İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə30/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   26   27   28   29   30   31   32   33   ...   67
Abu-baran- 1

On yeddinci fəsil  
Dəra vilayəti 
Bir  duada  belə  deyilir:  “İlahi!  Zalımları 
zalımlarla  məşğul  elə!”  İŞİD  yaranandan  sonra 
belə  bir  hadisə  baş  verdi.  Əvvəldə  əl-Nüsrə 
cəbhəsi,  Əhrar  əl-Şam  və  digər  sələfi  və  ixvançı 
qruplaşmalar  onunla  birləşdilər.  Ancaq  Əbu 
Bəkr  əl-Bağdadi  özünü  xəlifə  elan  edəndə 
aralarında  ixtilaf  yarandı,  əl-Nüsrə  cəbhəsi, 
Əhrar  əl-Şam  və  ixvançı  qruplaşmalar  İŞİD-dən 
ayrıldılar.  İŞİD-in  nəzarəti  altındakı  bölgələrin 
çoxu əl-Nüsrə cəbhəsi ilə vuruşurdu və bu bizim 
xeyrimizə idi. 


 
130 
İŞİD  Dəməşqin  Şərqi  Qutə  bölgəsinə  və  Dəra 
vilayətinə  yerləşmişdi,  ancaq  güclü  deyildi. 
Səudiyyə 
Ərəbistanının 
maddi 
və 
silah 
yardımları  ilə  bu  bölgədə  Ceyş  əl-İslam 
qüvvələri  çox  qüdrətli  və  imkanlı  idilər,  kiçik 
ixvançı 
qruplaşmaları 
da 
özlərinə 
cəlb 
etmişdilər.  Suriya  ordusu  Dəra  vilayətində  bir 
bölgəni  ələ  keçirməyə  dəfələrlə  cəhd  etmiş, 
amma  hər  dəfə  məğlubiyyətlə  üzləşmişdi.  O 
vaxta  qədər  Ceyş  əl-İslam  qruplaşması  ilə 
döyüşlərdə  20  tankını  əldən  verdiyinə  görə 
yalnız  Şərqi  Qutəni  mühasirəyə 
almaqla 
kifayətlənmişdi.  Əlbəttə,  Ceyş  əl-İslamın  bu 
mühasirədən çıxmaq üçün yol və kanalları vardı. 
Belə  avtomobil  tunellərindən  biri  20  km 
uzunluğunda  idi,  həmin  yolla  gedib-gəlir, lazım 
olanları  gətirirdilər.  Şərqi  Qutədə  iş  düyünə 
düşəndə  iki  tərəf  arasında  yazılmamış  bir 
atəşkəs  əmələ  gəldi.  Düşmən  bilirdi  ki,  Dəməşq 
şəhərinin  ortasına  qədər  çatan  mərmilərini  atsa, 
Suriya  ordusu  artilleriya  və  hava  hücumlarına 
başlayacaq  və  bu  onunçün  heç  də  yaxşı 
olmayacaq. 
Döyüşlərin  çoxu  İsrail  və  İordaniya  ilə 
sərhəddə  yerləşən  Dəra  vilayətinə  çatmışdı. 


 
131 
Silahlılar  silah-sursat,  hətta  yaralıların  müalicəsi 
baxımından  da  bu  iki  dövlət  tərəfindən 
dəstəklənirdi.  Mən  Əbu  Hamidin  köməkçisi 
olanda biz Dəra vilayətinin Şeyx Miskin şəhərini 
ələ  keçirə  bilmişdik,  amma  düşmən  iki  intihar 
əməliyyatı  ilə  hücum  edib  şəhəri  yenidən  zəbt 
etmişdi. Bu  zaman Seyid Həkim Fatimiyyundan 
300  döyüşçü  ilə  birlikdə  qarşıdakı  əməliyyatdan 
ötrü Şeyx Miskin şəhərinin yaxınlığında yerləşən 
İzrə düşərgəsinə köçdü. 
Həmin  günlərdə  Seyid  İbrahim  ayağının 
gipsdən  çıxmasını  gözləyə  bilməyib  o  halda 
Dəməşqə  gəldi.  İranlı  olduğuna  görə  hava 
limanında  qarşısını  kəsmiş,  Əbu  Hamidin 
zəngindən  və  razılaşdırmasından  sonra  şəhərə 
buraxmışdılar. Əbu Hamid Seyid İbrahimə Dəra 
əməliyyatı  üçün  xüsusi  təyinatlı  hərbi  birləşmə 
yaratmasını 
tapşırdı. 
Seyid 
İbrahim 
bu 
birləşməyə  könüllü  döyüşçü  qəbulu  elan  etdi. 
Onun  birləşməsinə  yazılan  hər  kəs  ən  ağır 
döyüşlərə  qatılacağını  bilirdi.  Onlar  Dəməşqdə 
Sirac  məktəbinin  arxasındakı  böyük  bir  binaya 
yerləşdilər  və  çox  tezliklə  xüsusi  təlimləri 
başlandı. 


 
132 
Qarşıda 
soyuq 
qış 
vardı. 
Dəməşqdəki 
qərargahımızdan  Dəraya  qədər  iki  saatlıq  yolu 
Əbu  Hamidlə  birlikdə  tez-tez  gedib-gəlirdim. 
Əbu  Hamid  Seyid  Həkimin  döyüşçülərini  və 
onlara  keçirilən  təlimləri  araşdırır,  lazımi 
tapşırıqlarını verirdi. 
Onda  Şəhid  Tamamzadə  Suriyaya  yeni 
gəlmişdi,  Fatimiyyunun  dini-tərbiyəvi  işlər 
bölməsində ruhani idi. O, çox çalışırdı ki, İranda 
Fatimiyyun üçün həftəlik və ya aylıq bir bülleten 
buraxsın.  Axırda  buna  nail  oldu.  O,  çox  vaxt 
Dəməşq-Dəra  yolunda  bizimlə  birlikdə  olurdu. 
Sonralar  Seyid  İbrahim  də  bizə  qoşuldu.  O 
düşünürdü ki, əməliyyat bölgəsinə müştəri gözü 
ilə baxmaq lazımdır. 
İzrə düşərgəsində istilik avadanlıqları əlverişli 
deyildi.  Dizel  həmişə  tapılmır,  soyuq  iliyimizə 
qədər  işləyirdi.  Hətta  sobaya  yaxınlaşanda  da 
daxildən  soyuğu  hiss  edirdik.  Uşaqlar  mənə 
deyirdilər:  “Xoş  halına!  Komandirin  yanında 
rahat  yerdəsən!”  Əslində  isə  nə gecəm  vardı, nə 
də  gündüzüm.  Gecələr  Dərada  olanda  Əbu 
Hamid  yatmırdı.  Orada  qurulmuş  bir  neçə 
müşahidə  qülləsinə  və  kiçik  postlara  baş  çəkir, 
düşmən mövqelərinə baxırdı. Özünə mühafizəçi 


 
133 
götürmədiyinə  görə  hara  gedirdisə,  mən  də 
yanında olmağa çalışırdım. Dəfələrlə demişdi ki, 
qərargahda 
qalıb 
istirahət 
edim, 
ancaq 
Fatimiyyun  komandirinin  təkbaşına  sükan 
arxasında  oturub  bir  yerə  getməsinə  ürəyim 
dözməmişdi.  O,  şəxsi  heyətlə  çox  vaxt  keçirirdi, 
onlarla  Əfqanıstan  kəndlərinin  sadə  ləhcəsi  ilə 
danışır,  onları  ruhlandırırdı.  Bəzən  günorta  və 
ya şam yeməyini unudurdu. Yemək verilən vaxt 
bir  yerə  çatanda  zarafat  və  gülüşlə  uşaqların 
arasında 
oturub 
Qorxu 
xuruşu 
kimi 
məşhurlaşmış  xörəkdən  yeyirdi.  İçində  hər  bir 
şey  olduğuna  görə  onu  belə  adlandırırdılar.  O, 
həzrət Zeynəb qərargahının komandiri və birinci 
müavini  ilə  tez-tez  iclas  keçirir,  birlikdə 
vəziyyəti dəyərləndirirdilər. 
Qərargah komandirinin də yeməyi və yuxusu 
yox  idi,  öz  qərargahını  Dəraya  köçürmüşdü. 
Onu  hər  dəfə  görəndə  üst-başı  tozlu  olurdu, 
çünki  daim  döyüş  yerinə  baş  çəkirdi.  Boğazına 
qəlpə  dəydiyinə  görə  səsi  çox  zəif  çıxırdı,  pıçıltı 
ilə  danışırdı,  ancaq  işlərin  irəliləməsindən  ötrü 
ürəkdən  çalışırdı.  Əbu  Hamid  də  çox  əziyyət 
çəkirdi,  bəzən  başgicəllənməsindən  bilirdik  ki, 


 
134 
haçandır bir şey yeməyib. Dəfələrlə olub ki, gecə 
saat 1-də şam yeməyinə bir şey axtarmışıq. 


 
135 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin