Beşinci fəsil
Unudulmaz gecə
Ertəsi gün səhər çağı bəzi uşaqlar Əbu
Hamidlə əlaqə saxlayıb uşaqların şəhadəti
barədə məlumat verə bilmişdilər. Əbu Hamid
demişdi ki, daha orada qalmayın, hamınız geri
qayıdın.
Uşaqlar
qərarlarını
livanlı
komandirimiz Əbu Zeynəbə söylədilər. O dedi:
“Bilirəm
ki,
matəmdəsiniz,
özünüzü
toparlamağa ehtiyacınız var, amma hazırda
istehkamın arxasına yerləşdirməyə heç kimimiz
yoxdur”.
61
Uşaqlar qərarlarından geri çəkilməyib dedilər
ki, biz Əbu Hamidin yanına getmək, Fatimiyyun
komandirinin əmri altında vuruşmaq istəyirik.
Əbu Zeynəb bir-iki saatdan sonra gəlib dedi:
“Qərargahla danışdım. Ordudan bizə köməkçi
göndərəcəklər. Siz qayıda bilərsiz”.
Mən hələ də uşaqların Əbu Hamidlə
danışmalarına, ondan tapşırıq almalarına razı
deyildim. Ancaq o vəziyyətdə qrupumuzun
qərarının əksinə çıxa bilməzdim. Əməliyyatda
rabitəçim olan İsa Mətuqun yanına gedib dedim
ki, mən burada qalıram. O, Əbu Zeynəblə
danışdı. Əbu Zeynəb razılaşmayıb dedi ki, ya
hamı gedəcək, ya da hamı qalacaq.
Sonra özüm Əbu Zeynəbin yanına getdim. Bir
saat yarım hara gedirdisə, dalınca düşüb israrla
qalmama icazə verməsini istəyirdim. Axırda
razılaşdı.
Bu məsələni uşaqlara necə demək də bir
problem idi. Onlar maşınlara minəndə dərindən
nəfəs alıb dedim: “Mən gəlmirəm”.
Hamısı təəccüblə mənə baxdı, amma yalnız
altı nəfəri yaxınlaşıb hirslə ürəyini boşaltdı:
– Sən nə üçün Əbu Hamidin əmrinə tabe
olmursan?
62
– Özünü göstərmək istəyirsən?
– Sən əvvəldən Fatimiyyun uşaqları arasında
təfriqə
salmaq
istəyirdin.
Dəməşq
hava
limanında da belə etdin, indi də ikitirəlik
salırsan.
Heç birinə cavab vermədim, kövrəlmədən
onlardan uzaqlaşdım. Qəlbim çox sınmışdı. Öz
halımı anlaya bilmirdim. İstehkamın başına çıxıb
o tərəfinə endim, düşmənlə üz-üzə oturdum. Nə
baş verəcəyi mühüm deyildi. Orada ağlamağa
başladım.
Bir neçə dəqiqədən sonra İsa ilə Əbu Zeynəb
məni tapıb istehkamın bu tərəfinə keçirdilər.
Soruşdular ki, nə üçün ağlayırsan? Ərəbcə
birtəhər başa saldım ki, uşaqlar mənə çox söz
dedilər, ancaq mən qalmağa gəlmişəm, mən
kufəli deyiləm və s. Onlar məni sakitləşdirməyə
çalışaraq zarafata dedilər: “Artıq bir biz
qalmışıq, bir də bu torpaq istehkam. Nə istəsək,
edə bilərik. Keşik çəkmək də lazım deyil. Qoy
gəlib hər üçümüzün başını kəssinlər”.
Deyib-güldüyümüz yerdə birdən istehkamın o
tərəfindən bir nəfər özünü bu yana atdı. Dərhal
tanıdıq; Seyid Qulamsəxi Hüseyni idi. Yaxınlaşıb
onu qucaqladım.
63
– Sən hardaydın? Niyə uşaqlarla qayıtmadın?
Gülə-gülə dedi:
–
İstehkamın
arxasında
gizlənmişdim.
Fikirləşdim ki, uşaqlar bilsələr, məni zorla
apararlar.
Qulamsəxi peyda olandan sonra həmin gecə
sevincimiz birə min artdı. Hər şeydən danışırdıq.
İsa Mətuq deyirdi: “Biz əl-Zəhrada böyük bir
qəbiləyik. Bizim babalarımızdan biri qul olub.
Həzrət Əli (ə) onu alıb azad edib. Beləliklə, bizi
Mətuq, yəni azad edilmiş çağırıblar. Bizim
qəbiləmiz o vaxtdan özünü Əli (ə) nökəri bilir”.
Söhbətimiz qızışırdı. Ətrafda bir neçə zeytun
ağacı vardı. Yarpaqlarını qoparıb döşək kimi
altımıza sərdik. Əbu Zeynəb dedi: “Siz yatın, İsa
ilə mən qarovul çəkəcəyik”. Dedim ki, yox, bu
gecə o qədər sevinirik ki, yatmaq heyfdir.
Hündür bir torpaq istehkamla baş-başa
qaldıq. Üç pulemyotumuz vardı, istehkamın üç
tərəfinə qoymuşduq. Arabir atəş açırdıq ki,
düşmən istehkamın adamla dolu olduğunu
düşünsün.
Bir neçə gündən sonra Suriya ordusundan
köməkçi qüvvələr gəlib istehkamı təhvil aldılar
64
və mən dostlarımı görmək üçün düşərgəyə
qayıtdım.
Düşündüyümün əksinə olaraq, mənimlə çox
yaxşı rəftar etdilər. Döyüş yerinə qayıtmaq
istəyəndə uşaqların bir neçəsi maşına mindi. Biri
də maşının önündə dayanıb deyirdi ki, gərək ya
məni də aparasan, ya da cənazəmin üstündən
keçəsən. Əbu Zeynəb tapşırmışdı ki, özünlə heç
kimi gətirmə. Ancaq maşına zorla minmiş on iki
nəfər razılaşmadı. Çarəm yox idi. Hamımız
razılıqla döyüş yerinə yola düşdük.
|