232
Onlar bu şəhəri heç vaxt tam şəkildə ələ keçirə
bilmədilər, əksər hissəsi və hava limanı həmişə
Suriya ordusunda qaldı. İŞİD şəhərin bir
hissəsini mühasirəyə almışdı, ancaq əhalinin
müqavimətinə görə işğal edə bilmirdi. Suriya
ordusu ərzağı və digər əşyaları helikopterlə
şəhərə töküb xalqa çatdırırdı.
Əl-Məyadin şəhəri də İŞİD-in mühüm
şəhərlərindən idi, onun
iqtisadi
paytaxtı
sayılırdı. Ondan sonra Bukamal şəhəri gəlir,
daha sonra İŞİD-in nəzarət etdiyi ərazilər İraqın
Mosul şəhərinə qədər davam edirdi. O zaman
Riqqə şəhəri də İŞİD-in əlində idi və kürdlər
onlarla vuruşurdular.
Deyr əl-zurla Tədmurun arasında Süxnə adlı
kiçik bir şəhər vardı, Tədmurdan 70 km aralıda
yerləşirdi və Suriya ordusunun nəzarətində idi.
İŞİD ildırım sürətli hücumla Suriya ordusunu
geri qovub bu şəhəri işğal etdi. Bu hadisədən
sonra Tədmur şəhərindəki canlı qüvvə təşvişə
düşdü. Ruslar İŞİD-in hücumundan qabaq geri
çəkildilər. Şəhərdə onların böyük silah anbarları
vardı, geri aparmağa macal olmadığına görə
Dostları ilə paylaş: