İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə8/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   4   5   6   7   8   9   10   11   ...   67
Abu-baran- 1

İkinci fəsil  
Dəməşq hava limanı 
2013-cü  ilin  oktaybrı  idi.  Dəməşq  hava 
limanının  salonunda  dayanmışdıq.  Biz  72  nəfər 
olmasaydıq,  ora  daha  çox  ruhlar  aləminə 
bənzəyərdi.  Hər  şey  qəribə  sükuta  qərq 
olmuşdu.  Heç  kim  tozlu  oturacaqlarda  oturmaq 
belə  istəmirdi.  Əbu  Hamid  adlı  bir  nəfərin 
Fatimiyyun komandiri olduğunu bilirdik, amma 
o  vaxta  qədər  üzünü  görməmişdik.  Bizi 
görməyə,  bizimlə  danışmağa  gəlməsini  həvəslə 
gözləyirdik.  Digər  tərəfdən,  həzrət  Zeynəbi 
ziyarət etməyə çox tələsirdik.  


 
47 
Ancaq birdən-birə plan dəyişdi. Bir nəfər gəlib 
dedi  ki,  buradan  təyyarəyə  minib  birbaş  Hələbə 
getməlisiz. 
Uşaqlar  mat-məəttəl  bir-birlərinə  baxırdılar. 
Yavaş-yavaş  özlərinə  gəlib  etiraz  etməyə 
başladılar. 
-  Məgər  Fatimiyyun  komandiri  Əbu  Hamid 
bizi  görmək  istəmir?  Bəs  ziyarət  nə  olacaq?  Biz 
Əbu  Hamidi  görməyincə  burdan  tərpənən 
deyilik! 
Mən  yaşca  hamıdan  böyük  idim.  Onları 
salonun  bir  tərəfinə  toplayıb  dedim:  “Niyə 
uşaqlıq  edirsiz?!  Məgər  biz  cihada  gəlməmişik?! 
Məgər  hərəmi  ziyarət  etməsək,  nə  olar?!  Gəlin, 
Hələbə  gedək;  şəhid  olsaq,  o  həzrətin  yanına 
gedərik, sağ qayıtsaq, məzarını ziyarət edərik”. 
Bəzi  uşaqlar  mənimlə  razılaşdılar,  amma 
bəziləri  əvvəlcə  ziyarətə  getməkdə  israrlıydılar. 
Bir  nəfər  çox  ağlayırdı.  Yanında  oturub  dedim: 
“Sənin  ağlamağın  hissiyyatdandır.  Ziyarətə 
getmək  daha  əhəmiyyətlidir,  yoxsa  bir  kəndin 
işğalının  qarşısını  alıb  insanları  ölümdən  xilas 
etmək?!” 
Bütün bu sözlərin nəticəsində 30 nəfər Hələbə 
getməyə  razı  oldu,  digərləri  isə  Dəməşqdə 


 
48 
qaldılar.  Biz  təyyarəyə  mindik.  Hələb  şəhərinin 
böyük 
bir 
hissəsi 
işğal 
olunmuşdu, 
təhlükəsizlikdən ötrü təyyarə işıqlarını söndürüb 
uçurdu.  


 
49 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin