«Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik».142 فإذا نفخ في الصور فلا أنساب بينهم يومئذ و لا يتساءلون, فمن ثقلت موازينه فأولئك هم المفلحون و من خفت موازينه فأولئك الذين خسروا أنفسهم في جهنم خالدون أولئك الذين كفروا يآيات ربهم و لقائه فحبطت أعمالهم فلا نقيم لهم يوم القيامة وزنا «Onlar o kəslərdir ki, Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Onun hüzurunda duracaqlarını) inkar etdilər, bununla da onların bütün əməlləri puça çıxdı. Buna görə də Biz (qiyamət günü) onlar üçün bir daş-tərəzi qurmayacağıq!».143 Bir gün Peyğəmbər (s.ə.v.) axirət haqqında danışanda Aişənin (Allah ondan razı olsun!) göz yaşları peyğəmbərin (s.ə.v.) yanağına düşdü və peyğəmbər: “Ey Aişə nə üçün ağlayırsan”- dedi. Aişə (Allah ondan razı olsun!): “Axirət haqqında danışdın. Görəsən axirətdə insanlar bir-birilərinin ailəsini xatırlayacaqmı?- soruşdu. Peyğəmbər (s.ə.v.) dedi: Nəfsim əlində olan Allaha and olsun ki, axirətdə üç an vardır ki, insan öz nəfsindən başqa heç kimsəni düşünməyəcək: əməllərin tərəziyə qoyulub çəkildiyi an, əməl dəftərlərinin insana verildiyi zaman və körpüdən keçmə zamanı”.144 Ey müsəlman qardaşım, yaxşı əməllər etməklə bu gün üçün və Allahın qarşısında dayanıb hesaba çəkiləcəyin gün üçün hazırlaş. Allahın ayələrini yalan sayan və inkar edənlərdən olma. Onlar haqqında Uca Allah buyumuşdur:
و لو ترى إذ وقفوا على ربهم قال أليس هذا بالحق قالوا بلى وربنا قال فذوقوا العذاب بما كنتم تكفرون. قد خسر الذين كذبوا بلقاء الله حتى إذا جاءتهم الساعة بغتة قالوا يا حسرتنا على ما فرطنا فيها و هم يحملون أوزارهم على ظهورهم ألا ساء ما يزرون