İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə37/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   33   34   35   36   37   38   39   40   ...   67
Abu-baran- 1


partlayış 
səsi 
gəlib 
ortamı 
həyəcanlandırırdı,  ancaq  Əbu  Hamid  çox  sakit 
idi,  təpəyə  çıxa-çıxa  yamacın  gözəl  mənzərəsinə 
baxıb  deyirdi:  “Bu  gün  necə  də  gözəl  gündür! 
Necə gözəl mənzərədir!” 
Zirvəyə  yaxınlaşdıqca  sürətimiz  azalırdı. 
Bəzən  atəş  azalanda  sürətimizi  artırırdıq. 
Düşmən  mərmiləri  bir-birinin  ardınca  ora-bura 
düşüb  partlayırdı.  Nəhayət,  bir  səngərə  çatıb 
içinə  girdik.  Tam  bəlli  idi  ki,  düşmən  əks-
hücuma  keçmək  üçün  gecə  bütün  gücünü 
toplayıb.  Təpənin  yamacından  başına  qədər  hər 
yeri  23  mm  çaplı  topla  vururdular.  Bizim 


 
170 
pulemyot  və  avtomatımız  vardı,  ancaq  atış 
məsafəsi  qısa  olduğuna  görə  çox  da  işə 
yaramırdı.  23  mm  çaplı  topumuz  da  vardı, 
amma  hələ  yol  çəkilmədiyinə  görə  aşağıda 
qalmışdı. 
Suriyalı  döyüşçülərin  bir  neçəsi  60  mm  çaplı 
minaatanla  təpəyə  qalxdı,  amma  minaatanı 
qoyub  özləri  təpədən  endilər.  Mən  onda  bildim 
ki,  Əbu  Hamid  bir  müddət  Əfqanıstanda 
artilleriya rəisi olub, minaatanla işləməyi bacarır. 
Tez  bizə  dedi  ki,  mərmiləri  gətirin.  Çox  böyük 
bir  daşın  arxasına  keçib  minaatanı  yerə  bərkitdi 
və atəş açmağa başladı. 
Öz  artilleriyamız  bir  iş  görə  bilmirdi,  topları 
düşmənin 
yerləşdiyi 
Kəfər-Nasic 
kəndinə 
çatmırdı.  İrəli  gəlib  hazırlaşana  qədər  bir  sutka 
ötəcəkdi.  Əbu  Hamid  ratsiyadan  Əbu  Yəhya  ilə 
danışdı.  Əbu  Yəhyanın  suriyalı  komandirlərlə 
yaxşı  əlaqəsi  vardı,  özü  də  tərcüməçi  idi.  Ona 
dedi  ki,  Suriya  artilleriyası  bizə  atəş  dəstəyi 
versin.  Onların  topları  da  Kəfər-Nasic  kəndinə 
çatmırdı, təpədən azca irəlini vururdu. 
Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin