296
daha oranı saxlaya bilməyəcəklər. Buna görə də,
İdlib şəhərinə yerləşmiş silahlılar Nurəddin
Zəngi qruplaşmasına qarşı nifrət püskürdülər,
elan etdilər ki, bu qrup xaindir, dinini və imanını
Türkiyənin puluna satıb.
Biz öz mövqelərimizi bərkidib silahlılara
mühasirəni yarmağa imkan vermədik. Onlar
Benyamin bölgəsinə yaxınlaşanda Fatimiyyun
briqadaları oraya çağırıldılar. Ərəblər bu bölgəyə
Minyan deyirdilər. Şəhərin ələ keçirilmə ehtimalı
olduğuna görə əhali təmtəraqlı evlərini tələsik
boşaldır, çoxlu əşyalarını qoyub gedirdi. Biz
şəhərə girəndə düşmən böyük miqyasda geri
çəkildi.
Fatimiyyun
qərargahının
mina
xidmətinin rəisi Hüseyn Hüreyri, iranlı jurnalist
Xüzai və Fatimiyyun uşaqlarından iki nəfər
əməliyyatın
əvvəlində
bir
evə
Dostları ilə paylaş: