partlatdı. İki avtobusun içindəki iraqlıların bir
qismi şəhid oldu, bir qismi yaralandı. Lakin bu
hadisə əməliyyat prosesinə təsir etmədi, iraqlı
qüvvələr sərhəddə nəzərdə tutulmuş postları
qura bildilər. Bu postlar arasında məsafə
təxminən 20 km idi. Hər bir postun dairəvi
istehkamı vardı. Çünki İŞİD hər tərəfdən
hücuma keçə bilərdi. İstehkamın içində də 50
döyüşçü yerləşirdi.
303
Bukamal şəhərinin ən cənub nöqtəsində
sonuncu postu qorumaq Fatimeyi-Zəhra (ə)
briqadasına tapşırıldı və uğurla icra edildi. Bu
əməliyyat 40 gün sürdü.
İŞİD yaraqlıları çöllərə səpələnmişdilər, bütün
alçaq-hündürlükləri tanıdıqlarına görə arabir
bizim postlara hücum edirdilər. Adətən səhərin
ala-toranlığında, uşaqların yuxulu olma ehtimalı
çox olanda iki-üç pikapla və on piyada ilə
hücuma keçirdilər.
Suriya
ordusunun
Abbasabadda
hərbi
mərkəzi vardı. Sübh çağı üç İŞİD pikapı
istehkamdan keçib oradakı bütün iyirmi nəfəri
şəhid etdi, sonra da qaçıb çöllükdə itdilər. Onlar
Heydəriyyunun İraqla Suriya sərhədindəki iki
postuna da belə diversiya hücumları etmişdilər.
Bu hücumlardan sonra Heydəriyyunda ruh
düşkünlüyü yarandı. Komandirləri elan etdi ki,
mənim
döyüşçülərim
postlarda
qalmaq
istəmirlər. Onlar birdən-birə bütün dörd postu
boşaldıb geri çəkildilər. Halbuki Seyid Cəfər
Fatimeyi-Zəhra (ə) briqadasıyla ən öndə yerləşən
beşinci postda qalmışdı, hər an İŞİD tərəfindən
tam mühasirəyə düşə bilərdi. Onda iraqlıları
304
əvəz edəcək canlı qüvvə yox idi, Fatimiyyunun
bütün briqadaları məşğul idi.
Arxalarındakı yol təhlükəli olduğuna görə
Fatimeyi-Zəhra (ə) briqadası qayıda bilmədi,
qərargahın razılığı ilə üç gündən sonra qərbə
doğru gedib Sədd əl-vər adlı bir yerdə post
qurdu. Orada təxminən yüz əlli döyüşçü, iki
BMP, dörd pikap, bir tank və on iki minik
avtomobili vardı.
|