Ислам Дини Терроризмин ялейщинядир


«(Ey müsəlmanlar!) Beləliklə də, sizi



Yüklə 3,39 Mb.
səhifə17/89
tarix04.01.2022
ölçüsü3,39 Mb.
#54931
1   ...   13   14   15   16   17   18   19   20   ...   89
«(Ey müsəlmanlar!) Beləliklə də, sizi (əda­lətli və seçilmiş) bir ümmət etdik ki, in­san­ların əməllərinə (qiya­mətdə) şahid ola­sı­nız, Pey­ğəmbər də sizə şahid ol­sun…»30.

İslam ümmətinin əsas xüsusiyyəti də bu­dur. Hətta Uca Allah hər şeydə, hətta yemək-iç­məkdə belə həddini aşmağı qada­ğan et­mişdir.


قال اله سبحانه و تعالى:

يَا بَنِي آدَمَ خُذُوا زِينَتَكُمْ عِنْدَ كُلِّ مَسْجِدٍ وَكُلُوا وَاشْرَبُوا وَلا تُسْرِفُوا إِنَّهُ لا يُحِبُّ الْمُسْرِفِينَ


Allah taala buyurmuşdur:

«...gözəl libaslarınızı geyinin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sev­məz!»31.
قال الله تعالى :

وَلا تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلَى عُنُقِكَ وَلا تَبْسُطْهَا كُلَّ الْبَسْطِ فَتَقْعُدَ مَلُومًا مَحْسُورًا

Allah taala buyurmuşdur:

«Nə əldən çox bərk ol, nə də əlini tama­milə açıb israfçılıq et. Yoxsa həm qınanar­san, həm də peş­man olarsan!»32.
Çox təəs­süf ki, bu­gün­kü döv­rü­müz­də ra­­di­kal qrup­laş­ma­lar (Xə­va­ric­lər33) dini mə­sə­lə­­lər­də həd­­lə­­rini aşa­raq ba­til­cə­sinə, sə­fir­lik­ləri, ti­ca­rət mər­­kəz­­lə­­rini, av­­to­bus­ları və sai­rə yer­­ləri part­­la­da­raq gü­nah­sız in­­san­­la­rın qan­la­rını axı­dır­lar. Neçə-ne­­çə kör­pə­nin hə­ya­tına son qo­yur­lar, nə qə­dər ana­ları gözü yaş­lı qo­yur­­lar. Bunu edən na­dan­lar bu çir­kin əməl­lə­rinə görə axi­rət­də Al­lah qar­­şı­sın­da öz­lə­rinə necə bəraət qa­zan­­dı­­ra­­caq­lar. Mə­­gər şad­lıq sa­ra­­yını, av­to­busu, ti­ca­­rət ob­­yek­tini və s. ic­timai yer­ləri part­la­­da­raq in­san­­ları qət­lə ye­tir­mək ci­had­­dır­mı?

Han­sı ki, na­dan­la­rın ka­fir­lərə qar­şı mü­ba­­rizə apar­­dı­ğını id­dia edə­rək qeyd edi­lən ter­ror ha­di­­sə­­lə­ri­nin baş ver­diyi öl­kə­lə­rin çoxu mü­­səl­­man­­lar­dır. İor­da­ni­­ya­­da­­kı son ter­ror ha­di­­sə­sin­də 3 yaş­lı kör­pə uşaq da qətl edil­­di. Bu­dur­mu cihad?

Əl­bət­tə ki, qəl­bin­də İs­lam sev­gisi da­şı­yan hər kəs belə çir­kin əməl­lə­rin Al­lah qa­tın­da nə qə­dər gü­nah ol­du­ğunu yax­şı dərk edir. Mə­gər on­lar bil­mir­lər ki, buna görə Al­lah qar­­şı­sın­da ca­vab ve­rə­cək­lər!? Bəl­kə belə na­­dan­lar İraq­dakı şəx­si mü­ba­ri­zəsi ilə İs­lam üm­mə­tinə qar­şı çı­xır­lar? Nəyə görə? Bu na­dan­lar Qər­bə qar­şı mü­ba­rizə apar­dıq­la­rını id­dia et­sə­lər də, amma daha çox mü­səl­­man­ları öl­dü­rür­lər. Bu na­dan­­lar­dan so­ru­­şu­lur: indi han­sı mü­səl­man­ları öl­dür­məyə ha­zır­­la­şır­sı­nız?

VICDAN ANLAYIŞI
Vicdan hər bir insana gözəl davranışı və düşüncəni deyən, sağlam mühakimə yürütməyinə kömək edən, səhvlə düzü bir-birindən ayıran mənəvi xüsusiyyətdir.

Vicdanın mühüm xüsusiyyətlərindən biri də odur ki, o bütün insanlar arasında müştərəkdir. Yəni bir insanın vicdanına görə doğru olan şey- şərtlər dəyişmədiyi müddətcə- digər insanların vicdanları üçün də doğrudur. Vicdanlar eyni bir mövzu üzərində heç vaxt ziddiyyətdə olmazlar. Bunun səbəbi isə vicdanın mənbəyidir. Vicdan Allahın ilhamıdır. Allah hər bir insana onun vicdanı vasitəsi ilə özünün məmnun olacağı ən doğru və ən gözəl davranışları bildirməkdədir.

Vicdanın Allahın ilhamı olduğunu Quranın Şəms surəsi belə açıqlayır:

قال الله تعالى:

و نفس و ما سواها , فألهمها فجورها و تقواها , قد أفلح من زكاها و قد خاب من دسها
Al­lah taa­la bu­yur­muş­dur:


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin