İyirmi birinci fəsil
Təll-Qərin əməliyyatı
Deyr
əl-ədəs
kəndində
mövqelərimiz
möhkəmlənəndən sonra bütün canlı qüvvə
növbəti əməliyyata hazırlaşmağa başladı. Plana
görə, Fatimiyyun Həbariyyə kəndini, Hizbullah
da kəndin sağında yerləşən Fatimə adlı hündür
təpəni ələ keçirməli idi. Vətən müdafiəsi
qüvvələri də başqa bir səmtdən əməliyyata
qoşulacaqdılar. Bu əməliyyatda qələbə çalsaydıq,
Həbariyyə kəndindən sonra gələn Təll-Qərinə
çatacaqdıq və hər iki tərəf üçün əhəmiyyətli olan
Təll-Əntər ayaqlarımızın altında qalacaqdı.
156
Sarğımı hər iki gündən bir dəyişdirməli idim.
Əbu Hamidi maşınla əməliyyat bölgələrinə
vəziyyəti öyrənməyə aparırdım, amma əvvəlki
kimi onunla hər yerə gedə bilmirdim. Özü
kiminsə
onunla
getməsini
istəmirdi.
Biz
dinməsəydik, təkbaşına maşını götürüb istədiyi
yerə gedərdi. Bizsə buna razı olmur, əməliyyat
bölgələrinə tək getməsinə imkan vermirdik.
Buna görə də, mən gedə bilməyəndə Əbu
Rüqəyyə onunla gedirdi. Əbu Rüqəyyə bir neçə
dəfə yaralansa və partlayış dalğasına düşsə də,
əhval-ruhiyyəsi bir yerdə oturmaqla və ofis işləri
ilə uyğun gəlmirdi, həmişə gedib-gəlmək
istəyirdi.
Şəxsi heyət Dəməşqdəki İzrə düşərgəsindən
Dəra vilayətindəki Qasiyun və Yərmuk adlı iki
universitetə köçdü. Yərmuk universiteti yeni
tikilmiş, müharibə başladığına görə istifadəsiz
qalmışdı. Onun elektrik və havalandırma sistemi
çox modern idi, bütün pəncərələrində ikiqat şüşə
vardı.
Vətən
müdafiəçiləri
Yərmuk
universitetinə, Fatimiyyunla Heydəriyyun da
Qasiyun universitetinə yerləşdilər.
Əməliyyata yaxın suriyalı döyüşçülərdən
təxminən min nəfər məzuniyyət vaxtlarının
157
gəlməsi bəhanəsi ilə silahları ilə birgə öz şəhər və
kəndlərinə getdilər, Suriya ordusu da bu qədər
silahlı qüvvənin qarşısını ala bilmədi. Ordu
zabitlərinə görə, bu, normal bir şey idi.
Bu əməliyyatda Seyid İbrahim xüsusi təyinatlı
hərbi birləşməsi və Seyid Həkim iki batalyonu
ilə iştirak edirdi. Fateh əməliyyata az qalmış
məzuniyyətdən gəldi. Onun daimi təbəssümünə
alışmışdıq, ancaq bu dəfə maraqlı gələn müxtəlif
şəraitlərdə danışdığı lətifələr idi. Ondan öncə
həmişə gülərüz idi, amma nadir hallarda
kiminləsə zarafat edər, daha çox ciddi olardı. Bu
dəfə məzuniyyətdən gələndən sonra isə onu hər
dəfə görəndə uşaqların biri ilə zarafat edirdi.
Hətta uşaqlar arasında şayiə yayıldı ki, Fateh
nişanlandığı üçün bu qədər şən və şuxtəb olub.
Biz Fatimiyyun döyüşçüləri Əbu Hamidlə
Fatehi
bir
yerdə
görəndə
təşkilatımızın
gələcəyinə ümidvar olurduq. Əbu Hamid Seyid
Məhəmməd Nəqəvi də daxil olmaqla xəttat və
rəssam uşaqlara tapşırmışdı ki, Fatimiyyun
briqadasına bayraq çəksinlər.
Onda İran
televiziyasında Fatimiyyun briqadası barədə
sənədli film göstərmək qadağan idi, ancaq Əbu
Hamid bəzi işlər görür, proqramlar hazırlayırdı.
158
Fateh Əbu Hamidin rəsmi müavini deyildi,
amma bir an da sakit oturmayıb ürəkdən çalışır,
daim oyan-buyana qaçırdı. Əməliyyat günü
onunla
birlikdə
son
yoxlama
və
razılaşdırmalardan
ötrü
döyüş
yerinin
yaxınlığına qədər getdim. Ən əvvəl tibb
məntəqəsinin yerləşdiyi yeri araşdırdıq. Ora ən
azı, 50 faizli təhlükəsizliklə təmin olunmalı idi.
Məntəqəyə gedən yolu araşdırdıq ki, görək, təcili
yardım maşını asanlıqla hərəkət edə bilər, yoxsa
yox. Sonra müxtəlif nöqtələrdə yerləşən dəstək
mərkəzlərini dəqiqləşdirdik, yaxın kəndlərdə
yerləşən anbarlara baş çəkdik. Hər bir əməliyyat
başlayanda su və yemək dolu bir neçə maşını
bölgəyə ən yaxın məsafədə saxlayırdıq. Bölgə ələ
keçiriləndən sonra yolda təhlükəsizlik yaranan
kimi yük maşınları sürətlə özlərini şəxsi heyətə
yetirir, hər şeydən öncə su paylayırdılar.
Bölük komandirlərinə də baş çəkdik ki, hərə
öz yerində olsun. Fateh yolda çox şən
görünürdü,
maşında
mənimlə
zarafatlaşıb
deyirdi: “Nəcib, sən də özünə görə rəis olmusan.
Mənim yerimi tutmaq istəyirsən, hə?!” Zarafat
edir, lətifə söyləyir, gülürdü. Qaranlıqda üzü bir
an da gülüşsüz qalmır, ağ dişlərinin parıltısı
159
əskilmirdi. Sanki sabah düşmən mövqelərinə
hücuma keçməyəcəkdik.
Geri qayıtmaq istəyəndə Fatihə dedim: “Özün
maşına min, qayıt, mən Hadinin yanında
qalıram”. Hadi bölük komandiri idi. Fateh
ayağımı göstərib gülə-gülə dedi: “Bəs Əbu
Hamidə nə cavab verəcəksən?” İstədim deyəm
ki, Əbu Hamid mənim özbaşınalığıma adət edib.
Amma gülüb dedim: “Özü bilir. Mən adi
vaxtlarda köməkçi vəzifəmi yerinə yetirirəm,
əməliyyat olanda isə piyada qüvvələrlə döyüşdə
iştirak etmək istəyirəm”.
Bir dəfə Əfqanıstanda ayağım sınıb gipsləndi.
Bütün şəxsi heyət Talibanın pusqularını tapmaq
üçün əməliyyata getdi. Ayağım sındığına görə
məni aparmadılar, məcbur olub bir həftə hərbi
hissədə qaldım. Bu, ömrümün ən əzabverici
günləri idi. Daim hərbi hissədə gəzişirdim,
amma fikrim uşaqlarda qalmışdı, otaqların
səssizliyi məni dəli edirdi. O gün özümə söz
verdim ki, heç bir halda geridə qalmayacaq,
özümü irəli, döyüş yerinə yetirəcəyəm.
Fateh
maşına
minib
qayıtdı.
Gecənin
qaranlığında şəxsi heyətin arasına girdim.
Çalışırdım ki, bölük komandirləri olan Hadi ilə
160
Məhəmməd Tənha məni görməsin. Onlar məni
əməliyyata aparmayacaq, bəhanə edəcəkdilər ki,
bəs Əbu Hamidə nə cavab verərik?
Şəxsi heyət qruplara bölünürdü. Mən Hadi ilə
Məhəmməd Tənhanın şəxsi heyəti arasında
gedib-gəlirdim ki, heç kim duyuq düşməsin.
Kim məndən “Hansı taqımdansan?” – deyə
soruşduqda cavab verirdim ki, o birindənəm.
“Öz taqımının yanına get” söyləyəndə deyirdim
ki, bir dövrə vurub qayıdacağam.
Yavaş-yavaş ayın üzü açıldı, hər yer işıqlandı.
Hazırlıq atəşi ilə Həbariyyə kəndinə top və raket
mərmiləri yağmağa başladı. Eyni zamanda şəxsi
heyət də kəndə yola düşdü. Mən Hadinin
bölüyü ilə getdim. Torpaq yumşaq idi,
ayaqlarımız topuğa qədər torpağa girirdi. Buna
baxmayaraq, uşaqlar çox cəld gedirdilər, ayağım
ağrıdığına görə onlardan geri qalır, axsaya-
axsaya irəliləyirdim. Nəhayət, Məhəmməd
Tənhanın bölüyü mənə çatdı. Məhəmməd dedi:
“Sən
burda
neyləyirsən?”
Məsələni
ona
danışdım. Daha orada etiraz edə bilmədi və
onlarla birgə hücuma keçdim.
Artilleriya atəşinə görə düşmən qaçmışdı və
biz döyüşsüz kəndə girdik. Kəndin sonunda bir
161
çay vardı, plan oraya çatmaq idi. Bütün şəxsi
heyət və texnika, o cümlədən, tanklar və zirehli
maşınlar kəndə yerləşdi. Fateh daim oyan-
buyana gedirdi, telefonunun kamerası açıq idi,
sevincək Fatimiyyunun Həbariyyə kəndinə
girişini çəkir, uşaqlara xoşgəldin deyirdi.
Kəndin yaxınlığında Əbu Hamidi gördüm.
Seyid İbrahimlə danışırdı. Onlara yaxınlaşdım.
Xoşbəxtlikdən, əməliyyata qoşulduğum barədə
bir söz demədi. Bütün diqqəti Seyid İbrahimdə
idi.
- Biz düşmənin cəld geri çəkilməsindən
istifadə edib çaydan keçə bilərik. Əgər o taydakı
bir neçə evi tutsaq, Təll-Qərinin aşağısına
çatacağıq, - deyə Seyid İbrahim bildirdi.
Əbu Hamid bir qədər fikirləşib dedi:
- İrəliləyin, amma problem yaransa, tez
qayıdın.
Seyid İbrahim şəxsi heyəti ilə cəld hərəkətə
başladı. Xoşbəxtlikdən, düşmən öz qüvvələrini
nizama salmadan öncə yüngül döyüşlə təpənin
yamacındakı bir neçə evi də ələ keçirdilər.
Mən Əbu Hamidlə birgə kənd evlərinin birinə
yerləşdim. Çoxları, o cümlədən xüsusi idarənin
uşaqları könüllü şəkildə köməyə gəlmiş, evlərə
162
yerləşmişdilər. Seyid İbrahimdən sonra növbə
Hadiyə çatdı. O, Əbu Hamidə yaxınlaşıb dedi:
“Deyəsən, təpənin başında heç kim yoxdur”.
Əbu Hamid tez dilləndi: “Daha artıqtamahlıqdır.
Hələ burayacan da plandan artıq gəlmişik”.
Hadi israr etdi: “Siz necə deyirsizsə, elə də
edərik. Ancaq düşmən bu axşam məğlub olub.
Nə qədər ki nizam-intizamı pozulub, çaş-baş
qalıb, təpəni asanlıqla tuta bilərik”.
Hadi də Əbu Hamidi razı saldı. Qərara
gəldilər ki, təcrübəli döyüşçülərindən on nəfərlə
təpəyə çıxsın, ancaq problemlə üzləşən kimi geri
çəkilsin.
Çox çəkmədən Hadi ratsiyadan dedi: “Mən
təpənin başındayam, heç bir problem yoxdur”.
Düşmənin bir pulemyotu onlara atəş açırdı. Əbu
Hamid tez səngərin koordinatlarını aldı, tanklara
əmr etdi ki, irəli gedib atəş açsınlar. T-90 tankları
idi, gecə durbinləri vardı. Asanlıqla nişan alıb
səngəri vurdular.
Dostlarımdan biri mənə Əli Şarjini çox
xatırladırdı. Onun kimi qorxmaz və cəsur idi, hər
növ topla işləməyi bacarırdı. O, 14,5 mm çaplı
topla düşmən mövqelərini vururdu.
163
Düşmənin səngəri və pulemyotu vuruldu,
amma Hadigil hələ bir qrup düşmənlə
vuruşurdu. Səhərin ala-toranlığında ratsiyadan
bildirdi ki, təpəni uğurla ələ keçiriblər. Təpənin
başında bir neçə panel bina vardı, oraya
yerləşmişdilər. Seyid İbrahimlə şəxsi heyəti
dərhal təpəyə qalxıb qarşı tərəfdən bir qədər
aşağıdakı
daş-qayaların
arxasında
mövqe
seçdilər. Vətən müdafiəsi döyüşçülərindən bir
qrupu da minaatanlarla təpənin başına çıxdı.
Döyüş zamanı uşaqların çoxu əllərindən
gələni edirdi, halbuki vəzifələri deyildi. Fazil
adlı bir döyüşçü əməliyyat və mühafizə rəisi idi.
Hələ
günəş
çıxmamış
ekskavator
və
buldozerlərlə gəlib təpə ilə kəndin arasında
torpaq istehkam qurmağa başladı. Sağ tərəfdə
düşmənin nəzarətində olan Kəfər-Nasic kəndi
yerləşirdi. Həmin səmtdə də hündür bir
istehkam quruldu ki, düşmənin gözü kor olsun.
Təll-Qərin ələ keçiriləndən sonra Fateh o
qədər məşğul idi ki, daim çıxıb-düşür və daha
video çəkməyə vaxt tapmırdı.
|