«Xeyr! Yer dağılıb parça-parça olacağı, Rəbbinin gəlib mələklər səf-səf duracağı, və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün - məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?! O: "Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!" - deyəcəkdir».132
Bu çətin həsrət anını bir anlığa düşünək. O an ki, Allahın haqqını verməyənlər cəhənnəmi gördüklərində qışqıraraq: “Nə olardı mən yaxşı əməl sahibi olardım”- deyəcəkdir. Hər dəfə qışqıraraq bu sözü dediyində, səhlənkarlıqla tərk etdiyi namazlarını, valideyninin üzünə ağ olmasını, insanlara etdiyi zülmü, günahsız insanları öldürərək tökdüyü qanlarını, terror nəticəsində viranə qoyduğu insanların evlərini, qanına qəltan etdiyi körpə uşaqları və övladlarını itirmiş anaların göz yaşlarını xatırlayacaq. Yenə də qışqıracaq nə olardı, nə olardı deyəcək, amma artıq gecdir və peşmançılığın faydası yoxdur.
Dostları ilə paylaş: |