İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə52/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   48   49   50   51   52   53   54   55   ...   67
Abu-baran- 1

Otuz üçüncü fəsil  
Şeyx Səid və Ramusə bölgələri 
Fatimiyyun  briqadaları  yaranandan  sonra 
qayda  belə  idi  ki,  qərargahdan  briqada 
komandiri  ilə  əlaqə  saxlayıb  deyirdilər:  “İndicə 
bir batalyon hazırla, filan bölgəyə apar və təhvil 
ver”.  Belə  vaxtlarda  Süleyman  hirslənirdi, 
düşünürdü  ki,  qərargah  bir  neçə  gün  öncədən 
xəbər 
verməli, 
əvvəlcə 
kəşfiyyatçılarımızı 
əməliyyat  bölgəsinə  göndərməliyik.  Həmçinin 
kəşfiyyat  rəisimiz  qərargahın  iclasında  iştirak 
edib əməliyyat barədə təlimatlandırılmalıdır. 


 
257 
Süleymanla  və  birinci  müavini  Sədaqətlə 
iştirak  etdiyimiz  bir  iclasda  Hələbdəki  Həzrət 
Rüqəyyə  qərargahının  yeni  komandiri  dedi  ki, 
kəşfiyyat  rəisimizi  bölgəyə  göndərək,  gələcək 
əməliyyat  üçün  bizim  briqadadan  istifadə 
ehtimalı var. Buna çox sevindik. Hətta əməliyyat 
baş  tutmasaydı  belə,  bizimçün  yaxşı  təcrübə 
olurdu. 
Ondan sonra bizə deyildi ki, bir tapşırıq üçün 
canlı  qüvvə  hazırlayaq.  Süleyman  etiraz  edib 
dedi:  “İndi  hazırlığımız  yoxdur.  Briqadanın  bir 
batalyonu 
əl-İmarə 
təpəsində 
mövqeyi 
möhkəmlətməyə  gedib,  həftəlik  olaraq,  bir 
batalyonla 
yerini 
əvəz 
edir. 
Peşəkar 
birləşmələrimiz  və  kəşfiyyat  rəisimiz  də  daim 
ordadır,  vəziyyətləri  çox  ağırdır,  hər  gün  şəhid 
verirlər”. Çox maraqlı idi ki, qərargah komandiri 
israr etmədi, o  andaca əlaqə saxlayıb bildirdi  ki, 
İmam Hüseyn (ə) batalyonu hazırda bu tapşırığı 
yerinə yetirə bilməz. 
Süleymanla 
birlikdə 
məzuniyyətdə 
olduğumuz  müddətdə  Hələbin  Şeyx  Səid 
bölgəsində  bir  əməliyyat  baş  tutmuş,  Sədaqətin 
rəhbərliyi  ilə  orada  bir  bölüyümüz  iştirak 
etmişdi.  Onlar  silahlıların  ağır  müqaviməti  ilə 


 
258 
üzləşmişdilər,  briqadamızın  uşaqlarından  altı 
nəfəri  itkin  düşmüşdü.  Hizbullah  kəşfiyyatçıları 
durbinlə  onların  ikisinin  əsir  tutulduğunu 
görmüşdü.  Biz  nə  qədər  gözlədiksə,  itkin 
düşənlərdən xəbər çıxmadı. Silahlılar 40-dan çox 
qruplaşmanı  təmsil  edirdilər.  Əl-Nüsrə  cəbhəsi 
ilə  Əhrar  əl-Şam  qruplaşmaları  adətən  əsirlərin 
filmini 
dərhal 
internetdə 
yayır, 
Livan 
Hizbullahına mesaj verirdilər ki, öz əsirləri və ya 
cəsədləri  ilə  dəyişdirməyə  hazırdırlar.  Bu  dəfə 
isə həmin beş nəfərdən heç bir xəbər çıxmadı. 
Şeyx Səid yaşayış məntəqəsində uğursuzluqla 
üzləşdikdən  sonra  qərara  alındı  ki,  yaxınlıqdakı 
Ramusə  bölgəsində  əməliyyatı  davam  etdirək. 
Bu  ardıcıl  əməliyyatlar  Hələb  şəhərini  azad 
etməkdən  ötrü  idi.  Onun  qərb  hissəsi  bizdə  idi, 
şərqinə  isə  düşmən  nəzarət  edirdi.  Ramusə  əsas 
Dəməşq-Hələb  magistralına  çox  yaxın  idi, 
düşmən  oranı  tez-tez  raketlə  vururdu,  günboyu 
snayperlərin  hədəfində  idi.  Ramusəni  almaqla 
bu  magistraldakı  təhlükə  də  aradan  qalxacaqdı. 
Bu 
əməliyyatda 
bizim 
briqadadan 
əlavə 
Fatimeyi-Zəhra  briqadası  və  Suriya  ordusu  da 
iştirak edirdi. 


 
259 
Hələ  yola  düşməmiş  hamımız  Məhəmməd 
Möhsüninin  başına  toplaşdıq.  Növbə  ilə  alnını 
öpür,  onunla  şəkil  çəkdirir,  gülə-gülə  deyirdik: 
“Bu  dəfə  gərək  gedəsən,  Seyid  İbrahim  səni 
gözləyir”.  O  da  sevincək  cavab  verirdi:  “Siz  ki 
məni ötürə-ötürə şəhid etdiniz. Allah ağzınızdan 
eşitsin!” 
Ramusədə  bir-birinə  bitişik  bir  neçə  ev  vardı, 
onları  təmizləmək  lazım  idi.  Uşaqlar  birinci  evə 
girib  gürzlə  və  digər  alətlərlə  divarları  dəldilər, 
bu  yolla  bir-bir  o  biri  evlərə  keçib  irəlilədilər. 
Sonuncu evdən sonra küçəyə çıxan kimi düşmən 
pusqusu 
ilə 
üzləşdilər, 
ətraf 
evlərin 
zirzəmisindən  açılan  atəşlərə  məruz  qaldılar. 
Məhəmməd  Möhsüni  orada  şəhid  oldu.  BMP 
ləqəbli 22 yaşlı gənc ratsiyadan Süleymana dedi: 
“Mən  burdan  çıxa  bilərəm,  amma  ətrafımda  üç-
dörd  yaralı  var.  Bunları  nə  edim?”  Bu  ondan 
eşitdiyimiz  son  sözlər  oldu.  Geri  qayıtmadı, 
həmin küçədə şəhadətə qovuşdu. 
Süleyman  axşam  qərargahda  çox  narahat  və 
hirsli  idi.  Qərargahla  əlaqə  saxlayıb  dedi  ki,  biz 
şəhidlərimizi 
gətirməkdən 
ötrü 
bölgəyə 
qayıdırıq. Qərargah komandiri də razılaşdı, bizə 


 
260 
bir  tank  və  23  mm  çaplı  topun  yükləndiyi  bir 
pikap göndərdi. 
Ertəsi  gün  səhər  çağı  təxminən  40  nəfərlə 
Ramusə  bölgəsinə  getdik, bir-birinə  yapışmış  və 
divarları  uçurulmuş  evlərdən  keçdik.  Küçədə 
şəhidlərimizin  cəsədlərini  görürdük,  amma 
yaxınlaşa  bilmirdik.  Hər  tərəfdən  atəş  açılırdı. 
Düşmənin  haradan  atəş  açdığını  da  görə 
bilmirdik.  Küçəni  və  ətrafındakı  evləri  tank  və 
topla  nə  qədər  vurdularsa,  xeyri  olmadı,  atəşin 
həcmi  azalmadı  və  biz  şəhidlərimizi  gətirə 
bilmədik. 


 
261 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin