Ислам Дини Терроризмин ялейщинядир


«Ey insanlar! Rəbbinizdən qorxun



Yüklə 3,39 Mb.
səhifə67/89
tarix04.01.2022
ölçüsü3,39 Mb.
#54931
1   ...   63   64   65   66   67   68   69   70   ...   89
«Ey insanlar! Rəbbinizdən qorxun. (Allahın əzabından qorxub pis əməllərdən çəkinin, yalnız Ona ibadət və itaət edin). Həqiqətən, qiyamət gününün (axır saatın) zəlzələsi dəhşətli şeydir! Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar (uşaq salar). İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allahın əzabı çox şiddətlidir!».127
Ey bu mənzərəni unudan insan! Düşün, bu o gündür ki, insanlar etdiyi günahlarına görə illərlə ayaq üstündə, ac–susuz, tərin içərisində hesaba çəkiləcək anı gözləyəcəklər. Onlardan bəziləri: “Ey rəbbim, məni bu sıxıntıdan qurtar, daha sonra hara istərsən göndər”- deyəcəkdir. Hansı ki, onkarı hesab anı gözləyir və hesabdan sonra isə cənnətə, yoxsa cəhənnəməmi gedəcəyini bilmir.

O gün insanlar günəşin altında əlli min il gözləyəcək və: “Ey Rəbbimiz, bizə gözləmək üçün kölgə ver, haradadır kölgə”- deyərərək yalvaracaqlar. Hanı kölgə, haradadır kölgə?

Mələklər də onlara gedin o yerə, orada kölgə var deyəcək və onlar da oraya getdiyində atəşin kölgəsini görəcəklər. Atəşin elə kölgəsi ki, altında dincəlmək mümkün deyil və insanın üstünə atəş qığılcımlarını atır. Əlbbətə ki, bunun müqabilində möminlər isə kölgədə olacaqlar. Peyğəmbər (s.ə.v.) buyurmuşdur:
"سبعة يظلهم الله في ظله يوم لا ظل إلا ظله: الإمام العادل, و شاب نشأ في عبادة الله , رجل قلبه معلق في المساجد , و رجلان تحابا في االله اجتمعا عليه وتفرقا عليه, و رجل دعته إمرأة ذات منصب و جمال فقال إني أخاف الله , و رجل تصدق بصدقة فأخفاها حتى لا تعلم شماله ما تنفق يمينه, و رجل ذكر الله خاليا ففاضت عيناه
Yeddi sinif insan vardır ki, qiyamət günü Allahın kölgəsində olacaqlar, hansı ki, o gün Allahın kölgəsindən başqa kölgə olmaya­caqdır: Adil imam (rəhbər), Allaın ibadətlə bö­yü­yən gənc, qəlbi məscidlərə bağlı insan, bir-birilərini Allah üçün sevən iki nəfər, Allah sevgisi üzərinə dostluq edən və ayrılanda da Allah sevgisi ilə ayrılan iki nəfər, zəngin və gözəl qadın tərəfindən zinaya dəvət edilən və mən Allahdan qorxuram deyərək o dəvətdən uzaqlaşan bir kişi, sədəqə verərkən sağ əlinin verdiyi sədəqəni sol əlindən gizlədən (yəni ixlasla sədəqə verən), təklikdə olduğunda Allahı xatırlayaraq göz yaşı axıdan kişi”.128

Bu yeddi sinif insana Peyğəmbərin (s.ə.v.) Kövsər hovuzundan su ikram ediləcək, o hovuzun suyundan içən bir daha susuzluğun acısını heç vaxt dadmayacaqdır.

Peyğəmbər (s.ə.v.) buyurmuşdur:


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin