İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə56/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   52   53   54   55   56   57   58   59   ...   67
Abu-baran- 1

Otuz yeddinci fəsil  
Ailəvi ziyarət 
Qərara  alınmışdı  ki,  şəhid  ailələri  komandir 
ailələri  ilə  birlikdə  Suriyaya  ziyarətə  getsinlər. 
Bir  neçə  dəfədən  sonra  bu  proqramın  eyibləri 
üzə  çıxdı.  Bu  səfərdə  şəhid  övladları  ataları  sağ 
olan  uşaqlarla  birgə  iştirak  edirdilər.  Bu  isə 
onların  həsrətli  baxışlarına  səbəb  olurdu.  Heç 
kəs  bu  vəziyyətdən  məmnun  deyildi.  Sonra 
qərara  gəldilər  ki,  hərəm  şəhidlərinin  ailələri 
ayrıca  gəlsin,  hərəm  müdafiəçilərinin  ailələri  də 
ayrıca. 


 
272 
Hər  səfərdə  hər  briqadaya  beş  ailə  nəzərdə 
tutulmuşdu. 
Bu 
səfərlər 
əvvəllərdə 
həvəsləndirici xarakter daşıyırdı. Hər briqadanın 
komandiri  Suriyada  daha  çox  xidmət  etmiş 
döyüşçünün  ailəsini  ziyarət  siyahısına  salırdı. 
Onların  biri  qərargahda  təmizlik  işlərinə  baxan 
Kərbəlayi  ləqəbli  qoca  bir  kişi  idi.  Yaşı  çox  olsa 
da,  bir  an  da  boş  durmurdu.  Bir  küncün  çirkli 
olduğunu  görən  kimi  oradan  başlayırdı,  bir  də 
görürdün  ki,  piyada  batalyonların  qaldığı 
yerlərin  sonuna  qədər  hər  yeri  təmizləyir. 
Halbuki  batalyonun  öz  xidmətçisi  vardı.  Ona 
“Bu  qədər  işləmənə  ehtiyac  yoxdur”  deyəndə 
cavab  verirdi  ki,  ürəyim  dözmür.  Hər  gələndə 
dörd-beş  ay  qalırdı.  Yoldaşı  İranda  xəstə  idi,  üç 
oğlunun  ikisi  Fatimiyyunda  vuruşurdu.  Biri 
snayper,  digəri  də  bölük  komandiri  idi.  Üçüncü 
oğlu  isə  anasının  yanında  qalmışdı.  O,  ailəsinin 
Suriyaya  ziyarətə  gələcəyini  eşidəndə  inana 
bilmir, ağlayıb deyirdi: “Məni ələ salmayın!” 
Mən  anamla  həyat  yoldaşımın  adlarını 
verəndə  yoldaşım  səkkizaylıq  hamilə  və  tam 
istirahət rejimində idi. Həkim ona səfərə çıxmağa 
icazə  vermirdi,  ancaq  həm  mən,  həm  də  özü 
israrla  ziyarətə  getmək  istəyirdi.  Sonuncu  dəfə 


 
273 
qayınanamla  danışanda  dedi:  “Başına  nə  gəlsə, 
səndən  biləcəm!”  Çox  həyəcanlı  idim,  amma  bu 
işi həzrət Zeynəbə tapşırdım. 
Düşərgədə  onları  gözləyirdim.  Uçuşları  iki 
saat  gecikmişdi,  yoldaşım  isə  ayaq  üstə  çox 
dayanmamalı,  oturmamalı  idi.  Axırıncı  dəfə 
zəng  vuranda  telefonu  sönmüşdü.  Bildim  ki, 
təyyarəyə miniblər. 
2016-cı  ilin  payızı  idi.  Narın,  amma  güclü 
yağış  yağırdı.  Çox  həyəcan  keçirir,  yoldaşımın 
başına 
bir 
iş 
gəlməsindən 
qorxurdum. 
Düşərgənin 
ruhanisi 
halımı 
görüb 
məni 
sakitləşdirməyə başladı. 
–  Yağış  altında  dua  qəbul  olur.  Nə  üçün  dua 
etmirsən? 
Sevincək  dama  çıxdım.  Üzümü  yağışa, 
əllərimi  də  göyə  qaldırdım.  Hələ  bir  söz 
deməmiş  qəlbimin  sakitləşdiyini  hiss  etdim. 
Allahdan  istədim  ki,  yoldaşımla  anam  bu  səfəri 
salamatlıqla  başa  vursunlar.  Başdan-ayağa 
islanmış halda və  qəribə rahatlıq içində  otağıma 
qayıtdım.  Bir  aydan  sonra  qızım  dünyaya 
gələndə  həmin  yağışlı  gecəni  xatırlayıb  adını 
Baran (yağış) qoyduq. 


 
274 
Səhər saat 5-də Dəməşqə yola düşdüm. Ancaq 
Xənasir-Əsəriya  yolunu  bağlamışdılar.  Bu yolun 
bir  tərəfi  İŞİD-in,  digər  tərəfi  də  əl-Nüsrə 
cəbhəsinin nəzarətində idi, bəzən təhlükəsizliklə 
bağlı  bağlanırdı.  Saat  07:30  dəqiqəyə  qədər 
gözlədim,  yol  açılan  kimi  maşını  saatda  180  km 
sürətlə sürüb  tez  özümü  Dəməşq  hava  limanına 
yetirdim.  Mən  çatanda  dedilər  ki,  təyyarə  çatıb, 
qonaqları  Zeynəbiyyəyə  ziyarətə  aparıblar. 
Onları hərəmdə görüb çox sevindim. Yoldaşımın 
vəziyyəti  yaxşı  idi.  Anam  da  məni  yaxşı 
qarşıladı.  Ərbəin  səfərinin  narahatlığı  qəlbindən 
çıxmışdı.  Həmin  il  ərbəində  Kərbəlaya  getmək 
istəyirdi,  amma  onu  apara  bilməmişdim.  Orada 
həzrət  Zeynəbin  ziyarəti  ilə  gözlərinə  işıq 
gəlmişdi.  Səhərlər  və  axşamüstülər  ziyarətə 
gedir, gecənin yarısına qədər həzrət Rüqəyyənin 
hərəmində qalırdıq. 
Birinci  səfərlərdə  karvanın  təhlükəsizliyini 
Livan  Hizbullahı  təmin  edirdi,  ancaq  sonralar 
Fatimiyyundan  otuz  döyüşçü  bu  işi  öz  üzərinə 
götürdü.  Səfərin  ən  çətin  hissəsi  ailələrin 
üstüörtülü  Şam  bazarına  alış-verişə  getmələri 
idi.  Fatimiyyun  qüvvələri  ailələri  bir  saat  yerinə 
bir  neçə  saat  gözləməli  olurdular.  Bir  dəfə 


 
275 
yoldaşımla  anam  təyin  olunmuş  vaxtda  gəlib 
avtobusa  oturdular,  amma  digər  sərnişinlər  bir 
saat  yarımdan sonra  gəldilər.  Karvan  rəhbəri ilə 
danışıb yoldaşımın vəziyyətini başa saldım. O da 
onları  ziyarətə  minik  avtomobili  ilə  aparıb-
gətirməyimə icazə verdi.  


 
276 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin