Dördüncü fəsil
Türkiyə
Sanki yolçuluq alnıma yazılıb. Hələ son
səfərin çətinliklərini unutmamış Avropaya
getmək həvəsinə düşdüm. Bir müddət idi İranda
yaşayan əfqanıstanlı gənclərin Avropa ölkələrinə
mühacirəti başlamışdı.
Valideynlərimlə yenə həmişəki söhbətlər,
köhnə mübahisələr başlandı. Deyirdim ki,
mənim burada gələcəyim və gəlirim yoxdur, heç
bir şey olmayacağam. Oturum kartı üçün yenə
müraciət etmişdim, amma verməmişdilər.
29
Evdə məni israrla evləndirmək istəyirdilər,
mənsə o şəraitdə ailə qurmaq istəmirdim. Digər
tərəfdən, eşidirdim ki, filankəs iyirmi günə
İsveçə və ya Almaniyaya çatıb və artıq işləməyə
başlayıb. Deyirdilər ki, kim ingilis dilini bilirsə,
daha yaxşı işlərə düzələ bilir. Bu baxımdan da
problemim yox idi. Odur ki, birtəhər ata-anamı
razı salıb 2012-ci ilin yayında bir neçə nəfərlə
birgə Təbrizə yola düşdüm.
İran-Türkiyə sərhədi yaxınlığında bir həftə bir
evdə qaldıq. İmkanları yaxşı idi, çətinlik
çəkmədik. İnsan qaçaqçısı hərəmizə bir sənəd
verdi. Sənədlərə Birləşmiş Millətlər Təşkilatının
saxta möhrü vurulmuşdu. Sonra məni və başqa
bir nəfəri İstanbul avtobusuna mindirdi.
Əvvəldə oturacaqda oturmuşduq, ancaq yol
polisini keçəndən sonra sürücü iki yeni sərnişin
mindirdi və mən yoldaşımla birlikdə avtobusun
yerində oturmağa məcbur oldum. Oturacaqlarda
əyləşmiş sərnişinlərin təhqiramiz baxışları ilə
üzləşəndə yenə İranı tərk edib qaçaq yolçuluq
etdiyimə görə peşmanlıq hissi keçirməyə
başladım. O anda fikirləşdim ki, bu iki qaçaq
səfərinin bədənimə verdiyi əzabları yaddan
30
çıxara bilərəm, amma ruhuma vurduğu yaraları
heç zaman unutmayacağam.
Bir sutkadan sonra İstanbula çatdıq. Bir neçə
gün yataqxanada qaldıq. Orada müxtəlif
milliyyətlərdən
adamlar
vardı:
pakistanlı,
banqladeşli, çinli, afrikalı və s. Onların hər biri
Avropa ölkələrindən birinə getmək istəyirdi.
Mən bir neçə kişi və xanımla birgə Yunanıstana
getməyi
planlamışdım.
Yunanıstana
yol
dənizdən idi. Biz xilasedici jilet almaq istəyəndə
dedilər ki, ehtiyac yoxdur, sahildə özümüz
verəcəyik.
Hamımız maşına mindik. Mən yumşaq balış
kimi bir şeyin üstündə oturmuşdum. Sahildə
maşından enəndə bələdçimiz dedi ki, üstündə
oturduğun şeyi də gətir. Onu məndən alıb bir
hava nasosuna birləşdirdi. Bir neçə dəqiqə
ərzində böyük bir xalça kimi açıldı. Qaranlıqda
çox da yaxşı görmürdüm, amma sonralar qayıq
motoru olduğunu bildiyim bir aparatı ona
birləşdirib dedi: “Bu da sizin motorlu qayığınız!”
Cavanların biri ilə qayığa minib bir dövrə
vurdu, qayıdıb sahilə enəndən sonra həmin
cavanı göstərib dedi: “Qayıq sürməyi öyrətdim.
31
Bu, kapitanınızdır. O işıqları görürsüz? Ora
Yunanıstandır. Minin, gedin. Sağ-salamat!”
Bundan gülməlisi ola bilməzdi. Mat-məəttəl
qalmışdıq. Dedik ki, bəs söz verdiyiniz jiletlər
hanı? Dedi: “Olan budur; istəyirsiz minin,
istəmirsiz minməyin!”
Qoca-cavanlardan, kişi, qadın və uşaqlardan
ibarət otuz nəfər idik. On iki nəfərlik hava
qayığına zorla yerləşdik. Qayıq o qədər
ağırlaşmışdı ki, çətinliklə gedirdi. Bu dəfə artıq
yerdə və çöllükdə də deyildim. Zahidanın
çöllüklərində təcrübə etdiyim qaranlıq vardı,
amma ondan min dəfə artıq qorxulu idi. İnsan
suda olanda özünü yerdəki kimi hiss etmir, əli
hər yerdən üzülür; özü də elə bir qayıqda ki,
çərçivəsi hər an çıxa bilərdi. Nə qədər
irəliləyirdiksə, işıqlar da uzaqlaşırdı. Sanki heç
vaxt çatmayacaqdıq.
Birdən hər yer işıqlandı. Soyuq və həyəcanlı
işıq
idi.
Türkiyənin
Sahil
qvardiyasının
projektorları idi. Qayığı mühasirəyə aldılar,
hamımızı gəmiyə mindirib sahilə qaytardılar.
Qabaqcadan bizə öyrətmişdilər ki, polis sizdən
haralı olduğunuzu soruşsa, “Myanmadanıq”
deyin.
Myanmanın
Türkiyədə
səfirliyi
32
olmadığına görə vətəndaşlarını oradan çıxara
bilməyəcəkdilər.
Gəmidə haralı olduğu soruşulan ilk adam
mən oldum. O qədər həyəcanlı və məyus idim
ki, myanmalı olduğumu söyləmək yadımdan
çıxdı, dilimə gələn ilk söz bu oldu: “Əfqanıstan”.
Mənim yanımdan keçib o birinə yaxınlaşanda
özümə gəlib barmağımı dişlədim. Gəmidə və
sahildə olduğumuz saatlarda, Çanaqqalanın bir
kəndində yerləşən düşərgəyə çatana qədər məni
daim bir sual incidirdi; Allaha şikayət edirdim
ki, bu bəxtsizliyin səbəbi nədir və nə üçün
həmişə mən?
Myanmalı olduğunu söyləyənlərin hamısı
azad olundu; yəni İstanbula göndərildilər və
Türkiyəni tərk etmək üçün onlara bir ay vaxt
verildi. Mən də belə bir şey gözləyirdim. Məni
bir neçə nəfərlə birgə bir furqona mindirib
dedilər ki, sizi buraxacağıq. Ancaq yolda türkcə
bilən
sərnişinlərin
biri
bizi
Əfqanıstana
deportasiya edəcəklərini anladı. O qədər narahat
oldum ki, ixtiyarsız olaraq, özümü vururdum.
Son günlərdə xora kimi canıma düşmüş xəsis
sual yenə başımda fırlandı: “Bu qədər adamın
içində nə üçün mən?”
33
Bizi İstanbulda Yabancılar zindanına aparıb
təkadamlıq kameraya saldılar. Dedilər ki, bu
axşam təyyarə ilə Kabilə gedəcəksiz.
Kiçik
kameranın
hər
tərəfinə
baxdım.
Xəyallarımdan
və
məni
içdən
yeyən
fikirlərimdən
uzaqlaşmaq
üçün
bir
şey
axtarırdım. Bir neçə il idi siqareti tərk etmişdim.
Birini götürüb çəkdim, amma fikrim dağılmadı.
Otaqda axtarışa davam etdim. Gözlərimi
əlüzyuyanın
üstündə
bir
stəkanın
içinə
qoyulmuş ülgüc alətinə dikib yenə fikrə daldım.
Ürəyimdə saxladığım azca ümidimi də itirirdim.
Əgər İrana deportasiya olunsaydım, dözə
bilərdim, Əfqanıstana isə yox. Pulum da yox idi.
Heç bir planım, ümidim qalmamışdı. Elə
vəziyyətdə idim ki, istəyirdim ölüm, amma
Əfqanıstana deportasiya olunmayım. Bir anlığa
sinəm sancdı. Elə bildim ki, ürəyim dayandı,
infarkt oldum. Kaş adam ölüm zamanını biləydi!
Mənsə hələ yaşayırdım. O anda stəkanın
içindəki ülgüc mənə xilasedici jilet kimi görünür,
əzilmiş ruhumu maqnit kimi var gücü ilə özünə
çəkirdi. Fikirləşdim ki, o məni həyatımın
cavabsız okeanlarında boğulmaqdan həmişəlik
xilas edən yeganə şeydir.
34
Aləti götürüb çətinliklə ülgücünü çıxardım,
hisslərim yatmadan, ağlım işə düşmədən cəld bir
hərəkətlə damarımı kəsdim. Qolum qana
boyanıb istiləşdi.
Xəstəxanada özümə gələndə bildim ki, ülgüc
də mənimlə tərslik edib, damarımı kəsməyib.
Sanki həyatımda heç kim geri çəkilməyəcək,
məndən başqa heç nə təslim olmayacaqdı.
Məni gecə saat 12-də sarıqlı qolla hava
limanına apardılar. On nəfər idik. İkisi qadın idi.
Bizi
qandalla
bir-birimizə
bağlamışdılar.
İstanbulun beynəlxalq hava limanının salonunda
addımlayır, bizə cinayətkar və qatil kimi baxan
adamların
baxışlarından
əziyyət
çəkirdik.
Nəhayət, təyyarəyə oturanda həmin əzabverici
qandallardan da qurtulduq.
|