«Sən onları (sorğu-sual üçün) Rəbbinin hüzurunda saxlandıqları zaman görəydin! Allah onlara (mələklər vasitəsilə) belə buyuracaq: "Bu, (öləndən sonra dirilmək, sorğu-sual) haqq deyilmi? Onlar: "Bəli, Rəbbimizə and olsun (ki, bu, haqdır!)" - deyə cavab verəcəklər. (Allah) buyuracaq: "Elə isə etdiyiniz küfrlərə görə dadın əzabı!". Allahın hüzurunda duracaqlarını inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar. Belə ki, saat (qiyamət vaxtı) qəflətən başlarının üstünü aldığı zaman onlar günahlarını dallarında daşıyaraq deyəcəklər: "Dünyadakı təqsirlərımızə görə vay halımıza!" Bir baxın, daşıdıqları şey (günah yükü) necə də pisdir!».145
İblisin cəhənnəmdə cəhənnəm əhli üçün xütbəsi Cənnət əhli cənnətə, cəhənnəm əhli cəhənnəmə daxil olduqdan sonra İblis cəhənnəm əhli üçün məşhur xütbəsini oxuyacaqdır. Bu an ən çox peşmançılıq çəkmə anıdır. Bu an İblisin fitnəsinə uyaraq günahsız insanların qanını axıdanlar, insanların evlərini, ticarət mərkəzlərini partladanlar, insanları qorxu içərisində yaşadanlar və təyyarələri qaçıranlar İblisin xütbəsini dinlədikdə çox-çox peşmaçılıq çəkəcəklər.
Uca Allah Qurani Kərimdə buyurmuşdur:
و قال الشيطان لما قضي الأمر إن الله وعدكم وعد الحق ووعدتكم فأخلفتكم و ما كان لي عليكم من سلطان إلا أن دعوتكم فاستجبتم لي فلا تلوموني و لوموا أنفسكم ما أنا بمصرخكم و ما أنتم بمصرخي إني كفرت بما أشركتموني من قبل إن الظالمين لهم عذاب أليم