İşin təsviri (ToR) Proqram



Yüklə 57,27 Kb.
səhifə2/7
tarix04.01.2022
ölçüsü57,27 Kb.
#54677
1   2   3   4   5   6   7
Layihənin hədəf qrupu İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ədliyyə Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, İcra Hakimiyyətlərinin, xətti nazirliklərin regional bölmələrinin, özəl sektor assosiasiyalarının / şəbəkələrinin, bələdiyyələrin əməkdaşlarıdır.

Layihənin benefisiarları Gəncə - Qazax iqtisadi rayonunun əhalisi olacaq (500.000 nəfərdən çox).


  1. Təyinat sahəsində mövcud vəziyyət

Gəncə - Qazax İqtisadi Rayonunda Kənd təsərrüfatı - Turizm qarşılıqlı əlaqəsi üçün endogenik potensiallar üzrə Baza Qiymətləndirməsi Tədqiqatı İyun - İyul 2017 - ci il tarixləri arasında milli və beynəlxalq məsləhətçilərdən ibarət komanda tərəfindən aparılıb. Nəticədə 230 potensial maraqlı tərəf tədqiq edildi, aqro-turizm əlaqələrinin inkişafı üçün tövsiyələr, eləcə də pilot tədbirlər və addımlar müəyyənləşdirildi.

Tövsiyələrə daxildir:

  • Turizm Rekreasiya Zonalarında turizm fəaliyyəti üçün ən mühüm töhfələri olan özəl sektor nümayəndələri ("Əsas istifadəçilər") yanaşmasına dəstək. Bu region üçün daha sürətli və davamlı təsir gətirəcək və daha çox yeni iş yeri yaradacaq.

  • Yerli hakimiyyət orqanlarına özəl investorlar üçün tərəfdaş və Dövlət - Özəl Partnyorluğunda iştirakçı olmaq üçün təlim və yardım göstərmək və onları bir araya gətirmək üçün kommunikasiya platformu təmin etmək

  • İştirak prosesinə vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələrini cəlb etməklə regiona, xüsusilə də pilot rayona öz regional markalarının yaradılmasında dəstək göstərmək və ilk bazar tanınmasına nail olmaq.

  • Regiona daha çox səfər və ya dayanma cəlb etmək üçün sektorun media məlumat turları, yerli festivallar və ya hadisələr kimi təşəbbüslərinə dəstək göstərir.

Gəncə - Qazax İR - nun turizm potensialının aşkar olunması və numayiş etdirilməsi məqsədi ilə İqtisadiyat Nazirliyi Gəncə -Qazax İqtisadi Rayonuna şərab turunun təşkil olunmasını tövsiyə edib. GİZ bu təşəbbüsü dəstəkləmək niyyətindədir və o, Gəncə - Qazaxa pilot şərab turu təşkil edəcək, bu da öz növbəsində ümumilikdə Gəncə - Qazax İR - nun turizm potensialını təşviq edəcək.

Azərbaycanda şərabçılıq üzrə son hesabat PSDTVET layihəsi tərəfindən hazırlanıb və hesabatda şərab turizmi haqqında əsas məlumatlar verilmişdir: "Baxmayaraq ki, sorğuda iştirak etmiş şərab istehsalçılarının yarısı şərab turizmi haqqında məlumatlıdırlar, onlardan heç birinin hələ ki, turistləri qəbul etmək üçün infrastrukturu yoxdur. Yalnız Göygöl Şərab zavodu bu yaxınlarda turizm məqsədi üçün şərab zirzəmisi tikməyə və təmir etməyə başlayıb və öz məhsulları üçün satış mağazası yaradır. Rəyi soruşulanların hamısı şərab dequstasiyası tədbirləri və ekskursiyalar təşkil etməyə hazır olduğunu bildirir. Turistik infrastruktur çatışmazlığı səbəbindən GQİR - da turizm potensial investisiyalar üçün hökumət tərəfindən təşviq olunmalıdır. Potensial hostellər və turizm dəyər zəncirinin bütün iştirakçıları qonaqpərvərlik sahəsində yaxşı təlimləndirilməlidir"” (GİZ - in PSDTVET-nin "Azərbaycanda Üzümçülük və Şərab Mədəniyyətinin İnkişafı" hesabatı, Volfqanq V. Şefer, Anar Qasımlı).




  1. Yüklə 57,27 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin