İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə55/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   51   52   53   54   55   56   57   58   ...   67
Abu-baran- 1

Otuz altıncı fəsil  
Yeni məsuliyyət 
Bu  bir  neçə  ildə  Hizbullah  komandirlərindən 
olan  ağa  Zülfüqarla  və  onunla  işləyən  İsa 
Mətuqla  əlaqəmi  kəsməmişdim.  Bəzən  onların 
Hələbdəki 
düşərgələrinə 
baş 
çəkir, 
söhbətləşirdim. İsagilin əl-Zəhradakı evlərinə də 
gedirdim.  O  həmişə  mənə  çox  yaxşı  qulluq 
edirdi. 
İrana  məzuniyyətə  getmişdim.  Ağa  Zülfüqar 
mənimlə  əlaqə  saxlayıb  dedi  ki,  Hacı  Qasimin 
əmri 
ilə 
Fatimiyyundan, 
iraqlılardan, 
suriyalılardan  və  iranlılardan  ibarət  bir  diviziya 


 
268 
yaradacaq,  onlara  altı  ay  xüsusi  təlimlər 
keçəcəklər. Mənə dedi ki, onun Fatimiyyuna aid 
bölməsinə  rəhbərlik  edim.  Dedim  ki,  indi  İmam 
Hüseyn  (ə)  briqadasındayam  və  Süleymanı  tək 
qoya  bilmərəm.  Dedi  ki,  mən  Süleymanla 
danışıb onu razı salacağam. 
Bir  neçə  gündən  sonra  bir  düşərgəyə  getdim 
və  oradakı  Fatimiyyun  döyüşçülərinə  komandir 
təqdim  olundum.  Bu bir  neçə batalyon  təzəlikcə 
təlimə  başlamışdı  və  mütləq  Fatimiyyun 
diviziyasında  olmaq  istəyirdilər.  Onlara  başa 
saldım ki, şübhəsiz, Fatimiyyundandırlar, amma 
Livan  Hizbullahına  ezam  olunublar.  Axşamlar 
təlimdən  sonra  otağıma  gəlirdilər,  onlarla 
söhbətləşirdik. 
Onların 
bir 
qismi 
birbaş 
Əfqanıstandan 
gəlmişdi, 
orada 
müharibə 
təcrübələri  vardı.  Düşərgə  rəhbəri  mənə  çox 
hörmət  edir,  otağımın  soyuducusunu  həmişə 
meyvə ilə doldururdu. Mən də axşamlar otağıma 
gələn uşaqlara meyvə verirdim. 
Hələ  bu  vəzifəni  tam  qəbul  etməmişdim. 
Qərara  gəlmişdik  ki,  ağa  Zülfüqar  yazda  gəlsin 
və  iş  barədə  ətraflı  danışaq.  Ancaq  onun 
tərəfindən  düşərgəyə  iki  livanlı  gəldi.  Onlardan 
Cihad  adlı  birini  öncədən  tanıyırdım.  Onlar 


 
269 
uşaqlardan  idman  imtahanı  aldılar.  Hamısı 
imtahandan  yaxşı  çıxdı.  Döyüşçülərin  hamısı 
gənc və əksəri təhsilli idi. 
Ağa Zülfüqara məktub yazıb nəzərdə tutduğu 
briqadanı  yaratmağın  şərtlərini  qeyd  etdim. 
Yazdım  ki,  ən  azı  altı  pikap,  iki  120  mm,  iki  82 
mm  və  on  60  mm  çaplı  minaatan,  bir  mini-
katyuşa, bir Suv avtomobili və artilleriya bölməsi 
təmin  olunsun.  Bundan  əlavə,  mən  yalnız  ağa 
Zülfüqarın  əmri  altında  işləyəcəyəm,  başqa  bir 
şəxsin  yox.  Çünki  bu  bir  neçə  ildə  bəzi 
qüvvələrin  təkəbbürlü  olduqlarını  görmüşdüm, 
onlarla işləməyin çox çətin olacağını bilirdim. 
Hizbullahın  arxa  cəbhə  xidməti  öz  üzərinə 
düşürdü.  Bəzi  Hizbullah  komandirlərinin  şəxsi 
heyətə  nisbətən  daha  yüksək  rifah  imkanları 
vardı.  Əlbəttə,  onlara  da yaxşı  baxırdılar.  Soyuq 
qış  gecələrinin  birində  bir  binaya  getdim.  Onun 
bir  mərtəbəsində  Hizbullah  qüvvələri,  bir 
mərtəbəsində 
də 
suriyalı 
döyüşçülər 
yerləşmişdi.  Livanlı  qüvvələrin  üç  cür  sobası 
vardı,  içərini  çox  yaxşı  qızdırırdı:  dizel,  elektrik 
və  qaz  sobaları.  Halbuki  suriyalı  döyüşçülərin 
qaldığı  birinci  mərtəbədə  soba  yanmırdı, 
özlərinə  adyal  büküb  otururdular.  Onlara 


 
270 
gündəlik cəmi 3 litr dizel verilirdi, sobanı yalnız 
axşam  və  səhərə  yaxın  yandırmağa  məcbur 
olurdular.  Mən  belə  səhnələri  yadıma  salıb  ağa 
Zülfüqardan 
başqa 
bir 
şəxslə 
işləmək 
istəmirdim. Ancaq axırda başqa bir adam rəhbər 
təyin  olundu,  aramızda  razılıq  baş  tutmadı  və 
mən  öncəki  işimə,  yəni  İmam  Hüseyn  (ə) 
briqadasında  komandir  müavini  vəzifəsinə 
qayıtdım. 


 
271 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin