Qırx dördüncü fəsil
Kərbəla ziyarəti
Qərargahdan deyildi ki, hər briqada Kərbəla
ziyarəti üçün beş nəfərin adını versin. Bu səfərlər
növbə ilə baş tutacaqdı. Uşaqların beşinin adını
verdik, ancaq avtobusa gedəndə gördük ki, beş nəfərin
yerinə səkkiz-on nəfər dayanıb və getmək üçün xahiş
edir. Səfər rəhbəri deyirdi ki, avtobuslar dolub, yer
yoxdur. Uşaqlar da ağlayıb deyirdilər: “Avtobusun
yerində, ya da üstündə oturarıq, lazım olsa, arxasınca
qaçarıq, ancaq bizi də aparın”. Axırda iki oturacaqda
üç nəfər oturdu, hətta avtobusun yeri də doldu. Üç
avtobus ziyarətçi mühafizəçi avtomobillərin müşayiəti
ilə salam və salavatla İraqa yola düşdü. Bu səfər üç
gün çəkdi.
347
Növbəti səfər üçün batalyon komandirləri ilə öz
adımı
verdim.
Qərargahdan
qayıdanda
bölük
komandirlərindən birinin səngər düzəltmək üçün
külünglə böyük bir çəlləyi deşdiyini gördüm. O,
briqadanın bacarıqlı və zəhmətkeş döyüşçülərindən
idi. Batalyon komandirinə dedim ki, onun adını da
qeyd elə, alınsa, axşam xəbər verərəm, gətirərsən.
Səhər çağı avtobusların yanında həmin bölük
komandirini də gördüm. Halbuki onun səfər məsələsi
həll olunmamışdı. Təmiz və səliqəli geyinmişdi, ətri
uzaqdan duyulurdu. Böyük ümidlə gəlmişdi, geri
qaytarmaq
olmazdı.
Bir
nəfər
Zeynəbiyyun
avtobusunun önündə ziyarətçilərin adlarını oxuyub
avtobuslara mindirirdi. Hamı minəndən sonra
avtobusun
qapısını
bağlayıb
Fatimiyyunun
avtobusuna yaxınlaşdı. Bildim ki, indi ən yaxşı
fürsətdir. Tez ona dedim ki, gedib Zeynəbiyyunun
avtobusuna minsin. Görünür, qismətində varmış.
Gedib mindi, Zeynəbiyyun uşaqları da onu ələ
vermədilər.
Bu səfərin qəribə ab-havası vardı. Azadlığında
iştirak etdiyimiz yeni yolla gedirdik. Ayağım yaralı
olduğuna görə uzun müddət bir yerdə otura
bilmirdim. Belə edəndə keyiyirdi və daha yeriyə
bilmirdim. Doqquz saatdan sonra Kərbəlaya çatanda
isə ayaqlarımda zərrə qədər də ağrı və keyimə hiss
etmədim. Yeganə səbəb bu səfərin başqa səfərlərlə
fərqində idi.
Ziyarətdən qayıdandan sonra nəhayət, gözəl təbiətli
Hələb şəhərinə getmək bizə də qismət oldu. Bütün
348
briqadanı aparmazdan öncə özüm gedib uşaqların
yerləşəcəyi yeri hazırladım. Qərara alınmışdı ki, daha
Fatimiyyunun mövqeyi olmasın, lazım olduqda birbaş
əməliyyata
girsin.
Suriya
ordusu
yetərincə
güclənmişdi və biz yalnız ehtiyat qüvvə olaraq,
Hələbin Buhus düşərgəsinə yerləşəcəkdik.
Düşərgənin bütün binaları dolmuşdu. Qərargah
komandiri şəxsi heyəti Hələbə aparım deyə nə qədər
israr edirdisə, razılaşmırdım. Düşərgə rəhbəri ilə
danışdım, büdcə alıb yarımçıq bir tikilini təmir
etdirdim. Bir batalyonu Hələbə gətirdim, növbəti
batalyon üçün başqa bir bina axtarmağa başladım.
Bütün briqadanı Buhusa köçürənə qədər bir aydan çox
çəkdi. Bununla yanaşı, hələ də qışda istilik
problemimiz vardı. Uşaqlara deyirdim: “Bu qədər
şikayətlənməyin,
siz
iki il fermada
yaşamış
adamlarsız. Bura hər-halda, bir binadır”.
Bu müddətdə müharibə və döyüş olmadı. Səhər
çağı və günortadan sonralar dərslər təşkil edirdik.
Dini-mədəni proqramlar və ziyarət ekskursiyaları çox
ciddiləşirdi, hərdən uşaqları İmam Hüseynin (ə)
başının bir gecə saxlandığı deyilən kilsəyə aparırdıq.
Təhlükəsizlik məsələsi o qədər yaxşılaşmışdı ki, bir
şəhərcik ayrılmışdı, komandirlər və məsul şəxslər
ailələrini Suriyaya gətirə bilirdilər.
2019-cu ilin novruzunda İrana qayıtdım. Üç ildən
sonra ilk dəfə idi bayramda evdə olurdum. Qızımın üç
yaşı vardı. Mən İranda olanda anamın vəziyyəti
pisləşdi, on iki gün xəstəxanada yatdı. Ağ ciyərinin 70
faizi sıradan çıxmışdı. Ona xüsusi qulluq lazım idi. İki
349
ay tərəddüd içində qaldım. Fikirləşirdim ki, Suriyaya
qayıdım, yoxsa anamın yanında qalım. Nəhayət,
qərara gəlib instaqramda bir post paylaşdım və
uşaqlarla sağollaşdım. Ancaq özümə bu ümidi
verirdim ki, bir də qayıtsam, Şəhid Haşiminejad kimi
qayıdacağam; adi piyada döyüşçü kimi. Əks-təqdirdə,
Şəhid Badpanın sözü ilə desəm, ömrümün sonuna
qədər həsrət çəkməli olacağa
m
.
|