xantumanda
olmuş
Fatimiyyun
komandirlərindən Qulam-Abbasla danışdım.
Qardaşımdan xəbəri yox idi. Xantumanın
vəziyyətini soruşanda dedi:
- Kəndə təxminən səkkiz dəfə hücum oldu. Əl-
Nüsrə cəbhəsi hücuma toplaşan kimi bizim
artilleriyamız
onları
vurur,
irəliləməyə
qoymurdu. Ancaq son hücumlarında intihar
əməliyyatı etdilər. Bir BMP sürətlə irəliləyib
istehkamdan keçdi. Uşaqlar pulemyot və
avtomatla qarşısını ala bilmədilər. Kəndə girib
küçə-küçə gəzdi və komandir qərargahı olan
evin düz önündə bir neçə maşının yanında
dayanıb özünü partlatdı. Partlayış o qədər güclü
oldu ki, uşaqlar ruhdan düşdülər. Düşmənin
tankları və hücumçuları dərhal irəlilədilər, ev-ev,
küçə-küçə gedən döyüş səhərə qədər uzandı.
Axırda çoxlu şəhid verməyimizə baxmayaraq,
kənd işğal olundu.
Araşdırandan sonra bildim ki, qardaşım da bir
müddət Xantumanda olub, amma kompüter
224
proqramlarını bildiyinə görə Buhus düşərgəsinə
aparılıb. Kadrlar bölməsindən dedilər ki,
qardaşın oradadır. Tez anama xəbər verdim ki,
onu tapmışam, vəziyyəti yaxşıdır.
Bu zaman Fatimiyyunun Seyid Əlinin başçılığı
altında İmam Həsən (ə) adlı ilk briqadası
yaradıldı və mən bir müddət onun kadrlar
bölməsinin rəisi oldum. Seyid Əli Əbu Hamidlə
birgə Əfqanıstanda Talibana qarşı vuruşmuş,
cəbhələrdə böyük təcrübə toplamışdı. O, gözəl
əxlaqı ilə hamının sevgisini qazanmışdı; gec
hirslənirdi, çox səbirli idi.
Bizim düşərgəmiz Hələbin şimalında, Nübl və
əl-Zəhranın
yaxınlığında
yerləşən
Mayir
kəndində idi. Çox səfalı kənd idi, böyük və gözəl
villaları vardı. Evlərin zahirindən görünürdü ki,
sakinləri çox varlı olub, kəndi tələsik boşaldıblar.
O kənddə olduğumuz müddətdə ehtiyacımız
olanları Nübl və əl-Zəhra qəsəbələrindən alırdıq.
Kadrlar bölməsində mənə notbuk lazım
olurdu. Buna görə imkan yarananda Buhus
düşərgəsinə qardaşımı görməyə gedirdim. O da
düşərgənin kadrlar bölməsində işləyirdi, mən
onun notbuk və printer kimi avadanlıqlarından
istifadə edirdim.
225
Orada şəxsi heyətə çoxlu zaman və enerji sərf
edən iki nəfərlə tanış oldum. Onların biri
düşərgənin kadrlar bölməsinin sədri Mənsuri
idi. O, şəxsi heyətin işləri ilə məşğul olarkən
gecə-gündüz bilmirdi. Bir dəfə mən otağında
olan Fatimiyyun gənclərindən biri gəlib dedi:
“İndicə mənə xəbər verdilər ki, anam İranda
xəstədir”. Çox narahat idi. Mənsuri onu
sakitləşdirdi, evlərinin ünvanını soruşdu, bir
neçə telefon zəngi ilə anasına təcili yardım
göndərdi.
İkinci adam da gözəl insan idi, düşərgədə
hakimlik edirdi. İxrac edilmiş adamları onun
yanına gətirəndə imkan yaradırdı ki, istədikləri
qədər danışıb özlərini müdafiə etsinlər. Çox vaxt
üzrlərini qəbul edir, öhdəlik almaqla qalmalarına
icazə verirdi.
O günlərdə Hələbin cənubunda Fatimiyyunun
İmam Hüseyn (ə) adlı ikinci briqadası yaradıldı.
Bu briqada Bilas kəndində bir məktəbə
yerləşmişdi. Bir gün Buhus düşərgəsindən Mayir
kəndinə qayıdanda bildim ki, İmam Həsən (ə)
briqadasına Hələbin cənubuna getmək əmri
verilib. Xantumandan sonra düşmən Həmrə
kəndini də işğal etmişdi. Əks-hücuma keçib
226
kəndi geri almaqdan ötrü canlı qüvvəni Hələbin
şimalından cənubuna çağırmışdılar.
Düşərgədə sakitlik idi. Şəxsi heyət bir neçə
saat idi getmişdi. Uşaqların əks-hücumunun
necə olduğunu bilmirdim. Tez qərargahdakı
komandir otağına getdim. Hələ qapını açmamış
Süleymanın ağlamaq səsini eşitdim. O, briqada
komandirinin birinci müavini olmuşdu, uşaqlar
arasında tələbkarlığı və sərtliyi ilə məşhur idi,
ancaq qapını açanda gördüm ki, zar-zar ağlayır.
Xəbər
vermişdilər
ki,
əks-hücum
uğurlu
olmayıb, uşaqlardan Seyid Həkim və başqa bir
neçə nəfər şəhid olub.
Otaqdan çıxdım. Seyid Həkimi bir də
görməyəcəyimə
inana
bilmirdim.
Onunla
birlikdə keçirdiyimiz gecə və gündüzlər aydın
şəkildə gözlərim önündən keçirdi. Sanki o anda
yanımda dayanmışdı, mənə deyirdi ki, otağıma
gedək, qəhvə içək. Kəşfiyyat işlərinə görə gecələr
yatmırdı. Bizim rəqəmsal proqramlarımızın
mütəfəkkir
beyni
idi.
Müxtəlif
mobil
proqramlarla
işləməyi
bacarır,
hər
kəsə
öyrədirdi. Alpine Quest naviqasiya proqramını
ilk dəfə mobil telefonuna o yükləmiş, onunla
işləməyi öyrənib digərlərinə də öyrətmişdi.
227
Qəmgin halda maşına minib Bilas kəndinə
İmam Hüseyn (ə) briqadasının yerləşdiyi yerə
getdim. Uşaqların ruhiyyəsi əsla yaxşı deyildi;
həm kənd əldən çıxmışdı, həm də şəhidlərimizin
cəsədi
orada
qalmışdı.
Uşaqlar
cəsədləri
gətirmək üçün plan düşünürdülər.
Səhər çağı batalyon komandirləri Qulam-
Abbasla Seyid Cəlal, 20 yaşlı bir ruhani, saçı
ağardığına görə uşaqların “Ağbaş” çağırdığı bir
döyüşçü,
Zeynəbiyyundan
bir
nəfər
və
uşaqlardan başqa bir neçəsi BMP-yə minib
Həmrə kəndinə şəhidləri gətirməyə getdilər.
Şəhidlərə
çatana
qədər
bir
hadisə
baş
verməmişdi. Ancaq cəsədləri götürmək üçün
BMP-dən enəndə hər tərəfdən atəş açılmışdı.
Qulam-Abbasın ürəyinə bir güllə dəymiş, Seyid
Cəlal da yaralanmışdı. Bir neçə nəfər canını
qurtarıb qayıtmışdı. Nəticədə nəinki şəhidlərin
cəsədlərini gətirə bilmədilər, hətta Qulam-
Abbasın, Ağbaşın və gənc ruhaninin cəsədi də
kənddə qaldı.
Kadrlar bölməsində üzərimə düşən işlərdən
biri də şəhidlərin qovluqlarını tamamlamaq idi.
Cəsədi qayıtmamış şəhid üçün dörd şahid lazım
idi. Bu isə adətən çox çətin olur, vaxt alırdı.
228
Ancaq mən bu işlə ciddi məşğul olurdum.
Bilirdim ki, cəsədi itkin düşmüş şəhidin şəhadəti
sübut olunmasa, Şəhid fondunda qovluğu
olmayacaq və ailəsi maddi baxımdan çətinlik
çəkəcək.
Qulam-Abbasın, Ağbaşın və gənc ruhaninin
qovluqlarını diviziyanın kadrlar bölməsinə
aparanda məsul şəxs soruşdu:
– Qulam-Abbas Fatimiyyundan idi?
– Hə.
– Demək istəyirəm ki, əsl fatimilərdən idi?
Məqsədini yaxşı başa düşdüm. Qulam-Abbas
iranlı idi, amma özünü əfqanıstanlı kimi qələmə
verib Suriyaya gəlmişdi. Sonralar iranlıların
Suriyaya gəlişi mümkün olanda da Fatimiyyun
briqadasından getməmişdi. Özümü bilməzliyə
vurub əminliklə cavab verdim:
– Hə, əsl fatimi idi, ondan da əsli
yoxumuzdur.
Ancaq o öz bildiyini etdi. Gördüm ki, Qulam-
Abbasın qovluğunu o birilərdən ayırdı. Məlum
idi ki, onun işi yaxşı irəliləyəcək və Şəhid
fondunda qovluğu açılacaq. Ona İranda təntənəli
mərasim də keçirildi. Mənsə hətta kadrlar
bölməsindən çıxandan sonra da Ağbaşa və o
229
gənc ruhaniyə qarşı özümü borclu hiss edirdim.
Şəhadət yerinin təxmini rəsmi ilə birgə dörd
şahidin imzasını alana qədər bir il ötdü.
Xantumanın işğalından sonra əl-Nüsrə cəbhəsi
iki intihar əməliyyatıyla əl-Xəlsə kəndini də
tutdu. Ondan sonrakı Zeytan adlı kənd də öz-
özünə süqut etdi. Düşmən intihar əməliyyatı
edəndə şəxsi heyət ruhdan düşürdü, onları
döyüş yerində saxlamaq çox çətin olurdu.
Zeytan kəndi işğal olunanda qərargahda idim.
Uşaqların biri tələsik ratsiyanı mənə verib dedi:
“Tərcüməçi yoxdur. Gör bu adam nə deyir”.
Zeytan kəndindəki Fatimiyyun uşaqlarından
biri idi. O gərgin vəziyyətdə mənə deyirdi:
“Suriyanın Vətən müdafiəçilərindən olan bir
komandir mənim yanımdadır. Bundan ərəbcə
soruş ki, şəxsi heyətin hardadır”. Dediyini
soruşdum. Cavab verdi ki, yaxınlıqdadır. Bunu
Fatimiyyun döyüşçüsünə söyləyəndə hirslənib
dedi: “Hansı yaxınlıqda?! Vallah, bizim 30 km-
lik məsafəmizdə milçək də uçmur. Bu,
motosikletlə gəlib, motosikletdən düşmək də
istəmir. Gözləyir ki, bir şey olsun, qaza basıb
getsin”.
230
Doğru deyirdi. İntihar əməliyyatıyla cəbhədə
nizam-intizam pozulanda hamı geri çəkilirdi.
Suriya ordusu və müqavimət cəbhəsi intihar
əməliyyatlarına
əl
atmırdı.
Ancaq
ordu
Dostları ilə paylaş: |