İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə29/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   25   26   27   28   29   30   31   32   ...   67
Abu-baran- 1

On altıncı fəsil  
Komandir köməkçisi 
Daniyal  adlı  bir  döyüşçü  vardı,  atası  əfqanlı, 
anası  iranlı  idi.  O,  üzündən  anasına  çəkmişdi. 
Buna görə xüsusi idarə həmişə onu saxlayır, o da 
pasportunu göstərirdi. 
O,  Fatimiyyunun  qərargah  üzrə  məsul  şəxsi 
idi.  Bir  dəfə  mənə  dedi:  “Əbu  Hamid  özünə 
köməkçi  istəyir:  səhər  tezdən  oyanan,  savadlı, 
sürücülüyü  bacaran  və  siqaret  çəkməyən  bir 
adam. Biz bu işdən ötrü səni seçmişik”. 
Onda  Əbu  Hamiddən  çəkinirdim.  Buna  görə 
qəbul  etdim.  Onun  yanına  gedib  dedim:  “Mən 


 
128 
indiyədək komandir köməkçisi olmamışam. İndi 
nə etməliyəm?” Əbu Hamid gülüb dedi: “Mənim 
də indiyə qədər köməkçim olmayıb. Bu da belə!” 
İşə  başlayanda  dostlarım  gəlib  məni  ələ  salır, 
deyirdilər:  “Şəstlə  de  ki,  cənab  rəis  iclasdadır”. 
Mən  də  gülə-gülə  stolun  arxasından  qalxıb 
onları qabağıma qatırdım. 
Qış  gəlmişdi.  Əbu  Hamidi  hər  gün  döyüş 
yerinə aparırdım. O məndən tez oyanırdı. Bəzən 
sübh  çağı  gəlib  məni  oyadır,  deyirdi:  “Bilmirəm 
sən  mənim  köməkçimsən,  yoxsa  mən  sənin 
köməkçin!” 
Dəməşqdən  Dəra  vilayətindəki  döyüş  yerinə 
qədər  iki  saatlıq  yol  vardı.  Əbu  Hamid  həmişə 
deyirdi  ki,  döyüş  yerindəki  uşaqların  yanında 
olmaq  çox  gözəldir.  Hamı  istəyirdi  ki,  bir  neçə 
dəqiqəliyə olsa da, Əbu Hamidlə söhbətləşsin. O, 
çox yaxşı həmsöhbət idi, şeir oxumaqda və lətifə 
söyləməkdə  heç  kim  ona  çatmazdı.  Hövzə 
dərsləri  oxuduğuna  görə  vaiz  ruhanilər  gülüb 
deyirdilər:  “Biz  Əbu  Hamidin  şirin  dili  ilə 
rəqabət  aparmaq  istəsək,  gərək  bir  neçə  nəfər 
birlikdə  ona  hücum  edək.  Tək-tək  öhdəsindən 
gələ bilmərik”. 


 
129 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin