İŞİD-lə üz-üzə


Qürub çağı yolun isti nəfəsində gəzəcəyəm



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə39/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   35   36   37   38   39   40   41   42   ...   67
Abu-baran- 1

Qürub çağı yolun isti nəfəsində gəzəcəyəm, 
Piyada gəlmişəm, piyada da gedəcəyəm. 
Qürbət tilsimim bu axşam sınacaq, 
Boş süfrə məhz bu gecə bağlanacaq. 
Hər bir şeyimi burda qoyub gedəcəyəm, 
Piyada gəlmişəm, piyada da gedəcəyəm. 
Bu  imama  and  olsun,  mən  ölsəm  də 
yanmaram, 
Hərəmin tozundan başqa bir şey aparmaram. 
 
Uşaqlar  bir-bir  otağa  girdilər.  Onlar  xəbəri 
yenicə  eşitmişdilər.  Lal-dinməz  ayağa  qalxdım. 
Gözlərindən  oxuyurdum  ki,  hadisənin  necə  baş 
verdiyindən  çox,  bu  xəbərin  həqiqət  olmadığını 
eşitmək istəyirlər. 


 
185 
Maşına  minib  Həbariyyə  kəndinə  qayıtdım. 
Böyük  beton  bir  səngərdə  yerləşən  qərargaha 
getdim. 
Qərargah 
komandiri 
Fatimiyyun 
döyüşçüləri  ilə  danışdı.  Çox  ağladığı  bilinirdi. 
Çoxları  fikirləşirdi  ki,  Əbu  Hamid  şəhid  olsa, 
onun yerini Fateh tutacaq. Amma artıq Fateh də 
şəhid  olmuşdu  və  bu,  uşaqları  daha  çox 
yandırırdı. 
Bir neçə gündən sonra Dəməşqdə Fatimiyyun 
komandirləri  ilə  iclas  keçirildi.  Qərargah 
komandiri dedi: 
– Mən bilirəm ki, siz Əbu Hamid üzərində çox 
həssas 
idiniz. 
Bəlkə 
daha 
onun 
kimisi 
gəlməyəcək. Ancaq əmin olun ki, onun və Şəhid 
Fatehin qanı sayəsində bu hərbi birləşmə ayaqda 
duracaq.  Mən  təşkilatınıza  qarışmaq  istəmirəm, 
işlərinizi 
özünüzə 
həvalə 
edirəm, 
yalnız 
Fatimiyyundan  bir  nəfəri  öz  nümayəndəm  kimi 
təqdim edirəm. 
Və bu vəzifə Fazilin üzərinə düşdü. 
İlk  dəfə  düşmən  silahlılarının  mediası  böyük 
sevinclə  Fatimiyyun  briqadasının  komandiri 
Əlirza  Təvəssülinin  Dərada  öldürüldüyünü  elan 
etdi. 


 
186 
Mən  bir  neçə  gün  narahat  oldum,  əsla  gülə 
bilmədim.  Kiminsə  güldüyünü  görəndə  də 
onunla 
dalaşmamaq 
üçün 
özümü 
güclə 
saxlayırdım.  Lakin  zaman  ötdükcə  və  Əbu 
Hamidin  Fatimiyyunla  bağlı  arzularının  bir-bir 
həyata 
keçdiyini 
gördükcə 
sakitləşirdim. 
Fatimiyyunun  bayrağı  rəsmən  təqdim  olundu, 
mediaya  hərəm  şəhidlərindən  reportaj  verməyə, 
Fatimiyyundan  sənədli  filmlər  yayımlamağa 
icazə  verdilər.  İranda  şəhidlər  üçün  təntənəli 
tədbirlər  keçirildi.  Fatimiyyun  döyüşçüləri 
böyük  məharətlər  qazanıb  əsaslı  sahələrdə, 
məsələn,  Suriya  ordusunun  kəşfiyyatında  və  ya 
PUA 
istehsalında 
işləyə 
bildilər. 
İranlı 
komandirlər artilleriya, zirehli texnika, kəşfiyyat, 
rabitə  və  digər  sahələrdə  Fatimiyyundan 
özlərinə müavin seçirdilər və bu bizim hamımız 
üçün böyük fəxr idi. 


 
187 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin