partlayış
qurğusunu zərərsizləşdirməyə girdilər, amma
hamısı şəhadətə qovuşdu.
Biz şəhərin işğalının qarşısını alandan sonra
əhali yavaş-yavaş evinə qayıtdı. Fatimiyyunun
yerləşdiyi evin sahibi də gəldi. Onunla danışıb
halallıq istədik. Mən dedim ki, razı deyilsənsə,
namazlarımızı bayırda qılaq. O da evindən heç
bir əşyanın azalmadığını görüb hörmətlə dedi:
297
“Mən çox sevinirəm ki, evimə başqa bir qrup
gəlməyib. Çünki bu zaman onlara siqaret, qəhvə
və çaydan əlavə, pul da verərdim ki, əşyalarımı
yükləyib aparmasınlar”. Biz bir neçə gün orada
qaldıq.
Qərara alınmışdı ki, əməliyyatın davamında
küçələri təmizləmək üçün BMP ilə hərəkət edək.
Şəhərə çoxlu BMP gətirildi. Bu maşınlar işə
salınanda və motorlarının səsi gələndə düşmən
bizə doğru balon atmağa başladı. Bu balonlar
yerə və BMP-yə dəyəndə partlayırdı. Balon
yağışında Fatimiyyun uşaqlarının bir qismi
şəhid oldu, bir qismi yaralandı.
Suriya ordusu əhalinin şəhərdən çıxması və
orduya qoşulması üçün bir neçə yolu açıq
qoymuşdu. Bəziləri qaça bilir, bəziləri də
silahlıların mühasirədən qaçanlara açdıqları atəş
nəticəsində
şəhid
olurdu.
Ordu
şəhəri
bombalayırdı,
elan
etmişdi
ki,
silahlılar
avtobuslarına minib şəhəri boşaltsınlar. Halbuki
müqavimət cəbhəsi onların Fuə və Kəfəriyada
mühasirəyə düşənlərlə dəyişdirilməsini istəyirdi.
Avtobuslar silahlıları aparmağa gələndə Baş
qərargahın əmri ilə müqavimət cəbhəsinin bütün
qüvvələri avtobusların ətrafına toplaşdılar,
298
bəziləri havaya atəş açdılar. Nübl və əl-Zəhra
uşaqları yolu bağlayıb avtobusları hərəkət
etməyə qoymadılar, dedilər ki, Fuə və Kəfəriya
əhalisi buraxılmayınca sizi şəhərdən çıxmağa
qoymayacağıq. Həmin gün silahlılar döyüşsüz
şəhərin içinə qovuldular, amma axırda Suriya
ordusu dəyişdirməyə razı olmadı. Onlar
məsələnin çox tez bir zamanda bitməsini
istəyirdi. Çünki Qərbin, ərəb ölkələrinin və
Türkiyənin mediası ciddi şəkildə məşğul idi,
Bəşşar Əsəd hökumətinə qarşı ictimai rəy
yaradırdılar ki, ordu Hələb əhalisini mühasirədə
saxlayıb acından öldürür. Halbuki Fuə və
Kəfəriya əhalisi veclərinə deyildi. Nəhayət,
Suriya ordusu beynəlxalq təzyiqlərdən qorxub
yolu açdı və silahlılar şəhərdən qaçdılar.
Silahlılar hər yerdən sürətlə İdlibə toplaşdılar.
İdlib şəhəri get-gedə müxtəlif qruplardan olan
silahlıların
mərkəzinə
çevrildi,
aralarında
çəkişmələr başlandı, yüzlərlə silahlı bir-birini
öldürdü.
Silahlılar Hələbdə çox zəifləmişdilər. Belə bir
vəziyyətdə canlı qüvvə bölgələri azad etmək
uğrunda yarışırdı. Məsələn, biz Şeyx Səid
bölgəsinə əməliyyata yollananda Suriya ordusu
299
bizdən qabaq hərəkətə keçib oranı tutdu. Suriya
ordusunun Süheyl Həsən birləşməsi də çox tez
bir zamanda Hələb vilayətinin şərqinə doğru
irəliləyib kəndləri azad etdi.
2017-ci ilin yanvarında Hələb şəhəri azad
ediləndən
sonra
Şeyx
Səid
və
Ramusə
bölgələrindəki şəhidlərimizi gətirə bildik. Şəhid
Məhəmməd Möhsüni və iri cüssəsinə görə
Fatimiyyunun BMP-si adlandırılan şəhid də
onların arasında idi. Əhalidən bəziləri orada
olub silahlıların şəhidləri harada dəfn etdiklərini
görmüşdülər. Biz onların dəfn yerlərini tapdıq.
Bəzi şəhidlərin cəsədləri başqa yerə aparılmışdı,
onları təxminən bir aydan sonra tapa bildik.
Hələb şəhidlərinin cəsədləri uzun müddət
sonralar
da
tapılırdı.
Dəfələrlə
Suriya
ordusundan zəng vurub deyirdilər: “Bir şəhid
cəsədi tapılıb, cibində möhür (və ya İran pulu)
var. Gəlin, aparın”. Belə vaxtlarda Fatimiyyun,
Heydəriyyun və Zeynəbiyyun birləşmələrinin
aidiyyəti şəxsləri şəhidin kimliyini təyin etməyə
gedirdilər. Kimliyi bilinməyəndə isə DNA testi
götürürdülər.
|