" يتبع الميت ثلاثة: أهله و عمله و ماله فيرجع اثنان و يبقى واحد يرجع أهله و ماله و يبقى عمله"
Peyğəmbər (s.ə.v.) buyurmuşdur:
“Cənazənin arxasınca üç şey: onun ailəsi,əməli və mal-dövləti gedər. Bunlardan ikisi: ailəsi və mal-dövləti geri qayıdır, onunla ancaq qəbrində baş-başa əməli qalacaq”.119
Bu hədisi oxuyarkən, gerçək bir həqiqətlə üzləşirsən: sənə ancaq axirətdə saleh əməlin fayda verəcəkdir. O zülmət, qaranlıq qəbirdə səninlə baş-başa etdiyin saleh əməlin qalacaq. Ailən, mal-dövlətin, günah işlərdə səninlə bərabər olan dostların hamısı geri qayıdacaq. Səni günah işlərə sövq edən dostların az vaxt keçməmiş səni unudacaq. Allaha ibadət etməyi unutdurmuş və hərisliklə topladığın mal-dövlətlə başqaları keyf edəcək. Sənə qalan isə axirətdə Uca Allah qarşısında hesaba çəkilmək olacaq. O gün həsrət çəkəcəksən, peşmançılıq içində olacaqsan. Dərk edə bilməyəcəksən ki, ömür nə tez gəlib keçdi və deyəcəksən hanı mənim topladığım mal-dövlətim, hanı mənim o dostlarım, heç kimsə köməyimə çata bilmir. Kaş ki, Rəbbim məni yenidən dünyaya qaytaraydı, zay etdiyim həyatımı yenidən yaşayar və yaxşı əməllər edərdim. Amma artıq gecdir!
Ey mal-dövlət sahibi, axirətdə səadətə qovuşmaq istəmirsənmi? Cəhənnəm əzabından xilas olmaq istəmirsənmi? Əgər istəyirsənsə, Peyğəmbərin (s.ə.v.) bu nəsihətini diqqətlə oxu.
قال صلى الله عليه وسلم :
Dostları ilə paylaş: |