Ислам Дини Терроризмин ялейщинядир


"فاتقوا النار ولو بشق تمرة"



Yüklə 3,39 Mb.
səhifə62/89
tarix04.01.2022
ölçüsü3,39 Mb.
#54931
1   ...   58   59   60   61   62   63   64   65   ...   89
"فاتقوا النار ولو بشق تمرة"
«Bir xurma dənəsinin yarısını belə sədəqə verərək, özünüzü cəhənnəm odundan qoruyun»
Ey sülaləsinin, bu dünyadan köçmüş insanların ona axirətdə fayda verəcəyi ümudi ilə həyatını günahla keçirən insan! Yaxşı düşün və bil ki, gün gələcək Allah qarşısında hesaba çəkiləcəksən.

قال الله تعالى:

 و كل إنسان ألزمناه طائره في عنقه و نخرج له يوم القيامة كتابا يلقاه منشورا.إقرأ كتابك كفى بنفسك اليوم عليك حسيبا


Allah təala buyurmuşdur:

«Biz hər bir insanın əməlini öz boy­nun­dan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. (Və ona belə deyərik:) "Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünü (özün öz əməllərinin şahidi olmağa) kifayətsən!"».120
O gün sənə, oxu etdiyin əməllərin yazıldığı kitabı, deyiləcək!!!

Ey müsəlman qardaşım, bunu bildikdən sonra səni cəhənnəm əzabından xilas edəcək və cənnətə daxil eəcək yaxşı əməllərə sarıl. Sənin cənazənin arxasınca ailənin, mal-dövlətin və saleh əməllərinin gələcəyi günü unutma, o gün ki səninlə qəbrində ancaq saleh əməllərin qalacaq. Hanı saleh əməllərin!

Ey günahsız insanların qanını axıdan xarici, sənin cənazənin arxasınca ancaq tökdü­yün qan gedəcək və buna görə Allah qarşısında necə cavab verəcəksən!!!!!!
Can çəkişmə anı və ölüm mələyinin sənin canını almağa gəldiyi gün
Bu elə bir andır ki, bu gün insanın hara gedəcəyi bəlli olacaq. O elə bir andır ki, ölüm mələyi həmin an insanı Allahın rəhmətinə və ya əzabına çağıracaq. Başqa çıxış yolu yoxdur.

Ey adəm oğlu bir anlığa düşün ki, ölüm mələyi artıq qapında dayanıb və indi səni çağıracaq və deyəcək: “Ey nəfs...”, sən bu an həsrət içərisindəsən, bilmirsən “Ey nəfs” sözündən sonra nə deyəcək: “Ey rahat nəhs çıx Allahın rəhmətinə” və ya “Ey çirkin nəhs çıx Allahın qəzəbinə”!!!

Əgər səni birinci nida ilə çağırsalar,
(يا أيتها النفس المطمئنة أخرجي إلى مغفرة من الله و رضوانه
nə xoş sənin halına, çünkü bu ən böyük qurtuluş­dur. Bu sənə Allahın birinci müjdəsidir. Yox əgər ikinci nida ilə çağrılsan,
(يا أيتها النفس الخبيثة أخرجي إلى سخط من الله و غضي)
bu ən böyük həsrət anıdır. Bu elə bir andır ki, onun qarşılığı yoxdur. Çünki bu Allahın qəzəbinə və əzabına çağırışdır. İndi yaxşı düşün, ey İnsanlara kafir damğası vuraraq onların qanını halal görən xarici!
brə daxil olma anı
Qəbir insan üçün ya cənnətin bağçası ya da ki cəhənnəm çuxuru olacaqdır. Yəni insan qəbrində ya nemətlə dolu olan gözəl həyat, yada əzab görəcəkdir.
قال صلى الله عليه وسلم:

" كل أهل الجنة يرى مقعده من النار , فيقول: لولا أن الله هداني فيكون له شكر.و كل أهل النار يرى مقعده من الجنة, فيقول لو أن أن الله هداني فيكون عليه حسرة"
Peyğəmbər (s.ə.v.) buyurmuşdur:

«Cənnət əhlindən olan hər bir insana qəbrində, cəhənnəm göstəriləcək və o: “Əgər mənə Allah hidayət etməsəydi, düşəcəyim yer bu pis cəhən­nəm olardı” deyəcək və Allaha onu cəhənnəm odundan xilas etdiyi üçün şükr edəcəkdir. Cəhən­nəm əhlindən olan insana isə qəbrində cənnət göstəriləcək və o: “Allah mənə hidayət etsəydi, düşəcəyim yer cənnət olacaqdı” deyə­cək və peşmançılıq çəkəcəkdir”.121

Bu isə həqiqətən daimi həsrət və peşman­çı­lıqdır. Çünki o an, insan yəqinliklə biləcək ki, artıq dünyaya dönüş yoxdur, bundan sonra cəhənnəm əzabından xilas olmaq üçün ediləcək heç bir yaxşı əmələ imkan da yoxdur. Elə məhz buna görə insan qəbrində qışqırararaq: ”Ey Rəbbim, məni geri qaytar yaxşı əməllər edim” deyəcək və Allaha yalvaracaqdır. Uca Allah isə ”indi onun dediyi sözün və özünün heç bir qiyməti yoxdur” deyə cavab verəcəkdir.

قال الله تعالى:


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin