Ислам Дини Терроризмин ялейщинядир



Yüklə 3,39 Mb.
səhifə20/89
tarix04.01.2022
ölçüsü3,39 Mb.
#54931
1   ...   16   17   18   19   20   21   22   23   ...   89
Fironun zalımlığı
Fironun Quranda göstərilən əsas xüsusiyyətlərindən biri onun zalımlığıdır. Quranın bildirdiyinə görə Firon hakim olduğu insanların böyük bir qisminə (xüsusilə İsrailoğullarına) təzyiqlər göstərir, hətta uşaqları belə öldürtdürürdü:
قال الله تعالى:

إن فرعون علا في الأرض و جعل أهلها شيعا يستضعف طائفة منهم يذبح أبناءهم و يستحي نساءهم إنه كان من المفسدين


Uca Allah buyurmuşdur:

«Həqiqətən, Firon yer üzündə (Misirdə) baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onların arasında olan bir tayfanı (İsrail oğullarını gücsüz (aciz) görüb onların (yeni doğulan) oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, (yer üzündə) fitnə-fəsad töədənlərdən idi!»35
İndi isə bir anlığa Fironun əməlləri ilə xəvariclərin törətdiyi terror hadisələrini müqayisə edin. Aralarında fərq vardırmı?

Firon uşaqları diri–diri boğazlarından kəsdirərək qətl etdirirdi, xəvariclər isə terror hadisələri törədərək körpə uşaqları qanına qəltan edirlər.

Firon bu çirkin əməlini edərkən özünün haqq yolunda olduğunu deyirdi və Allahlıq iddiasına düşmüşdü. Xəvariclər və onların ideya rəhbəri olan Ben Ladenlər də özlərinin haqq yolunda olduğunu qeyd edərək cihad adı altında terror hadisələri törədərək, dinc insanları qətl edir və bu partlayışlarda neçə-neçə körpələr və müsəlman bacılarımız və analarımız qətl edilirlər.

Mahiyyət etibarı ilə Fironun törətdiyi çirkin əməllərlə xəvaricləri törətdiyi çirkin əməllər arasında elə böyük bir fərq yoxdur.

Əslində Fironun zalımlıq üzərində qurduğu nizam, müasir dövrdə də bənzərinə rast gəlinməsi mümkün olan düşüncə tərzinin tarixdəki nümunəsindən başqa bir şey deyildir. İnkara və intəhasız haqsızlığa əsaslanan bütün düşüncə tərzləri özlərini qorumaq üçün qadınları, uşaqları qətlə yetirə bilir, təcavüzkar müharibələr başladır, yüz minlərlə insanı bir anda məhv edən bombaları yağdıra bilirlər. Əsas məqsəd­ləri nə yolla olursa olsun öz mənfəətlərini və hegemonluqlarını qorumaqdır. İnsan elədiyi hərəkətin Allahın nəzərindəki qiymə­tini nəzərə almadan yaşayarsa, mütləq zülm etməyə başlaya­caq, insanların haqlarına təcavüz edəcək və aldığı qərarlar minlərlə insanın həyatına son qoyacaqdır.


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin