İyirmi beşinci fəsil
Hələbin Buhus düşərgəsi
Mən Hələbə çatanda Tədmur azad edilmişdi.
Fatimiyyun qüvvələri Hələb şəhərində Buhus
düşərgəsinə
yerləşmişdilər.
2015-ci
ilin
payızında, təxminən mənim Hələbə getdiyim
zaman müqavimət cəbhəsi Hələbdə çoxlu
kəndləri azad etmişdi; o cümlədən Xantuman, əl-
Hazir, əl-Eys, Zeytan, Sabiqiyyə, Xəlsə və Həmrə
kəndlərini. Beləliklə, Hələb şəhərinin böyük bir
bölgəsi üçün təhlükəsiz zona yaranmışdı. Mən
uşaqların biri ilə azad edilmiş kəndlərdən əl-
Hazirə getdim. Kəndin bir hissəsində çox
215
qələbəlik vardı. Yaxınlaşanda gördüm ki, uşaqlar
bir pikapın başına toplaşıblar. Hacı Qasim
maşının arxasında dayanıb uşaqlarla söhbət
edirdi. Qaça-qaça özümü onlara yetirdim.
Həmin gün hamımız üçün yaddaqalan bir gün
oldu.
Xantumandan Fuə və Kəfəriya kəndlərinə
qədər təxminən 40 km məsafə vardı. Bu iki kənd
mühasirədə idi. Onları azad etmək üçün daha
çox birliyə ehtiyac vardı. Suriya ordusu
Laziqiyyədən hücuma keçməli idi, biz başqa
səmtdən.
Fuə
və
Kəfəriya
kəndlərinin
mühasirəsi Nübl və əl-Zəhranın mühasirəsindən
də çətin idi. Çünki orada heç olmasa, kürdlərə
doğru bir yol vardı, Fuə və Kəfəriya isə tam
şəkildə mühasirədə idi. Camaata helikopterlə
qida məhsulları atılırdı. Amma çox təhlükəli idi,
çünki helikopteri asanlıqla vururdular. Suriya
ordusu bu iki kəndin azadlığından daşındı və
elan etdi ki, Dəməşqdə vuruşduğuna görə
bunlar prioritet deyil. Biz də qərara gəldik ki,
azad etdiyimiz kəndləri saxlayaq.
Qərara gəlmişdilər ki, Hələb şəhərinin Buhus
düşərgəsi Fatimiyyun qüvvələrinin mərkəzi
maddi-texniki bazası olsun. Qərargah komandiri
216
bu düşərgəni yenidən qurmağı mənə tapşırdı.
Ərəblər Buhus düşərgəsinin böyük binasına qəsr
deyirdilər. İkimərtəbəli idi, çoxlu otaqları vardı,
təxminən 600 nəfəri yerləşdirə bilərdik. Ancaq
təxminən yarıuçmuş halda idi, hər otağın tavan,
pəncərə və ya divarlarında bir nöqsan vardı.
“Bismillah” deyib təmirə başladıq.
Buhus düşərgəsinin komandiri “Əbu Kumeyl”
çağırdığımız iranlı müharibə veteranı idi. İmanlı
və başadüşən adam idi. Hərbi sistemdə deyirlər
ki, siz rəisinizi sevməyə məcbur deyilsiz, amma
ona hörmət etməyə məcbursuz. Ancaq aşağı
rütbələrdən yüksək vəzifələrə qədər hamı Əbu
Kumeyli çox sevir, ona ürəkdən hörmət edirdi.
Bir neçə il idi təqaüd zamanı gəlmişdi, amma hər
il təxirə salırdı.
Əşya və ərzaq xidmətinin uşaqları gecəyə
qədər işlədiklərinə görə Əbu Kumeyl onlara
səhər
proqramlarına
qatılmamağa
icazə
vermişdi. O, Buhus düşərgəsinin komandiri
olduğu müddətdə yalnız bir dəfə anbarlara baş
çəkib tövsiyələrini verdi, sonra da təkidlə dedi:
“Mən sizin işlərinizə müdaxilə etmək istəmirəm.
İşi sizə tapşırmışam, gözləyirəm ki, şəxsi heyət
sizdən razılıq etsin”. Tabeliyində olanlara belə
217
etimadı mənə Əbu Hamidi xatırladırdı. Mən də
problemləri aradan qaldırmaq üçün mümkün
olduqca onu narahat etmirdim. Yalnız Hələb-
Dəməşq
magistralı
düşmən
tərəfindən
bağlananda və sobalara dizel tapmayanda
vəziyyəti söylədim, o da Dəməşqdən yanacaq
təmin etdi.
|