Ислам Дини Терроризмин ялейщинядир



Yüklə 3,39 Mb.
səhifə73/89
tarix04.01.2022
ölçüsü3,39 Mb.
#54931
1   ...   69   70   71   72   73   74   75   76   ...   89
«Məhz o gün (yer) öz hekayətini söyləyə­cəkdir. Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)140

Peyğəmbər (s.ə.v.) bu ayəni oxuyarkən əshabələrinə “bilirsinizmi nədən xəbər verə­cək?”- demişdir. Əshabələr xeyr Allahın rəsulu dedilər. Peyğəm­bər (s.ə.v.): “Torpaq üzərində yaşa­mış olduğu insanın etdiyi bütün əməllərini qiyamət günü xəbər verəcək və filankəs bu əməli filan gün etmişdir o, əməlidə filan gün etmişdir deyə­cəkdir”.141


Əməl dəftərlərinin paylanacağı an və insanların üç qismə bölünməsi
Bu gün insanların iki qismə: haqq əhli ilə batil əhlinə ayrılacağı əzəmətli gündür. Bu gün insanlar etdikləri əməlləri yazılan dəftərləri ala­cağı və cənnət əhlinin cəhənnəm əhlindən ayrı­lacağı gündür. Hər kəs həsrət və qorxu içərisində əməl dəftərini alacağı anı gözləyəcək və öz özündə deyəcəkdir: “Görəsən əməl dəftərimi hansı əlimə verəcəklər?”

Bu anı gözləyərək fikrə daldığında birdən görəcək ki, dəftəri sağ tərəfindən verildi və bu an sevincindən qışqıraraq deyəcəkdir:


هاؤم اقرءوا كتابية , إني ظننت أني ملاق حسابية, فهو في عيشة راضية في جنة عالية

Bu an mələklər onlara deyəcəkdir:


كلوا واشربوا هنئيا بما أسلفتم في الأيام الخالية

Amma cəhənnəm əhlindən olanlara əməl dəftəri sol tərəfindən və ya arxasından veriləcək və bu an qışqıraraq :


يا ليتني لم أوت كتابية, و لم أدر ما حسابية , يا ليتها كانت القاضية , ما أغنى عني مالية, هلك عني سلطانية
Uca Allah mələklərə əmr edərək buyuracaq:
خذوه فغلوه ثم الجحيم صلوه
Qurtubi bu ayəni təfsir edərək buyur­muşdur: “Allahın əmrini yerinə yetirmək üçün min mələk dərhal hazır olacaq və onun əllərini boynuna bağlayacaqlar.Sonra onu şiddətli atəşə daxil edəcəklər və yetmiş arşın zəncirlə onu cəhənnəmdə bağlayacaqlar.
Ey insan, bu çətin və əzəmətli gündür və bu sıxıntıya düçar olmamaq üçün hazırlıqlı olmalısan. Çünki o gün, etdiyin zinaların, yediyin haram mal-dövlət, etdiyin qeybətlər, insanlar arasında söz daşımağın, yalan danışmağın, yalan­dan şahidlik etməyin, günahsız insanların öl­dürərək tökdüyün qanlar hamısı əməl dəftə­rində yazılı halda sənə oxumaq və etdiyin əməllərini görməyin üçün sənə veriləcək. Vay o zaman halına ki, əməl dəftərin sol tərəfindən və ya arxandan sənə verilsin.
Əməllərin çəkiləcəyi Tərəzi
قال الله تعالى:

و نضع الموازين القسط ليوم القيامة فلا تظلم نفس شيئا و إن كان مثقال حبة من خردل أتينا بها و كفى بنا حاسبين



Allah təala buyurmuşdur:


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin