Ислам Дини Терроризмин ялейщинядир


«(Ya Peyğəmbər!) Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən. Məgər təkəbbür göstərən­lər üçün Cəhənnəmdə yer yoxdur?!



Yüklə 3,39 Mb.
səhifə72/89
tarix04.01.2022
ölçüsü3,39 Mb.
#54931
1   ...   68   69   70   71   72   73   74   75   ...   89
«(Ya Peyğəmbər!) Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən. Məgər təkəbbür göstərən­lər üçün Cəhənnəmdə yer yoxdur?! (Əlbəttə vardır!)».136
İnsanın bədən əzalarının öz etdiyi günahları etiraf etməsi
İnsanın bədən əzaları, onun etdiyi günahlarını etiraf edəcəkdir.
قال الله تعالى:

يوم تشهد عليهم ألسنتهم و أيديهم و أرجلهم بما كانوا يعملون

Allah təala buyurmuşdur:

«Qiyamət günü (onlar dünyada qazan­dıqları günah­larını dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir».137
اليوم نختم على أفواههم و تكلمنا أيديهم و تشهد أرجلهم بما كانو يكسبون

Allah təala buyurmuşdur:



«Bu gün (Allaha and olsun ki, biz müşrik, kafir deyildik - dediklərinə görə) onların ağızlarını möhürləyirik. Etdikləri əməllər (qazandıqları günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər»138
ويوم يحشر أعداء الله إلى النار فهم يوزعون.حتى إذا جاءوها شهد عليهم سمعهم و أبصارهم و جلودهم بما كانوا يعملون. و قالوا لجلودهم لم شهدتم علينا قالوا أنطقنا الله الذي أنطق كل شيء و هو خلقكم أول مرة و إليه ترجعون. و ما كنتم تسترون أن يشهد عليكم سمعكم و لا أبصاركم و لا جلودكم و لكن ظننتم أن الله لا يعلم كثيرا مما تعلمون. و ذلكم ظنكم الذي ظننتم بربكم أرداكم فأصبحتم من الخاسرين.فإن يصبروا فالنار مثوى لهم و إن يستعتبوا فما هم من المعتبين
Allah təala buyurmuşdur:

«Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verə­cək­dir. Onlar öz dərilərinə: "Nə üçün əleyhimizə şəhadət verirsiniz?" - deyəcəklər. (Dəriləri də) belə cavab verəcəkdir: "Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz Onun hüzuruna qaytarılır­sınız!". Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şəhadət verəcəkləri­nizdən qorxub (günah işləməkdən) çəkinmir, etdiyiniz əməllərin çoxunu isə Allahın bilməyəcəyini zənn edirsiniz. Sizin öz Rəbbi­niz barəsində bu zənniniz sizi məhv etdi və ziyana uğrayanlardan oldunuz! İndi (əzaba) dözsələr də (dözməsələr də), onların məskəni Cəhənnəmdir. Onlar (Allahdan) riza diləsələr də, onların diləyi qəbul olunmaz (yaxud dünyaya qayıtmaq istəsələr də, onların bu istəyi qəbul ediməz)»139
Ey insan! Bədən əzalarını günah işlərə cəlb etməkdən qorx, əksinə yaxşı işlər etməyə alışdır. Çünki o gün, bədən əzaların dil açıb danışacaq və etdiyin bütün günah işlərini Allah qarşısında o əzəmətli gündə etiraf edəcəkdir. Nəin ki, bədən əzaların, hətta üzərində gəzdiyin torpaq belə etdiyin əməllərini etiraf edərək əleyhinə şahid duracaqdır.
قال الله تعالى:

يومئذ تحدث أخبارها بأن ربك أوحى لها


Allah təala buyurmuşdur:


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin