«Həqiqətən, şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır»38 Möminlər şeytanın hiylələrinə qarşı hamıdan daha diqqətli olmalıdırlar. Çünki şeytanın əsl məqsədi onları doğru yoldan azdırmaqdır. İnkarçıları azdırmaq üçün cəhd etməsinə ehtiyac yoxdur, çünki onlar onsuz da şeytanın ordusuna dönmüşdürlər. Bu səbəbdən şeytan var gücü ilə möminləri mənəvi cəhətdən zəiflətmək, onları müxtəlif məkrlərlə dini əxlaqı öz həyatlarına tətbiq etməkdən çəkindirməyə çalışır. Bu səbəbdəndir ki, Allah şeytanın fitnələrinə qarşı möminlərə belə xəbərdarlıq edir:
قال الله سبحانه و تعالى:
يأيها الذين آمنوا لا تتبعوا خطوات الشيطان و من يتبع خطوات الشيطان فإنه يأمر بالفحشاء و المنكر ولولا فضل الله عليكم و رحمته ما زكى منكم من أحد أبدا و لكن الله يزكي من يشاء و الله سميع عليم
«Ey iman gətirənlər! şeytanın yolunu tutub getməyin! Kim şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, özgələrə böhtan atmağı) əmr edər. Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər. Allah (hər şeyi) eşidəndir, biləndir!».39 Allahın Quranda bildirdiyi kimi şeytan bu fəaliyyəti ilə ixlaslı möminlərə təsir edə bilməyəcəkdir. Amma zəiflik göstərən və qəflətə düçar olanların şeytanın bu mənfi dəvətinin təsiri altında qalmaları mümkündür. Unutmamaq lazımdır ki, şeytan fəaliyyətini heç dayanmadan, fasiləsiz, daima davam etdirməkdədir. Mömin də buna qarşı daima Allahı zikr etməli, hər an diqqətli və mənəvi cəhətdən ayıq-sayıq olmalıdır.