Tapşırığın məqsəd və vəzifələri
Bu məsləhətləşmələrin məqsədi regionda davamlı turizm inkişafı məqsədlərinə nail olunmasında SLRD layihəsini dəstəkləməkdən ibarətdir. Məsləhətçi layihə və onun
tərəfdaşlarını uğurlu və davamlı şərab marşrutun bütün elementlərini və şərab / kulinariya turunun (mümkün olan hər yerdə şərabı kulinariya dequstasiya ilə birləşdirmək) təşkilini özündə əks etdirən region əsaslı şərab turizm məhsulunun layihələndirilməsi prosesində və aprel ayının ortalarında yüksək ranklı qonaqlarla (Aİ Səfiri, İqtisadiyyat Nazirinin müavini, GİZ ölkə direktoru) turun pilotunu təşkil etməkdə dəstəkləyəcək.
Şərab marşrutuna daxil ediləcək şərab istehsalçıları üçün seçim meyarları var: Gəncə - Qazax İR - da yerləşmək; şərab turizmi konseptini anlamaq; keyfiyyətli şərablar istehsal etmək və şərab dequstasiyası üçün kifayət qədər şərab sortlarına malik olmaq; eyni anda 15 - 30 nəfəri qəbul etmək üçün müvafiq infrastruktura malik olmaq; Alman irsi və ya hansısa əfsanə (ixtiyari) ilə əlaqəli olmaq; qonaqlara xidmət və şərab dequstasiyasını aparmaq və təqdimatlar üçün kifayət qədər ixtisaslı personala malik olmaq.
Şərab turunun potensial ev sahiblərinin ilkin siyahısı PSDTVET - nin Azərbaycanda şərab istehsalçılarına dair hesabatlarının tövsiyələri əsasında tərtib olunub:
Dostları ilə paylaş: |