İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə7/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   2   3   4   5   6   7   8   9   10   ...   67
Abu-baran- 1

İkinci bölmə  
İran-Suriya yolunda 


 
41 
 
 
 
 
 
 
 
 
 
 
Birinci fəsil  
Təlim mərkəzi 
Hər  şey  Feysbukda  gördüyüm  bir  şəkildən 
başladı. Üç əfqanıstanlı hərbi geyimdə və silahla 
torpaq 
istehkamın 
arxasında 
dayanmışdı. 
Papaqlarının  üstündən  “Ləbbeyk,  ya  Zeynəb” 
yazılmış  lent  bağlamışdılar.  Şəklin  altından  da 
belə 
yazılmışdı: 
“Suriyadakı 
əfqanıstanlı 
döyüşçülər”. 
O vaxt camaat arasında belə söhbət gedirdi ki, 
həzrət Zeynəbin məqbərəsini uçurmaq və Suriya 
şiələrini 
qətliam 
etmək 
istəyirlər. 
Ancaq 


 
42 
Suriyaya  vuruşmağa  getmək  məsələsi  çox məxfi 
idi. 
O  şəkli  görəndə  canıma  od  düşdü,  bir  anlığa 
bütün  sual  və  narazılıqlarımın  cavabını  tapdım. 
Mənim  yerim  Əfqanıstan  və  ya  Yunanıstan 
deyildi,  Suriya  idi.  Ondan  sonra  hər  gün  artan 
həvəslə  Suriyaya  getməyə  yol  axtarmağa 
başladım.  Ancaq  nəinki  heç  bir  yerdə  ad 
yazılmır, hətta bunu gizlədirdilər də. Eşitmişdim 
ki,  məhəlləmizdə bir  nəfər  Suriyadan  təzə  gəlib. 
Onunla  görüşdüm,  amma  Suriyaya  getdiyini 
inkar etdi. 
İnternetdə 
axtarış 
zamanı 
Suriyadakı 
döyüşləri  işıqlandıran  bir  sayt  gördüm.  Saytın 
rəhbərinə  çox  yazdım  ki,  mənə  yol  göstərsin, 
amma  həmişə  belə  cavab  verirdi:  “Belə  bir  şey 
yoxdur.  Biz  Suriyada  vuruşmuruq,  sadəcə, 
məsləhətçilik  edirik”.  Ona  çox  yazdım,  israrla 
dedim:  “Casus  deyiləm,  həqiqətən,  getmək 
istəyirəm.  İki  həftədir  nə  yeyə  bilirəm,  nə  də 
yata. Dəli olmaq üzrəyəm”. 
Nəhayət,  bir  gün  səhər  çağı  mənə  bir  telefon 
nömrəsi  göndərdiyini  gördüm.  Tez  geyinib 
getdim. 
Tanımadıqları 
adamı 
içəri 


 
43 
buraxmırdılar.  Dedim  ki,  indicə  sizinlə  telefonla 
danışdım, buranın ünvanını verdiniz.  
Nəhayət,  qapı  açıldı,  içəri  girdim.  Evdə  hər 
şey  normal  idi,  müharibəyə  ad  yazılan  yerə  heç 
bir  oxşarlığı  yox  idi.  İlk  görüşdə  mehriban  və 
gülərüz olan kişi birdən-birə çox ciddiləşdi, dedi 
ki,  sözlərinə  yaxşı  qulaq  asım.  O  zaman  hələ 
İŞİD  yaradılmamışdı.  Suriyada  qiyam  qaldıran 
silahlılardan  danışdı.  Oranın  ağır  vəziyyəti 
barədə  o  qədər  danışdı  ki,  elə  bildim,  məni 
fikrimdən  daşındırmaq  istəyir.  Ancaq  inamla 
dedim: “Mən Əfqanıstanda hərbçi olmuşam”.  
İstehza  ilə  gülümsəyib  dedi:  “Suriyadakı 
döyüş  çox  fərqlidir,  tamam  başqa  bir  şeydir. 
Bütün  bu  sözlərdən  sonra  yenə  güclü  inamın 
varsa,  get,  amma  bil  ki,  müharibənin  heç  kimlə 
zarafatı yoxdur!” 
Adımı  yazdırıb  üç  həftə  gözlədim.  Bu 
müddətdə  o  kişiyə  o  qədər  zəng  vurdum  ki, 
axırda bezib dedi: “İmam Hüseynə and olsun, nə 
vaxt yetərli say düzəlsə, sənə xəbər verəcəm. Bu 
qədər zəng vurma”.  
Suriyaya  getmək  üçün  evdən  razılıq  kağızı 
gətirməli  idim.  Yenə  mübahisə  yaranmasını 
istəmədim,  özüm  yazıb  imzaladım  və  Tehranın 


 
44 
yaxınlığında 
bir 
iş 
bəhanəsilə 
anamla 
sağollaşdım. 
Əlli nəfər idik. Avtobusa minib Amul şəhərinə 
təlim  mərkəzinə  yola  düşdük.  Birinci  gün 
dedilər  ki,  kim  xüsusi  bir  dərman  qəbul  edirsə, 
desin,  gətirək.  Mən  dərmanlarımı  gətirməyi 
unutmuşdum.  Adlarını  başçımıza  söylədim. 
Ertəsi  gün  atıcılıq  təlimi  zamanı  məni  çağırıb 
dedilər:  “Əşyalarını  topla,  qayıdırsan”.  Narahat 
halda  soruşdum:  “Axı  nə  üçün?”  Dedilər  ki, 
xəstəliyindən  ötrü.  Çox  dedim  ki,  xəstəliyim 
keçici  vərəm  deyil,  xahiş  edirəm  həkimdən 
soruşun, amma razılaşmadılar.  
Əşyalarımı 
toplaya-toplaya 
ağlayır 
və 
deyirdim:  “Mən  həzrət  Zeynəb  tərəfindən 
sillələndim...  Mən  buna  layiq  deyildim...  Kaş 
qala biləydim...” 
Mərkəzin  ezamiyyət  rəisi  sakit  simalı  24  yaşlı 
bir  gənc  idi.  Adı  Zakir  idi.  Ağladığımı  görüb 
yaxınlaşdı,  mənə  təskinlik  verib  dedi:  “Narahat 
olma, elə edəcəm ki, qayıdasan”. 
Məni  öz  maşınına  mindirib  avtovağzala 
apardı.  Telefon  nömrəsini  sürücüyə  verib  dedi 
ki,  sənədi  olmadığına  görə  yolda  problem 
yaransa,  ona  xəbər  versin.  Sağollaşanda  dedi: 


 
45 
“Məşhəddə  heç  kimə  bir  söz  demə,  iki  həftədən 
sonra yenə müraciət elə”. 
İki həftədən sonra yenə müraciət etdim, amma 
təlim  mərkəzinə  göndərilməyim  bir  ay  çəkdi. 
Əvvəldə  74  nəfər  idik,  sonra  könüllülərin  ikisi 
müəyyən səbəblərdən imtina ərizəsi yazdı və 72 
nəfər  qaldıq.  Bir  birimizlə  zarafatlaşıb  deyirdik: 
“Kərbəlanın  72  şəhidi  kimi  heç  birimiz  salamat 
qayıtmayacağıq”. 
Amulda  təlimlər  13  gün  çəkdi.  Sübh  azanına 
yarım saat qalmış oyanır, axşam saat 10-a qədər 
dayanmadan təlim keçirdik. Yeddi gündən sonra 
Suriyada  vuruşmuş  müəllimlər  xüsusi  təlimlər 
keçməyə 
başladılar. 
İxtisaslaşma 
zamanı 
snayperliyi seçdim. Bir dəfə draqunov tüfəngi ilə 
300  metrlik  məsafədən  butulkanı  vurdum. 
Müəllim  soruşdu:  “Vuran  kim  idi?”  Dedim  ki, 
mən. Dedi: “Səni Hələbə göndərəcəm”. 
Nəhayət,  uçuş  zamanı  gəldi.  Paltarlarımızı  və 
silahlarımızı  təhvil  verdik.  Hava  limanına 
gedəcəyimiz  gecə  səhərə  qədər  yatmadıq; 
sevinib şeir oxuyurduq.  


 
46 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin