İSLAM ALİMLƏRİNİN TERRORLA BAĞLI FƏTVALARI
Bir çox İslam və digər ölkələrdə baş vermiş partlayışlar nəticəsində günahsız insanların qanı axıdılmışdır.
Əfsuslar olsun ki, yaşayış massivlərinin partladılması, yandırılması, körpü və tunellərin partladılması, sərnişin təyyarələrinin qaçırılması və sairə buna bənzər çirkin cinayət əməlləri artıq bir çox qonşu və uzaq ölkələrdə baş vermişdir. Buna görə də İslam alimləri bu məsələni nəzərdən keçirilməsinin zəruri olduğu qərarına gəlmişlər.
Uca Allah insanların qanlarının günahsız yerə axıdılmasını, namuslarına və mal-dövlətlərinə təcavüz edilməsini qadağan etmişdir. Uca Allah Qurani-Kərimdə buyurmuşdur:
قال الله تعالى :
مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَنْ قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الأرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا وَلَقَدْ جَاءَتْهُمْ رُسُلُنَا بِالْبَيِّنَاتِ ثُمَّ إِنَّ كَثِيرًا مِنْهُمْ بَعْدَ ذَلِكَ فِي الأرْضِ لَمُسْرِفُون
Allah təala buyurmuşdur:
«…yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara (İsrail oğullarına) açıq möcüzələr gətirmişdilər. Bundan sonra da onların bir çoxu yer üzündə (küfr, qətl və cinayət etməklə) həddi aşdılar»147.
Bu çirkin əməlləri törədən yer üzərində fitnə-fəsad törədərək əmin-amanlığı, sabitliyi pozmuşdur:
قال الله تعالى :
وَمِنَ النَّاسِ مَنْ يُعْجِبُكَ قَوْلُهُ فِي الْحَيَاةِ الدُّنْيَا وَيُشْهِدُ اللَّهَ عَلَى مَا فِي قَلْبِهِ وَهُوَ أَلَدُّ الْخِصَامِ
Dostları ilə paylaş: |