partladıcılıq qabiliyyəti olmayan, yerə dəyəndə
vahiməli səs çıxarıb qorxu yaradan partlayış
çəlləkləri düzəltmişdi. Livan Hizbullahı da su
kolonkasına bənzəyən bir silah düzəltmişdi,
silahlılar arasında kolonka raketi və ya fil nərəsi
kimi məşhur idi. Bir yerə dəyəndə qorxunc səs
çıxarırdı, elə bil, bütün bölgə partlayırdı.
Düşmən öz qələbələrindən məst ikən biz
güclü müdafiə mövqeyi yaradıb onun qarşısını
almağa macal tapdıq. Bu müdafiə mövqeyi bir
neçə torpaq istehkam qurmaqdan, artilleriya və
texnikanı lazımi yerlərə yerləşdirməkdən ibarət
idi. Bu iş bir neçə ay öncə, Xantuman kəndi azad
ediləndə görülməli idi. Amma o zaman vəziyyət
fərqli idi. Düşünürdük ki, biz Xantumanda
qalmayacağıq, başqa bir əməliyyatla Fuəyə və
Kəfəriyaya
gedəcəyik.
Hücum
halında
olduğumuza görə müdafiə mövqeyinə ehtiyac
duymurduq, düşünürdük ki, ehtiyac yaransa,
arxadakı artilleriyanın köməyi ilə həll olunacaq.