İşin təsviri (ToR) Proqram



Yüklə 65,76 Kb.
tarix18.06.2018
ölçüsü65,76 Kb.
#54130

06.02.18 tarixinə

Əlavə 1


Müqavilə №

İşin təsviri (ToR)





Proqram: Gəncə - Qazax İqtisadi Rayonunda Yerli və Regional İnkişafa Dəstək

PN: 16.2174.7-006.00

AV/DV: Karsten Posse/ Gerald Duda

Təyinat: Gəncə - Qazax İqtisadi Rayonunda ərazinin şərab və yeməklərini birləşdirən şərab / kulinariya turunun hazırlanması və təşkili

Müddət: 25 Fevral 2018-ci il – 30 Aprel 2018-ci il


  1. Layihə haqqında qısa məlumat

"Gəncə - Qazax İqtisadi Rayonunda Yerli və Regional İnkişafa Dəstək" (SLRD) layihəsi Aİ - nın 2013-cü il üçün İllik Fəaliyyət Proqramı (AAP) çərçivəsində Aİ Azərbaycan Nümayəndəliyi və Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Federal Nazirliyi (BMZ) tərəfindən maliyyələşdirilir. Layihə İqtisadiyyat Nazirliyinin əsas tərəfdaşlığı ilə GİZ - in Cənubi Qafqazda Yaxşı Yerli Özünü İdarəetmə Proqramı tərəfindən icra edilir.

SLRD layihəsinin ümumi məqsədi Gəncə-Qazax İqtisadi Rayonunun sosial-iqtisadi inkişafının gücləndirilməsi istiqamətində yerli hakimiyyət orqanlarına daha yaxşı planlaşdırma, icra və rəhbərlik üzrə dəstək vasitəsilə Azərbaycanda iqtisadiyyatın diversifikasiyasına və davamlı regional inkişafa töhfə verməkdən ibarətdir.

İcra olunarkən layihə aşağıdakı 6 nəticəyə nail olmağa çalışacaq.


  1. Gəncə-Qazax iqtisadi rayonunda kənd təsərrüfatı və turizmin qarşılıqlı əlaqələrinin mövcud vəziyyətinin, ehtiyacların və inkişaf üçün potensialın müəyyənləşdirilməsi;

  2. Gəncə-Qazax iqtisadi rayonunda regional və yerli səviyyələrdə dövlət-özəl tərəfdaşlığının təşviqi;

  3. Gəncə-Qazax iqtisadi rayonunda yerli hakimiyyət orqanları və bələdiyyələrin institusional potensialının gücləndirilməsi;

  4. Yerli inkişaf planları əsasında kənd təsərrüfatı - turizm qarşılıqlı əlaqəsində İH - lərinin fəaliyyət planlarına və regionların inkişaf planına (əgər müvafiqdirsə) töhfələrin hazırlanması;

  5. Müvafiq maraqlı tərəflərin cəlb edilməsiylə kənd təsərrüfatı - turizm qarşılıqlı əlaqəsinin inkişafı üçün pilot tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi;

  6. Müxtəlif səviyyəli planlaşdırma proseslərində dövlət qurumları və digər maraqlı tərəflərin əməkdaşlıq bacarıqlarının möhkəmləndirilməsi və genişləndirilməsi və maraqlı tərəflərin regional planlaşdırmada iştirakının artırılması.

SLRD layihəsi öz məqsədlərinə milli - regional (nazirliklərin, hakimiyyət orqanlarının bölmələri) və yerli hakimiyyət orqanlarının Gəncə - Qazax İqtisadi Rayonunda regional inkişaf proqramlarının planlaşdırılması və həyata keçirilməsi potensialının qurulması və gücləndirilməsi vasitəsilə nail olacaq. Sektoral fokus kənd təsərrüfatı və turizm arasında qarşılıqlı əlaqədən irəli gələn iqtisadi potensiala yönləndiriləcək.



Layihənin hədəf qrupu İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ədliyyə Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, İcra Hakimiyyətlərinin, xətti nazirliklərin regional bölmələrinin, özəl sektor assosiasiyalarının / şəbəkələrinin, bələdiyyələrin əməkdaşlarıdır.

Layihənin benefisiarları Gəncə - Qazax iqtisadi rayonunun əhalisi olacaq (500.000 nəfərdən çox).


  1. Təyinat sahəsində mövcud vəziyyət

Gəncə - Qazax İqtisadi Rayonunda Kənd təsərrüfatı - Turizm qarşılıqlı əlaqəsi üçün endogenik potensiallar üzrə Baza Qiymətləndirməsi Tədqiqatı İyun - İyul 2017 - ci il tarixləri arasında milli və beynəlxalq məsləhətçilərdən ibarət komanda tərəfindən aparılıb. Nəticədə 230 potensial maraqlı tərəf tədqiq edildi, aqro-turizm əlaqələrinin inkişafı üçün tövsiyələr, eləcə də pilot tədbirlər və addımlar müəyyənləşdirildi.

Tövsiyələrə daxildir:



  • Turizm Rekreasiya Zonalarında turizm fəaliyyəti üçün ən mühüm töhfələri olan özəl sektor nümayəndələri ("Əsas istifadəçilər") yanaşmasına dəstək. Bu region üçün daha sürətli və davamlı təsir gətirəcək və daha çox yeni iş yeri yaradacaq.

  • Yerli hakimiyyət orqanlarına özəl investorlar üçün tərəfdaş və Dövlət - Özəl Partnyorluğunda iştirakçı olmaq üçün təlim və yardım göstərmək və onları bir araya gətirmək üçün kommunikasiya platformu təmin etmək

  • İştirak prosesinə vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələrini cəlb etməklə regiona, xüsusilə də pilot rayona öz regional markalarının yaradılmasında dəstək göstərmək və ilk bazar tanınmasına nail olmaq.

  • Regiona daha çox səfər və ya dayanma cəlb etmək üçün sektorun media məlumat turları, yerli festivallar və ya hadisələr kimi təşəbbüslərinə dəstək göstərir.

Gəncə - Qazax İR - nun turizm potensialının aşkar olunması və numayiş etdirilməsi məqsədi ilə İqtisadiyat Nazirliyi Gəncə -Qazax İqtisadi Rayonuna şərab turunun təşkil olunmasını tövsiyə edib. GİZ bu təşəbbüsü dəstəkləmək niyyətindədir və o, Gəncə - Qazaxa pilot şərab turu təşkil edəcək, bu da öz növbəsində ümumilikdə Gəncə - Qazax İR - nun turizm potensialını təşviq edəcək.

Azərbaycanda şərabçılıq üzrə son hesabat PSDTVET layihəsi tərəfindən hazırlanıb və hesabatda şərab turizmi haqqında əsas məlumatlar verilmişdir: "Baxmayaraq ki, sorğuda iştirak etmiş şərab istehsalçılarının yarısı şərab turizmi haqqında məlumatlıdırlar, onlardan heç birinin hələ ki, turistləri qəbul etmək üçün infrastrukturu yoxdur. Yalnız Göygöl Şərab zavodu bu yaxınlarda turizm məqsədi üçün şərab zirzəmisi tikməyə və təmir etməyə başlayıb və öz məhsulları üçün satış mağazası yaradır. Rəyi soruşulanların hamısı şərab dequstasiyası tədbirləri və ekskursiyalar təşkil etməyə hazır olduğunu bildirir. Turistik infrastruktur çatışmazlığı səbəbindən GQİR - da turizm potensial investisiyalar üçün hökumət tərəfindən təşviq olunmalıdır. Potensial hostellər və turizm dəyər zəncirinin bütün iştirakçıları qonaqpərvərlik sahəsində yaxşı təlimləndirilməlidir"” (GİZ - in PSDTVET-nin "Azərbaycanda Üzümçülük və Şərab Mədəniyyətinin İnkişafı" hesabatı, Volfqanq V. Şefer, Anar Qasımlı).



  1. Tapşırığın məqsəd və vəzifələri

Bu məsləhətləşmələrin məqsədi regionda davamlı turizm inkişafı məqsədlərinə nail olunmasında SLRD layihəsini dəstəkləməkdən ibarətdir. Məsləhətçi layihə və onun

tərəfdaşlarını uğurlu və davamlı şərab marşrutun bütün elementlərini və şərab / kulinariya turunun (mümkün olan hər yerdə şərabı kulinariya dequstasiya ilə birləşdirmək) təşkilini özündə əks etdirən region əsaslı şərab turizm məhsulunun layihələndirilməsi prosesində və aprel ayının ortalarında yüksək ranklı qonaqlarla (Aİ Səfiri, İqtisadiyyat Nazirinin müavini, GİZ ölkə direktoru) turun pilotunu təşkil etməkdə dəstəkləyəcək.

Şərab marşrutuna daxil ediləcək şərab istehsalçıları üçün seçim meyarları var: Gəncə - Qazax İR - da yerləşmək; şərab turizmi konseptini anlamaq; keyfiyyətli şərablar istehsal etmək və şərab dequstasiyası üçün kifayət qədər şərab sortlarına malik olmaq; eyni anda 15 - 30 nəfəri qəbul etmək üçün müvafiq infrastruktura malik olmaq; Alman irsi və ya hansısa əfsanə (ixtiyari) ilə əlaqəli olmaq; qonaqlara xidmət və şərab dequstasiyasını aparmaq və təqdimatlar üçün kifayət qədər ixtisaslı personala malik olmaq.

Şərab turunun potensial ev sahiblərinin ilkin siyahısı PSDTVET - nin Azərbaycanda şərab istehsalçılarına dair hesabatlarının tövsiyələri əsasında tərtib olunub:



#

Şirkətin / fermerin adı

Əlaqədar şəxs və əlaqə məlumatı

Qısa məlumat və potensial

1

Göygöl Şərab / Vinagro

İlkin Quliyev

(055) 7353898



2006-cı ildə yaradılıb.

Köhnə məkan. Alman iris.

Ofis binasında kiçik muzey.

Vinagro yaxın vaxtlarda Göygöldə turistlər üçün açılacaq zirzəmini bərpa edib.

Bayan şiraz, Merlot, Mədrəsə, Rkasiteli, Sira, Kaberne Savinyon, Şardane, Sapiravi, Muskat, Port vayn, Kagor, Sultan,  Uni blan, Qrenax blan, Muscat Blanc à Petits Grains




2

Gəncə - Şərab-2

Ağarızayev Saleh

(055) 8332989



Alman irsi

Bayan şiraz, Pinot grigio, Pinot blan, Merlot, Mədrəsə, Rkasiteli, Sira, Kaberne Savinyon, Şardane




3

Şəmkir Şərab


Elza Süleymanova

(050) 6166669; 0506252525



Alman Forter qardaşları tərəfindən 1860-cı ildə yaradılıb

Tağlı tavanla nəhəng yeraltı şərab zirzəmiləri, 15,000 litrlik tam dolu palıd barellər (çəlləklər), çəlləklər hələ də __ yaşlı Portvayn və brendi (konyak) ilə doludur, gözəl görünüşlə cəlbedici birləşmələr, hərçənd ki, təmir edilməyib.

Bayan şiraz, Merlot, Petit Verdot, Mədrəsə, Rkasiteli, Sira, Sapiravi, Kaberne Savinyon

Artıq / hal hazırda fəal şəkildə şərab istehsal etmirlər. Daha çox öz qalıqlarını satmaqla məşğuldurlar, buna görə də potensial qonaqlar şərab zavodunun işini görməyəcəklər.


4

Şahnigar MMC

(Qazax,


Daşsalahlı)

Asif Yusifov

055 5245698



İllik 4000 ton üzüm tutumlu böyük, köhnə, baxımsız postsovet şərab zavodu, böyük üzüm qəbulu sahəsi, paslanmış çən. Laboratoriya muzey kimi görünür, lakin göz oxşayan ab-havaya malik deyil.

Artıq / hal hazırda fəal şəkildə şərab istehsal etmirlər. Daha çox öz qalıqlarını satmaqla məşğuldurlar, buna görə də potensial qonaqlar şərab zavodunun işini görməyəcəklər.

5

Şərq Ulduzu

(Şəmkir)





2006-cı ildə yaradılıb

Böyük yeraltı şərab zirzəmisi, tağlı tavan, təmir edilmiş, dekorasiyalı dequstasiya otağı



6

Ramil MMC (Tovuz)

(055) 7449535

Quliyev Akif



1998-ci ildə yaradılıb

Brendi (konyak) istehsal edən köhnə zavod, Alman irsi. Yəqin ki, bütün cənubi Qafqazda yeganə olan köhnə çəlləklər üzərində podiumlu şərab zirzəmisi. Bu nadir element böyük inkişaf potensialına malikdir.



Artıq / hal hazırda fəal şəkildə şərab istehsal etmirlər. Daha çox öz qalıqlarını satmaqla məşğuldurlar, buna görə də potensial qonaqlar şərab zavodunun işini görməyəcəklər.

7

Sovet Sərt Şərab Zavodu

(Tovuz)





Çəlləklərdə şərab və spirt ixrac etməklə qismən fəal. İki mərtəbəli nəhəng şərab zirzəmiləri, 1927 - ci ilin çəlləkləri ilə bazədilmiş tağlı tavan, çəlləklər üzərində podium (ölkədə bu formada inşa edilmiş yeganə şərab zirzəmisi)

Avstriya və Almaniyadan qonaqlar ziyarət edir, amma hələ turistlərə təklif ediləcək xidmətlər yoxdur.



8

Moşu MMC (Agstafa)

Məcid Vəliyev, fermer

055 8636683



1996 – cı ildə yaradılıb.

Maraqlı köhnə muzey, Alman irsi. Ağstafa rayonunun mərkəzində nəhəng kompleks, paslanmış çən və böyük üzüm qəbulu sahəsi. Palıd çəlləklər, tağlı tavanla üç nəhəng yeraltı zirzəmi, hələ tamamlanmamış, lakin cazibəli görünüşə və potensiala malik mədəni irs məkanı.

Tarixi "Şərab Parkı" turizmin inkişafı üçün potensiala malikdir

Artıq / hal hazırda fəal şəkildə şərab istehsal etmirlər. Daha çox öz qalıqlarını satmaqla məşğuldurlar, buna görə də potensial qonaqlar şərab zavodunun işini görməyəcəklər.

Siyahı başlamaq üçün Məsləhətçiyə istiqamət verici kimi xidmət edir. Məsləhətçi özünü siyahıyla bilməz; mümkün olduqda onlar münasib əlavə ev sahibləri ilə bağlı öz tövsiyələrini verə bilərlər. Alman irsini və şərab turizmi üçün potensialı nümayiş etdirmək məqsədi ilə qeyri-fəal şərab zavodları da siyahıya daxil edilə bilər.



  1. Əhatə dairəsi və şərtlər

Məsləhətçinin fəaliyyətinə daxildir, lakin məhdudlaşdırılmır:

  1. Nəzərdə tutulan turlar üçün potensial tərəfdaşları ziyarət etmək və daha sonra yer, zaman çərçivəsi və tədbirləri razılaşdırmaq;

  2. Turun mümkün ev sahibləri ilə (3-cü bənddəki siyahıya baxın) görüşməklə, avadanlıqlarla, mövcud məhsullarla tanış olmaqla, turun təşkili üçün verilən imkanları müəyyənləşdirməklə turun texniki-iqtisadi qiymətləndirilməsini aparmaq;

  3. Turun hər bir tərəfdaş və ev sahibinin təsdiqlənmiş rolunu və fəaliyyətini, bütün attraksionları, dislokasiyanı, yerləşdirilmələri və s. əhatə edən ətraflı proqramını hazırlamaq;

  4. Tədbirdən üç həftə əvvəl şərab turunun bütün iştirakçıları, o cümlədən GİZ komandası üçün görüləcək işlərin siyahısını (To Do list ) hazırlamaq;

  5. Mövcud / potensial şərab turu məhsullarının təkmilləşdirilməsində şərab istehsalçılarına dəstək / tövsiyə;

  6. Şərab / kulinariya turunun vərəqəsinin mətnini hazırlamaq (GİZ tərəfindən sonrakı dizayn və çap üçün);

  7. Yüksək Vəzifəli Şəxslərin (VİP) əsas səfərindən əvvəl GİZ komandası üçün GİZ - test turunun təşkili və aparılması (2 gün)

  8. 5 - 15 Aprel tarixlərində (ilkin tarixlər) 10-15 nəfər üçün üzüm bağlarına, üzüm istehsalı, qablaşdırılması sahələrinə və şərab anbarlarına mümkün səfərlər də daxil olmaqla regional şərab və ərzaq məhsulları və dislokasiyasını birləşdirən yüksək keyfiyyətli 2 günlük şərab / kulinariya turunun təşkili;

  9. Həyata keçirilmiş tur haqqında təkmilləşdirilməyə dair tövsiyələrlə hesabatın yazılması;

  10. Region üçün fəal turizm məhsulu kimi qalması üçün hazır tur vərəqələrinin GİZ - in dəstəyi ilə yerli səyahət və turizm şirkətlərinə paylanması.

GİZ / SLRD layihəsi hər iki tur (test turu və əsas tur) üçün təlimlər, maarifləndirici turlar, tərcümə, reklam bukletlərinin çapı, qab - qacaq və süfrə kimi kiçik əşyaların alınması kimi texniki və informasiya dəstəyi verə bilər.


    1. Qrafik və çatdırılma üsulları

Çatdırılma üsulları

Qrafik

Adam günləri (maksimum) / məkan

Nəzərdə tutulan turlar üçün potensial tərəfdaşları ziyarət etmək və daha sonra yer, zaman çərçivəsi və tədbirləri razılaşdırmaq;

Turun mümkün ev sahibləri ilə (3-cü bənddəki siyahıya baxın) görüşməklə, avadanlıqlarla, mövcud məhsullarla tanış olmaqla, turun təşkili üçün verilən imkanları müəyyənləşdirməklə turun texniki-iqtisadi qiymətləndirilməsini aparmaq;



Fevral


5

Turun hər bir tərəfdaş və ev sahibinin təsdiqlənmiş rolunu və fəaliyyətini, bütün attraksionları, dislokasiyanı, yerləşdirilmələri və s. əhatə edən ətraflı proqramını hazırlamaq;

Tədbirdən üç həftə əvvəl şərab turunun bütün iştirakçıları, o cümlədən GİZ komandası üçün görüləcək işlərin siyahısını (To Do list ) tərtib etmək;



Fevral

2

Mövcud çaxır turizmi məhsullarının təkmilləşdirilməsində çaxır istehsalçılarına dəstək / məsləhət

Fevral - mart

3

Şərab / kulinariya turunun vərəqəsinin mətninin hazırlanması (GİZ tərəfindən sonrakı dizayn və çap üçün)

Mart

2

Yüksək Vəzifəli Şəxslərin (VİP) əsas səfərindən əvvəl GİZ komandası üçün GİZ - test turunun təşkili və aparılması (2 gün)

Mart

3

5 - 15 Aprel tarixlərində (ilkin tarixlər) 10-15 nəfər üçün üzüm bağlarına, üzüm istehsalı, qablaşdırılması sahələrinə və şərab anbarlarına mümkün səfərlər də daxil olmaqla regional şərab və ərzaq məhsulları və dislokasiyasını birləşdirən yüksək keyfiyyətli 2 günlük şərab / kulinariya turunun təşkili;

4 – 8 Aprel

4

Həyata keçirilmiş tur haqqında təkmilləşdirilməyə dair tövsiyələrlə hesabatın yazılması;

15-17 Aprel

2

Region üçün fəal turizm məhsulu kimi qalması üçün hazır tur vərəqələrinin GİZ - in dəstəyi ilə yerli səyahət və turizm şirkətlərinə paylanması

Aprel

1

Cəmi günlər, qədər




22




    1. Qaydalar və ödəniş şərtləri

Məsləhətçinin təklifinə əlavə edilməlidir:

  • Layihə təklifi (ekspert, yerləşdirmə və nəqliyyat üçün ətraflı büdcə və adam – gün göstərilməklə)

  • Ekspertin CV-si (tərcümeyi-halı)

Ödəniş: VÖİN - ə bağlı bank hesabına bank köçürməsi yolu ilə.

GİZ ayrıca nəqliyyat və yerləşdirmə təmin etməyəcək; onlar təklifə daxil edilməlidir. Nəqliyyat vasitəsinin sahələrə cəlb olunması mövcudluqdan asılıdır və müqavilə bağlamazdan öncə razılaşdırılmalıdır.



    1. Koordinasiya və kommunikasiya

Məsləhətçi Zaur Bayramova hesabat verir, Müşavir zaur.bayramov@giz.de

Hesabatlar ingilis və azərbaycan dillərində təqdim edilməlidir.








Yüklə 65,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin